tərəkəmə
tərəkəməçilik
OBASTAN VİKİ
Köçəri
Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir. == Tarixi == “Köçəri” rəqsi Yallı rəqsinin bir növü olduğundan, onun yaranma tarixi yallının tarixi qədər hesab oluna bilər. Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.
Tərəkəmə
Tərəkəmə (rəqs) — Azərbaycanın ritmik xalq rəqsi. Tərəkəmə (film, 2003) — tərəkəmə haqqında film. Tərəkəmə (Maku) — kənd.
Köçəri Məmmədov
Köçəri Əsgər oğlu Məmmədov (16 oktyabr 1946, Düzrəsullu, Gədəbəy rayonu – 26 may 2008, Bakı) — Azərbaycan operatoru. == Həyatı == Köçəri Əsgər oğlu Məmmədov 16 oktyabr 1946-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, sonradan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində ixtisas artırma kurslarını bitirib. Həcc ziyarətində olmuşdur. Hacı Köçəri Məmmədov 26 may 2008-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1969-cu ildən 2008-ci ilədək "Azərbaycanfilm" kinostudiyasında işləyib. Sənədli və xronikal filmlərin operatorudur. 50-dən çox filmin heyətində çalışmışdır. == Filmoqrafiya == Operator assistenti kimi Aşıq Ələsgər (film, 1972)(qısametrajlı sənədli film)Operator kimi Çətin yol (film, 1975)(qısametrajlı sənədli film) Yay günləri (film, 1977)(qısametrajlı sənədli film) Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)(qısametrajlı sənədli film) Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)(qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979)(qısametrajlı sənədli film) Gənclərin 50 yaşlı teatrı (film, 1979)(qısametrajlı sənədli film) Anda sədaqət (film, 1980)(qısametrajlı sənədli film) Azərbaycanın əkilən otlaqları (film, 1980)(qısametrajlı sənədli film) Dostluq körpüləri (film, 1980)(qısametrajlı sənədli film) Xaqani (film, 1980)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981)(qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)(qısametrajlı sənədli film) Salam, İordaniya (film, 1981)(qısametrajlı sənədli film) Təsərrüfatlararası birlik (film, 1981)(qısametrajlı sənədli film) Ürək yaddaşı (film, 1981)(qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982)(qısametrajlı sənədli film) Poeziya bayramı (film, 1982)(qısametrajlı sənədli film) Aşıqlar (film, 1983)(qısametrajlı sənədli film) Azərbaycan kauçuku (film, 1983)(qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983)(qısametrajlı sənədli film) Söz sizindir, şəriklər (film, 1983)(qısametrajlı sənədli film) Zireh qalalar (film, 1983)(qısametrajlı sənədli film) Ulu diyar (film, 1984)(qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1985)(qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri qəbristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri çəyirtkə
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Tərəkəmə (Maku)
Tərəkəmə (fars. تركمه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (44 ailə).
Tərəkəmə (Rəqs)
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Tərəkəmə" rəqsi.
Tərəkəmə camaatı
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Tərəkəmə folkloru
Tərəkəmələr - Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (“ər” türkmən sözünün cəmidir) deyiblər. == Məşğuliyyəti == Tərəkəmələrin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. == Həyat tərzi == Köçəri həyat tərzi yaşayırlar. == Tərəkəmə musiqisinin tarix == "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Toylarda çox ifa edilən “Tərəkəmə” rəqsini yəqin ki, hamımız ya oynamışıq, ya da dinləmişik. Köçəri tayfaların çöl həyatının ən dolğun ifadəsi olan bu rəqs rəqqasın ifası ilə bütün tərəkəmə camaatının həyat tərzini özündə ifadə edir. Onlar da bu cür ritmik, bir yerdə qərar tutmayan, çevik olduqları qədər də saf, təmiz olan, lazım gəldikcə qoçaqlıq göstərən bir xarakterə sahibdirlər. == Tərəkəkəmənin etimologiyası == “Tərəkəmə” sözünün kökü “tər” sözüdür (tər-sifətdir təzəlik mənasını ifadə edir) yəni yuxanın təri, otun təri. Sonra “tər” sözünə “ə” isim düzəldən şəkilçi artırılır.Bələliklə “tərə” (yəni göy-göyərti, təzə otlaq, biçənək) sözü əmələ gəlir. Sonra isə tər sözünə “kəm” hissəciyi əlavə edildikdə tərəkəmənin otu, tərəsi, göyərtisi kəm olanda təzə yurda, oylağa köçürlər anlamı yaranır, daha sonra “tərəkəm” sözünün sonuna “ə” isim düzəldən şəkilçisi əlavə olunanduqda “tərəkəmə” sözü meydana çıxır.
Tərəkəmə rəqsi
"Tərəkəmə" — Azərbaycanın ritmik xalq rəqsi. "Tərəkəmə" köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.Tərəkəmə çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variantda mövcuddur. "Tərəkəmə" indi də Azərbaycanın bütün rayonlarında çox məşhurdur. Rəqs peşəkar və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Tərəkəmə" rəqsi.
Ullu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Tərəkəmə (Dağıstan)
Tərəkəmələr və ya Tərəkəmə xalqı — Rusiyanın Dağıstan bölgəsində yaşayan Azərbaycan türklərinin etnik qruplarından biri. Onlar tez-tez uzun müddət Qafqazda yaşamış, hal-hazırda Cənubi Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistana yayılmış Qarapapaqların bir hissəsi hesab edilir. Dağıstan yaşayan tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar və onların böyük bir hissəsi köçəri həyat tərzi sürür. Tərəkəmələr Şiə Cəfəri məzhəbinə aiddirlər və Azərbaycan türkcəsinin Tərəkəmə dialektində danışmaqdadırlar. == Ad == Tərəkəmə termini türkmən etnonimi ilə əlaqəlidir. Əvvəlki dövrlərdə bu addan daha geniş anlamda istifadə edilirdi. Əvvəlki dövrlərdə bu ad etnik, tayfa adı kimi işlədilirdi. Azərbaycanda XIX və XX əsrlər boyunca əsasən köçərilərə bu ad deyilməyə başladı. Beləliklə, köçəri sözü tərəkəmə sözü ilə eyni məna ifadə etməyə başladı.Tarixçi və yazıçı A. D. Yeritsov bildirir ki, əslində tərəkəmə termini yerli oturaq əhali tərəfindən ayrı etnos və ya ayrı xalq kimi işlədilməmişdir. Sadəcə yerli əhali köçəriliklə məşğul olan bütün Tatarları (Azərbaycan türklərini) bu adla adlandırmışdır.
Aşıq Sakit Köçəri
Aşıq Sakit Köçəri — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1943-cü ildə Dağıstan MR Axtı rayonunun Xnov kəndində anadan olub. 1979–1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Aşıq Sakit Köçəri Aşıq Şəmşirin sonuncu şəyirdi olub. Həm də yaradıcı aşıq olmuşdur. Dərbənddə müəllim işləmişdir. O, ömrünün sonlarını Dərbənddə yaşamış və orada vəfat etmişdir. 20 aprel 2010-cu ildə Dərbənd şəhərində vəfat etmiş və Şəkidə dəfn olunmuşdur. == Kitabları == "Dünyanı yenə bilsən" 1997 "Belə ustad olammazdı" 2007 "Dağların səsi" 2007 == Mənbə == Füzuli Ramazanoğlu, "Aşıq Sakit Köçəri", Dünya qəzeti. 28 yanvar 2011-ci il.
Köçəri yaşayış yeri
Köçəri yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndindən 7-8 kilometr şimalda XIV-XVII əsrlərə aid yaşayış yeri. == Tarixi == Yaşayış yerində dördkünc formalı tikintilərin qalıqları saxlanmışdır. Divarlar qaya parçalarından gil məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Yaşayış yerinin şimal tərəfində daşdan inşa olunmuş məscidin qalıqları var. Böyük bir qismi dağılmış yaşayış yerinin yerüstü əlamətləri itmişdir. Araşdırmalar zamanı yaşayış yerinin ərazisindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatlarının parçaları aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən Köçəri yaşayış yerini XIV-XVII əsrlərə aid etmək olar.
Azərbaycan köçəri həyatı
Azərbaycan köçəri həyatı — azərbaycanlılarda, Azərbaycan mədəniyyətinin təsirinə məruz qalmış xalqlarda tarixən və müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən şəxs və ya icmaların tarixi, mədəniyyəti və adət-ənənələri. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi. Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir. 2023-cü ildə xınalıqların mədəni mühiti və Azərbaycandakı köç yolu Dünya irsi adına layiq görülmüşdür. == Tarixi == === Orta əsrlər === Monqol xaqanlığının parçalandığı dövlətlərdə türk və monqol elementlərinin rahat birləşməsinin səbəbi ümumi köçəri irsi və Mərkəzi Asiyada min illik simbiozis idi. Təəccüblü deyil ki, islamı qəbul etdikdən sonra monqolların əksəriyyəti farslara deyil, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya olunublar. Monqollardan sayca çox olan və müsəlman olan türkmənlər ortaq köçəri həyat tərzinə görə monqolları tez bir zamanda öz içlərində əritdilər. Monqol Elxani imperiyası dövründə hökmdar sülalə köçəri həyat tərzini tərk etməmişdir.Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur.
Nəcəf-i Tərəkəmə (Kəleybər)
Nəcəf-i Tərəkəmə (fars. نجف تراكمه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,432 nəfər yaşayır (324 ailə).
Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı
Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı — Ağsu rayonunda ən iri yaşayış məntəqələrindən biri olan Gəgəli kəndində təşkil olunan beynəlxalq səviyyəli mədəni tədbir. == Tərəkəmə Çərşənbəsi == Tərəkəmə Çərşənbəsi türk obalarında Axır çərşənbə günündə mövcud olan adətlərdən biridir. Bu ev heyvanlarının iki odun arasından keçirilməsi hadisəsi ilə bağlı ənənəvi adətdir. Azərbaycanın bir çox ərazilərində bu hadisənin əlamətləri görünsə də, Şirvan bölgəsində Oğuz türklərinin məskunlaşdığı obalardan biri olan Gəgəli kəndində ən yaxşı şəkildə müasir dövrümüzədək gəlib çatmışdır. Ənənəvi olaraq, hər il Tərəkəmə Çərşənbəsi günündə kənd sakinləri səhərə qədər yatmırlar; səhər alaqaranlıqda heyvanları iki tonqalın arasından keçirirlər. Qədim bir inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində baş verə biləcək hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, heyvanların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər. 2011-ci ildə Tərəkəmə Çərşənbəsi adəti ilə bağlı film çəkilmişdir. Festivalının təşəbbüsçüsü "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri olan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. == Bütün festivallar == === I festival === I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 16-18 mart 2015-ci il tarixlərində keçirilmişdir. === II festival === II Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı 2016-cı il martın 14-də başlamışdır.
египтя́нин затаённый изнагле́ть малосери́йный надставля́ться начиня́ться припе́вочка академи́чно благочести́вость всколыхну́ть ловка́чка поко́йницкий претензио́нный просади́ть пу́ссер свяще́нство тарта́новый деготь catalpa dog's-grass flappy hypospray mew word stereotype сонник