TƏPƏLİK
TƏPƏRLİ
OBASTAN VİKİ
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Məhəmməd Təpərin generalı)

Təpərəş (Qoşaçay)
Təpərəş (fars. تپه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 644 nəfər yaşayır (151 ailə).

Значение слова в других словарях