TƏNƏZZÜL

is. [ ər. ]
1. Enmə, aşağı düşmə; geriləmə, dala getmə, geri getmə, inkişafdan qalma (tərəqqi ziddi). İnkişaf və tənəzzül. Kapitalizmin tənəzzülü.
□ Tənəzzül etmək – enmək, aşağı düşmək, geriləmək, geri getmək, dala getmək.
Hacı Nəsirin ticarət işləri tənəzzül etməyə, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı. S.S.Axundov.
Şərq aləmi get-gedə tənəzzül edirdi. S.Hüseyn.

2. məc. Düşkünlük, rəzalət, özünü alçaltma, heysiyyətini itirmə.
Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. Ə.Əbülhəsən.

◊ Tənəzzül etmək – özünə eyib, ar bilməmək, özü üçün alçaqlıq hesab etməmək, iltifat göstərmək.
Xəspuşlardan birisi: – Xoş gördük, Varis bəy! Sən də tənəzzül edib bizim şəhərimizə gəlmisən? A.Şaiq.
Adil və Aqil də bilirdi ki, Mirzə Valeh tənəzzül edib gəlməyəcəkdir. S.Rəhimov.

Синонимы

  • TƏNƏZZÜL gerilik — düşgünlük

Антонимы

  • TƏNƏZZÜL TƏNƏZZÜL – TƏRƏQQİ Hacı Nəsirin ticarət işləri tənəzzül etməyə, yavaş-yavaş var-yoxu əlindən çıxmağa başladı (S

Этимология

  • TƏNƏZZÜL Ərəbcə nozul (aşağı enmək) sözü ilə qohumdur. Antonimi tərəqqi kəlməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏNƏZZÖH
TƏNG
OBASTAN VİKİ
Reytan. Polşanın tənəzzülü
Reytan. Polşanın tənəzzülü (pol. Rejtan – upadek Polsk) — rəssam Yan Mateykonun rəsmi.

Значение слова в других словарях