TƏVƏKKÜL

ə. 1) öz işini Allahın öhdəsinə qoyma, Allaha tapşırma; 2) vəkalət, ixtiyar; 3) göz dikmə, umma; 4) tapşırma.

TƏVƏHHÜŞ
TƏVƏKKÜLİ
OBASTAN VİKİ
Təvəkkül
Təvəkkül və ya Təvəkgül — kişi adı. Təvəkkül Əliyev Təvəkkül Əliyev (alim) — Azərbaycan arxeoloq alimi. Təvəkkül Əliyev (aktyor) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti. Təvəkkül Şükürbəyli Təvəkkül Xankişiyev — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi Təvəkkül Hüseynov — Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini (1978–1982). Təvəkkül İsmayılov — aktyor. Təvəkkül Məmmədov — Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı.
Cavid Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Cavidan Təvəkkül
Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. == Həyatı == Cavid Təvəkkül (Cavid Təvəkkül oğlu Əhmədov) 24 iyun 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti tərəfidən tərəqqi medalı ilə təltif olunmuşdu. "Mən və şəhər" (2003), "Ağlayan əsgər" (2003) kliplərin müəllifidir. Aktyor Təvəkkül Əhmədovun oğludur. == Mükafatları == 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Cavad xan.
Təvəkkül Hüseynov
Təvəkkül İslam oğlu Hüseynov (25 mart 1938, Daşkənd, Basarkeçər rayonu – 16 may 1995, Bakı) — Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini (1978–1982), texnika elmləri namizədi. Təvəkkül İslam oğlu Hüseynov 25 mart 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə Yüngül Sənaye Texnikumuna qəbul olmuşdur. 1957-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək elə həmin il Özbəkistanda Daşkənd Politexnik İnstitutuna daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vuran Təvəkkül Hüseynov təyinatla Mingəçevir Toxuculuq Kombinatına göndərilir və burada ilk əmək fəaliyyətinə başlayır. 1962-ci ildən 1973-cü ilə qədər həmin kombinatda sıravi mühəndislikdən başlayaraq müxtəlif vəzifələrdə işləmiş və 1973–1975-ci illərdə isə Mingəçevir Toxuculuq Kombinatının baş direktoru vəzifəsində çalışmışdır. Yüksək biliyə, geniş dünyagörüşə, bacarıqlı və səriştəli təşkilatçılıq qabiliyyətinə malik olan Təvəkkül Hüseynovun təqdirəlayiq təşkilatçılığı nəzərə alınaraq nazirliyin təqdimatı ilə 1975-ci ildə Azərbaycan KP MK onu V. İ. Lenin adına (indiki H. Z. Tağıyev) Bakı Toxuculuq Kombinatına baş direktor təyin edir. Həmin dövrdə çətin iqtisadi durumda olan kombinat qısa müddət ərzində rentabelli istehsalat müəssisəsinə çevrilir. Respublika Yüngül Sənaye Nazirliyinin Kollegiyasının üzvü olan Təvəkkül Hüseynov 1975–1978-ci illərdə Bakı Şəhər Sovetinin Deputatı seçilmişdir.
Təvəkkül Karman
Təvəkkül Əbdül-Salam Karman (ərəb. توكل عبد السلام خالد كرمان‎ Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul, Tawakel 7 fevral 1979[…], Taiz) — Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi. 2005-ci ildən qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi, 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması olub. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən ona "Dəmir qadın" və "İnqilabın anası" titulları verilib. 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın, ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadındır. Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazanaraq, Yəmənli jurnalist və mobil telefon xəbər xidməti vəkili kimi 2007-ci ildən mətbuat azadlığı uğrunda etirazlara rəhbərlik edib. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil edib. Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabına dəstəyini verərək Yəməndəki etirazlara yön verərək Prezident Əli Abdullah Saleh rejiminin sona çatması uğrunda mübarizə aparıb. Təvəkkül Karman, 7 fevral 1979-cu ildə Yəmənin Taiz vilayəti, Şarab As Salam rayonunda anadan olmuşdur.
Təvəkkül Məmmədov
Təvəkkül Yaqub oğlu Məmmədov (1940, Yarımca) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı. 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya" gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib. 1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edib. 1981-ci ildə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışır. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub.
Təvəkkül Xankişiyev
Təvəkkül Gülbala oğlu Xankişiyev (1924, Yuxarı Qaramanlı, Neftçala rayonu – 5 yanvar 1977) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi (1973–1977), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. Təvəkkül Gülbala oğlu Xankişiyev 1924-cü ildə Yuxarı Qaramanlı kəndində doğulub. Orta məktəbi bitirib Xıllı rayon torpaq şöbəsində uçot üzrə inspektor işləyən Təvəkkül Xankişiyev İkinci dünya müharibəsində iştirak edir. 1942–1949-cu illərdə Sovet Ordusunda xidmət göstərmişdir. Təvəkkül Xankişiyev 1977-ci il yanvarın 5-də ov tüfəngindən açılan güllə ilə intihar etmişdir. Müharibədən qayıtdıqdan sonra Xıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, daha sonra rayon partiya komitəsinin katibi işləyir. 1957–1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olan Təvəkkül Xankişiyev məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kəşfiyyatı tresti 2 saylı qazma kontorunun ilk partiya təşkilatının katibi olmuşdur. Sonra, o, Neftçaladakı Xanlar adına sovxozun direktoru, Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, Salyan rayon Partiya Komitəsinin katibi və Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri işləyir. 1973-cü ildə isə Neftçala rayonu təşkil edilərkən birinci katib seçilir. Təvəkkül Xankişiyev dəfələrlə respublika Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir.
Təvəkkül İsmayılov
Təvəkkül Nəbi oğlu İsmayılov — aktyor. Təvəkkül İsmayılov 9 iyun 1954-cü ildə anadan olmuşdur. Pəncərə filmində Ceyhun rolunun ifaçısı Xəlil İsmayılovun atasıdır.
Təvəkkül Şükürbəyli
Təvəkkül Hadı oğlu Şükürbəyli (1 iyun 1943, Ağdam rayonu) — rus dili üzrə mütəxəssis, leksikoloq, leksikoqraf, filologiya elmləri doktoru, professor. Təvəkkül Hadı oğlu Şükürbəyli 1943-cü il iyunun 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olmuşdur. 1960-cı ildə Boyəhmədli kənd orta məktəbini bitirmişdir. 1960–1963-cü illərdə Nuxa (Şəki) tibb məktəbində oxumuşdur. 1964–1967-ci illərdə hərbi xidmətdə olmuş və "20 лет победы в Великой Отечественной войне 1941–1945 гг." medalı ilə təltif edilmişdir. 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmiş, tədris əlaçısı olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Lenin təqaüdçüsü olmuşdur. İnstitutu bitirdikdən sonra Ağdamın kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1975–1978-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) aspiranturasına daxil olmuşdur. Professor M. T. Tağıyevin rəhbərliyi ilə tədqiqat işi aparmışdır.
Təvəkkül Əliyev
Təvəkkül Əliyev (alim) — Azərbaycan arxeoloq alimi. Təvəkkül Əliyev (aktyor) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti.
Təvəkkül Bayramov
Təvəkkül Tofiq oğlu Bayramov (27 iyun 1981, Çaytumas, Qubadlı rayonu) — Azərbaycanı təmsil etmiş taekvondoçu. Dünya və Avropa çempionatlarının mükafatçısı. == Həyatı == Təvəkkül Bayramov 27 iyun 1981-ci ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olub. 2003-cü ildə dünya, 2004-cü ildə isə Avropa çempionatının bürünc medalını qazanıb. 2006-cı ildə Bonn şəhərində baş tutmuş Avropa çempionatında iki il əvvəlki nəticəsini təkrarlayıb. 2007-ci ilin may ayında dünya çempionatının finalına yüksələn Bayramov, həlledici görüşdə Türkiyə təmsilçisi Bəhri Tanrıquluya məğlub olaraq yarışı gümüş medalla başa vurub. Eyni ilin sentyabr ayında Mançester şəhərində keçirilmiş taekvondo üzrə dünya Olimpiya təsnifat turnirində iştirak etsə də, 1/8 finalda İtaliya təmsilçisinə məğlub olaraq Pekin Yay Olimpiya Oyunlarına vəsiqəni əldən verib. 2010-cu ildə Sankt-Peterburq şəhərində təşkil olunmuş Avropa çempionatında +87 kq çəki dərəcəsində yarışan taekvondoçu, bütün rəqiblərini üstələyərək, qitə birinciliyinin qalibi olub. 2012-ci ilin yanvar ayında Kazan şəhərində baş tutmuş taekvondo üzrə Avropa Olimpiya təsnifat turnirində iştirak etsə də, 1/4 finalda Sloveniya təmsilçisinə məğlub olaraq London Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.
Təvəkkül Əliyev (aktyor)
Təvəkkül Əjdər oğlu Əliyev (21 avqust 1951, Neftçala rayonu – 23 yanvar 2017, Lənkəran) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti. Təvəkkül Əliyev 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. T. Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M. İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olmuşdur. Daha sonra o, N. Xəzrinin "Sən yanmasan", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", N. Hikmətin "Bayramın birinci günü", A. P. Çexovun "Yubiley", M. İbrahimovun "Kəndçi qızı", M. Musiyenkonun "Nəsillər, eşidin!", V. Şekspirin "Qış nağılı", H. Cavidin "Topal Teymur", S. Vurğunun "Fərhad və Şirin", Ə. Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə. Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaratmışdır. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edir. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır. Azərbaycan Respublikasının Əməkdar Artisti idi. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Təvəkkül Əliyev 23 yanvar 2017-ci ildə qəflətən ürək tutmasından vəfat etmişdir. Mərhum aktyor Bakıda Zabrat qəbiristanlığında dəfn edilmişdir.
Təvəkkül Əliyev (alim)
Təvəkkül Rəsul oğlu Əliyev (d. 30 may 1955, Ağcabədi, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı arxeoloq-alim, tarixçi. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, institut Elmi Şurasının üzvü və Çöl tədqiqatları sektorunun müdiri (2000-ci ildən). 2007-ci ildən Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsinə və 2009-cu ildən isə Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyasına rəhbərlik etmişdir. Əliyev Təvəkkül Rəsul oğlu 1955-ci il may ayının 30-da Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəbirli kənd M.Ə.Sabir adına kənd orta məktəbini, 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Tarix institutu Arxeologiya və Etnoqrafiya sektorunun Çöl tədqiqatları şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1981-1985-ci illərdə həmin institutun aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. Prof. C.Xəlilovun rəhbərliyi ilə hazırladığı “Azərbaycan ərazisində siklopik tikililər” adlı dissertasiyasını 1988-ci ildə SSRİ EA Arxeologiya və Etnoqrafiya institutunun Leninqrad bölməsində müdafiə edib arxeologiya ixtisası üzrə tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Əxi Təvəkkül zaviyəsi
Əxi Təvəkkül zaviyəsi — Dərələyəz mahalının Keşişkənd (1957-ci ildən Yeğeqnadzor) rayonunun Ələyəz kəndində azərbaycanlılara məxsus tarixi abidə. Əxi Təvəkkül zaviyəsi XII-XIII əsrlərə aiddir. Abidənin kitabəsində yazılmışdı: "Bu məzar mərhum və uca şəhid, Qadir Allahın rəhmətinə ehtiyacı olan Əxi Təvəkkülündür-Allah onun günahlarını bağışlasın-məhərrəm ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə" . Abidə 1961 – ci ildə azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində zaviyənin bünövrəsi və Əxi Təvəkkülün baş daşı formasında iki xatirə daşı abidəsi aşkar olunmuşdur. Xatirə daşlarının üzərində ərəb və erməni dillərində həkk olunmuş kitabələrdə Əxi Təvəkkülün hicri 951 – ci ilin məhərrəm ayında (25. 03. – 24. 04. 1544) şəhid olduğu göstərilir.
Akif Təvəkküloğlu
Akif Təvəkkül oğlu Nəsirov — Azərbaycan Respublikasının Milli Məclisinin 2006-2020-ci illərdə mətbuat xidmətinin rəhbəri, dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviri. == Həyat və fəaliyyəti == Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib. 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən 2020-ci ilədək Milli Məclisin mətbuat katibi vəzifəsində çalışmışdır.
Qutlu-Məhəmməd Təvəkkülov
Qutlu-Məhəmməd Mameşoviç Təvəkkülov (Rusca: Алексей Иванович Тевкелев / Aleksey İvanoviç Tevkelev, tat. Qotlımөxəmmət Mameş uğlı Təfkilev, Котлымөхәммәт Мамеш улы Тәфкилев, قوتلومحمد‎‎; 1674—1766) - tatar murzası Təvəkkülovların soyundan, rus diplomatı, Çelyabinskin qurucusu, general-mayor (1755). Vəzifəsinə I Pyotr zamanında başladı. Onun yanında Prut(1711) və İran səfərləri (1722—1723) sırasında tərcüməçi vəzifəsində xidmət etmişdi.
Təvəkküli Dədə Saraylı
Təvəkküli Dədə Saraylı — boşnak əsilli Osmanlı şairi. Sarayevoda anadan olmuşdur. O, əsərlərini farsca yazmışdır, baxmayaraq ki, onun əsərləri qorunub saxlanılmamışdır. O, Mövləvi ordeninə mənsub olduğu üçün fars dilini məharətlə bilirdi.

Значение слова в других словарях