Təvəkkül Əbdül-Salam Karman (ərəb. توكل عبد السلام خالد كرمان Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul,[6] Tawakel[7][8][9] 7 fevral 1979[1][2][…], Taiz[5][9]) — Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi.
Təvəkkül Karman | |
---|---|
توكل كرمان | |
| |
Doğum tarixi | 7 fevral 1979[1][2][…] (45 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Yəmən Türkiyə[3][4] |
Həyat yoldaşı | Məhəmməd Əl-Nehmi |
Uşağı | 3 |
Atası | Əbdül Salam Xalid Karman |
Anası | Ənisah Hüseyn Abdullah Əl Əsvadi |
Milliyyəti | yəmən |
Dini | İslam |
Təhsili |
Səna Universiteti Səna Elm və Texnologiya Universiteti |
Fəaliyyəti | sülh aktivisti, jurnalist, siyasətçi, insan hüquqları fəalı |
Mükafatları | Nobel Sülh Mükafatı (2011) |
tawakkolkarman.net tkif.org/en/ |
|
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci ildən qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi, 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması olub. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən ona "Dəmir qadın" və "İnqilabın anası" titulları verilib.[10][11] 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın,[12] ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadındır.[13]
Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazanaraq, Yəmənli jurnalist və mobil telefon xəbər xidməti vəkili kimi 2007-ci ildən mətbuat azadlığı uğrunda etirazlara rəhbərlik edib. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil edib.[6][14] Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabına dəstəyini verərək Yəməndəki etirazlara yön verərək Prezident Əli Abdullah Saleh rejiminin sona çatması uğrunda mübarizə aparıb.[15]
Təvəkkül Karman, 7 fevral 1979-cu ildə Yəmənin Taiz vilayəti, Şarab As Salam rayonunda anadan olmuşdur.[16] Mühafizəkar bir ölkədə öyrənməyə daha geniş şərait yaradılan Yəmənin üçüncü böyük şəhəri olan Taiz yaxınlığında boya-başa çatır.[17] O, Taizdə təhsil alır. Bir vaxtlar Əli Abdullah Saleh hökumətində hüquq işləri naziri vəzifəsində çalışmış və sonradan istefa vermiş vəkil və siyasətçi Əbdül Salam Karmanın qızıdır.[14] Şair Tariq Karman[18] və Harvard Hüquq fakültəsini bitirən ilk Yəmən vətəndaşı vəkil Səfa Karmanın bacısıdır. Səfa eyni zamanda jurnalistdir və Əl-Cəzirədə jurnalist kimi fəaliyyət göstərir.[19] Məhəmməd ən-Nehmi ilə evlidir[11][20] və üç uşaq anasıdır.[21]
Karman, Səna Universiteti nəzdindəki Elm və Texnologiya Universitetində ticarət ixtisası üzrə, Səna Universitetində siyasət elmləri üzrə təhsil aldı.[17][19] 2012-ci ildə Kanadadakı Alberta Universitetindən beynəlxalq hüquq üzrə "Fəxri doktor" adını almışdır.[22][23]
2010-cu ildə keçirilən etirazların birində bir qadın onu bıçaqlamağa çalışdı, lakin Karmanın tərəfdarları bu təcavüzün qarşısını almağı bacardılar.[20][24]
"Yüksək səviyyəli Yəmən məmuru" Tariq Karman, 26 yanvar 2011-ci il tarixli telefon danışığında bacısı Təvəkkülü, ictimai etirazlarına davam edərsə ölümlə təhdid etdi.[25] Dikster Filkinsin New Yorker-də yazdığına görə, rəsmi prezident Saleh idi.[18]
Türk hökuməti ona Türkiyə vətəndaşlığını təklif etdi və vətəndaşlıq sənədlərini 11 oktyabr 2012-ci ildə Türkiyə xarici işlər nazirindən aldı.[3][26][27]
2019-cu ildə Təvəkkül, The Asian Awards-da İlin Sosial Təşəbbüskarı mükafatına layiq görüldü.[28]
Bir çox Yəmənli kimi, Karman da təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda paytaxtın husi üsyançıları tərəfindən ələ keçirilməsindən sonra ölkəsini tərk etmək məcburiyyətində qaldı.
İstanbuldakı yeni evindən Karman, Səudiyyə Ərəbistanı - Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyindəki koalisiyanın apardığı müharibə və ABŞ-nin pilotsuz təyyarələrinin vətənində etdiyi hücumlar da daxil olmaqla Yəməndə edilən haqsızlıqlara qarşı çıxışlar etməyə davam edir.[29]
17 dekabr 2020-ci ildə Karman, evinə və ofisinə husilərin basqın etdiyini və mebellərini oğurladıqdan sonra onları nəzarətə götürdüyünü söylədi.[30]
Təvəkkül Karman, insan haqlarını, xüsusilə fikir və ifadə azadlığını və demokratik haqları təşviq etmək məqsədi ilə 2005-ci ildə digər yeddi qadın jurnalistlə birlikdə Zəncirsiz Qadın Jurnalistlər (WJWC) insan haqları qrupunu qurdu.[31] Although it was founded as "Female Reporters Without Borders," the present name was adopted in order to get a government license.[32] "Sərhədsiz Qadın Reportyorlar" olaraq qurulmasına baxmayaraq, indiki ad dövlət lisenziyası almaq üçün qəbul edilmişdir. Karman, "təhdidlər " aldığını və Yəmən hakimiyyət orqanlarının bir qəzet və radio stansiyası yaratmaq üçün qurumun müraciətini rədd etməsini qəbul etməməsi səbəbiylə Yəmən rəhbərliyindən telefon və məktubla təcavüz hədəfində olduğunu söylədi. Qrup,1990-cı il Mətbuat Qanununun müdafiəsinə girməməsinə baxmayaraq hökumət tərəfindən ciddi şəkildə nəzarət edilən SMS xəbər xidmətləri üçün azadlığı müdafiə etdi. Mətn xidmətlərinin hökumət tərəfindən nəzərdən keçirilməsindən sonra, davam etdirilməsinə lisenziya verilməyən yeganə xidmət Zəncirsiz Qadın Jurnalistlər ə məxsus olan və bir ildir fəaliyyət göstərən Bilakoyud idi.[18][33] 2007-ci ildə Zəncirsiz Qadın Jurnalistlər, Yəmənin 2005-ci ildən bəri mətbuat azadlığından sui-istifadə etmələrini sənədləşdirən hesabat yayımladı.[33] 2009-cu ildə Mətbuat Nazirliyini jurnalistləri hədəf alan məhkəmələr qurduğu üçün tənqid etdi. 2007-ci ildən 2010-cu ilədək, Karman müntəzəm olaraq Səna şəhərinin Təhrir Meydanında keçirilən nümayişlərə rəhbərlik etdi.[6][34]
Təvəkkül Karman, 2005-ci ilin martında Zəncirsiz Qadın Jurnalistlər qurupunu qurduğu zaman Əl-Thavrah qəzetinin filialında çalışırdı.[31] O,həmçinin Yəmən Jurnalistlər Sindikatının üzvüdür.[35]
Karman, ölkəsindəki mətbuat azadlıqlarının vəkili olaraq etirazlara başladı. Daha çox mətbuat azadlığının tərəfdarı olduğu bir zamanda, 2005-ci ildə Danimarka karikatür krizi mübahisələrinə belə yazaraq cavab verdi: "Biz istibdada və azadlığa qadağa qoymağa çağırmamalıyıq."[32][36]
Hicab lehinə ənənəvi niqab taxmağı dayandırdı. İlk dəfə 2004-cü ildə bir konfransa niqabsız çıxdı.[14] Karman milli televiziyada tam örtünmənin İslamın diktə etmədiyini bildirərək, baş örtüyünü niqab ilə əvəz etdi.[37][38] 2010-cu ildə Yəmən Times-a intervyusunda:[14]
Qadınlar problemin bir parçası olduqları yönündəki hisslərini dayandırmalı və bu problemin həll yolunun bir hissəsi olmalıdırlar. Uzun müddətdir kənarda qalmışıq və indi qadınların icazə istəmədən ayağa qalxıb fəal olma vaxtı gəlib artıq. Bu, cəmiyyətimizə qaytaracağımız və Yəmənin sahib olduğu böyük potensiala çatmasına imkan verəcəyimiz yeganə yoldur.
Yəmənli bir çox qızın, oğlan uşaqlarının qidalanması üçün qidalanma problemi yaşadığını iddia etdi və yüksək savadsızlıq nisbətlərinə də diqqət çəkdi: Yəmənli qadınların üçdə ikisi oxuya bilmir.[39] 17 yaşından kiçik qadınların evlənməsini əngəlləyən qanunları müdafiə etmək lazım olduğunu vurğuladı. İnsan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı Human Rights Watch-a edilən açıqlamada, Yəmən inqilabının "yalnız siyasi problemləri həll etmək üçün deyil, ən başlıcası uşaq evliliklərinin çox olduğu cəmiyyətin problemlərini həll etmək üçün baş vermədiyini" söylədi.[40] Partiyasının əksər üzvlərinin uşaq evliliyinə ondan fərqli bir baxışa sahib olmasına baxmayaraq, partiyasının qadınlara daha çox açıq olduğunu vurğulayır. Mövqeyini aydınlaşdırarkən dedi:[41]
Partiyamızın gənclərə ehtiyacı var, lakin gənclərin təşkilatlanmalarına kömək edəcək partiyalara da ehtiyacları var. Heç biri bu rejimi o biri rejim olmadan devirməyə müvəffəq ola bilməz. Beynəlxalq cəmiyyətin inqilabımızı İslam inqilabı adlandırmasını istəmirik.
Hökumətdəki korrupsiyaya qarşı etirazlara da rəhbərlik etdi. İbb şəhəri ətrafındakı ailələrin, kənd yerlərinin korrupsiyalaşmış yerli lider tərəfindən mənimsənildikdən sonra Salehin qovulması ilə bağlı mövqeyi daha da gücləndi.[20][24] Eynilə, xarici təsirlərdən kənarda qaldığını söyləyərək: "İnsan haqlarının qorunması ilə məşğul olan Amerika təşkilatları ilə, Amerika səfirləri və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə sıx strateji əlaqələrim var. Avropa İttifaqı və ərəb ölkələri fəalları ilə də əlaqəm var.[19] Miçiqan Universitetindəki auditoriya qarşısında çıxış edən Karman nitqini belə yekunlaşdırdı: "Mən dünya vətəndaşıyam. Yer mənim ölkəmdir və insanlıq mənim millətimdir.[42]
2012-13 Misir etirazlarına və 2013-cü il Misir çevrilişinə cavab olaraq Karman, 30 iyun tarixində Misir prezidenti Məhəmməd Mürsinin istefasını tələb edən etirazçılara dəstək oldu, lakin ordunun Mürsini devirməsi, Misir Konstitusiyasını dayandırması qərarını tənqid etdi və Mürsinin Misirin ilk demokratik yolla seçilmiş lideri olduğunu əsas gətirərək Müsəlman qardaşların Misir siyasətinə qatılmasını qadağan etdi. Konstitusiyanı ictimai referendumda səs verən insanların yüzdə 60-ı dəstəklədi.[43][44] Çevriliş əleyhinə nümayişlərə qatılmaq üçün Misirə girməyə çalışdı, lakin Misir ordusu tərəfindən "təhlükəsizlik səbəbləri" önə sürülərək qadağan edildi və yenidən Sənaya deport edildi.[45] Daha sonra hərbiçilərin yüksək rütbəli Müsəlman qardaşlar məmurlarını həbs etmələrini və hərbçilərin ilk növbədə Mürsinin tərəfdarları tərəfindən işğal edilmiş ərazilərdəki nümayişçilərə şiddət tətbiq etməsini pislədi.[46]
Karman müntəzəm olaraq həm Yəməndəki husi üsyançılarına, həm də Ərəbistan yarımadası Əl-Qaidəsinə qarşı çıxaraq hər ikisini də Yəmənin milli suverenliyinə böyük təhlükə adlandırırdı. Onun dediklərinə görə səyləri ölkədəki sabitliyi pozmaq və Yəmən hökumətini devirmək yönündə olan qrupları qınadı. Husiləri İran hökumətindən xarici yardım almaqda günahlandırdı və husilərin Əl-Qaidə ilə mübarizə apardıqları üçün xaricdəki husiləri tək buraxmağın səyləri olduğuna etiraz etdi. Husilərin Yəmən ordusuna inteqrasiyasının elanından sonra,Karman, husilərin silahlarını təslim etmək istəmədikləri təqdirdə inteqrasiya olunmamalıdılar deyə bildirdi.[47] 2014-15-ci il Yəməndə husi çevrilişinin 2015-ci ilin yanvar hadisələrinə cavab olaraq, keçmiş prezident Saleh ilə husi üsyançıları arasında 2011-ci il inqilabını keçid prosesinə son qoyaraq geri qaytarmaq üçün işbirliyi olduğunu bildirdi. Vətəndaş müharibəsinə baxmayaraq, Karman ölkəsinin gələcəyinə görə çox nikbin idi.[48] 2016-cı ildə Orta Şərq siyasəti jurnalına verdiyi intervyusunda Karman: "Bu qətllər,müharibələr çox kədərlidir." "Lakin eyni zamanda, ümidimizi,arzu,istək və xəyallarımızı itirmirik."
Karman tez-tez ABŞ-nin Yəməndəki pilotsuz təyyarə siyasətinə etiraz edir və bunların istifadəsini "qəbuledilməz" adlandırır və bunların yaşayış yerlərində istifadə edilməsinin insan haqlarını və beynəlxalq qanunları pozduğunu iddia edir.[49] 2013-cü ilin avqust ayında pilotsuz təyyarələrin sayının artmasından sonra, bombardmanların Yəmənin suverenliyini pozduğunu və ölkədəki Əl-Qaidə əsgərlərinin artmasına səbəb olduğunu elan edərək bütün zərbələrin dərhal dayandırılmasına çağırdı.[49]
Karman, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsini qınadı və bunları söylədi: "Təəssüf ki, bu koalisiya, müharibə və onun nəticələrini nəzərə almadan bomba və raket atılan döyüş kimi hərəkət edir." O, koalisiyanın hava hücumlarını "dərhal dayandırmağa" çağırdı.[50]
2011 Yəmən etirazları zamanı Təvəkkül Karman, Saleh hökumətinin uzun müddətdir davam edən hakimiyyətinə etiraz olaraq Sənada tələbə mitinqləri təşkil etdi. Yanvarın 22-də həyat yoldaşı ilə maşın sürərkən polis şəxsiyyəti olmayan üç geyimli kişi tərəfindən dayandırıldı[18][25] və həbsxanaya aparıldı və orada 24 yanvar şərti olaraq sərbəst buraxılana qədər 36 saat saxlanıldılar. 9 apreldə The Guardian-da dərc olunan məqaləsində o yazırdı:[51]
Bir həftə davam edən etiraz aksiyalarından sonra gecə yarısı təhlükəsizlik qüvvələri tərəfindən tutuldum. Bu yəmən inqilabında müəyyən məqamın başlanğıcı idi. Media qurumları həbs olunduğumu və ölkənin əksər əyalətlərində; tələbələr, vətəndaş cəmiyyəti fəalları və siyasətçilər tərəfindən təşkil edilən nümayişlərin başladığını bildirdi. Hökumətə qarşı təzyiqlər güclü idi və zəncirlərdə saxlandığım qadın həbsxanasından 36 saat sonra sərbəst buraxıldım.
Ardından 29 yanvarda başqa bir etiraz nümayişinə rəhbərlik etdi və 3 fevralda[15] 2010-2011-ci illər Tunis inqilabından ilhamlanaraq, 2011-ci il Misir inqilabı hadisələrinə bənzər "Qəzəb Günü" etirazlarına çağırış etdi. 17 martda davam edən etirazlar sırasında yenidən həbs olundu.[52] Qiyamdan danışarkən bildirdi: "Əli Abdullah Saleh rejiminin süqutuna qədər davam edəcəyik ...Cənubda Güney Hərəkatı, şimalda (Şiə) Husi üsyançıları və parlament müxalifəti var...Lakin indi ən əhəmiyyətlisi Yasəmən inqilabıdır." Həyat yoldaşı ilə birlikdə aylarla etiraz düşərgələrində qaldı.[11]
Karman Yəmən etirazların yəmənliləri cəlb etməsinin səbəblərini açıqladı: “Bir diktatura, korrupsiya, yoxsulluq və işsizliyin birləşməsi bu inqilabı yaratdı. Bu vulkana bənzəyir. Yaxşı həyat üçün fürsətlər sona çatarkən ədalətsizlik və korrupsiya partlayır."[53]
Karman, təhlükəsizlik qüvvələri tərəfindən 13 etirazçının öldürülməsinə cavab olaraq etirazçıları may ayında Prezident Sarayına yürüməyə çağırdıqdan sonra digər təşkilatçılarla gərgin fikir ayrılıqları yaşadı.[9]
18 iyun tarixində New York Times-da "Yəmənin Bitməmiş İnqilabı" adlı məqalə yazdı və Yəməndəki "irticaçı" Saleh rejiminə verdiyi dəstəyə görə ABŞ və Səudiyyə Ərəbistanını sual atəşinə tutdu, çünki "təsirlərindən köhnə rejim üzvlərinin hakimiyyətdə qalmasını və status-kvonun qorunmasını təmin etmək üçün istifadə etdilər". Amerikanın Yəmənə müdaxiləsinin terrorla müharibəyə səbəb olduğunu və nə Yəməndəki insan haqlarının pozulmasına, nə də Yəmənin demokratiya hərəkatının çağırışlarına cavab vermədiyini iddia etdi. Yəməndəki etirazçıların da ölkədə və bölgədə sabitlik istədiklərini təsdiqlədi.[21] Democracy Now!-ya intervyusunda Karman: "Nazirlər Kabineti qarşısındakı həftəlik etiraz aksiyalarımızda hökuməti insanların söz azadlığına və insanların onlayn qəzet sahibi olmasına icazə verməyə çağırdıq. Söz azadlığının demokratiya və ədalət qapısı olduğunu bildik və söz azadlığının bu hissəsi həm də hərəkat azadlığıdır ...Azadlıq mədəniyyəti və etirazları bütün Yəməndə yayıldı. Hər dəfə hüquqlarımız üçün ayağa qalxdıqda hökumət zorakılıqla cavab verdi və ya hüquqlarımıza müdaxilə etdi ..." Tunisin Yaxın Şərq ətrafında digər dövlətləri də Ərəb baharı etirazlarına ilhamlandırdığı üçün təşəkkürünü bildirdi.[54]
Etirazlar zamanı Karman, Yəməndə dəyişiklik tələb edən çox sayda qadın fəalın - yüzdə 30-undan biri idi.[55] 16 oktyabrda Taizdəki hökumət snayperləri Əzizə Osman Kalebi vuraraq öldürdü CNN, Yəmən etirazları zamanı öldürülən ilk qadın olduğunu bildirdi, ancaq bu iddianı təsdiqləyə bilmədi.[56] On gün sonra Sənadakı qadınlar makramlarını yandıraraq onlara qarşı tətbiq olunan şiddətə qarşı etirazlarını bildirdilər.[57][58] O vaxt Karman, Vaşinqtonda idi və burada makramlarını yandıran qadın nümayişçilərin Saleh rejiminin onlara qarşı tətbiq etdiyi haqsızlığın "rədd" cavabı olduğunu söylədi. Bu, Yəmən qadınları üçün yeni bir mərhələdir, çünki örtüklərin arxasında, divarların arxasında və ya başqa bir şeydə gizlənməyəcəklər.[59]
Nobel sülh mükafatının elanından sonra Təvəkkül Karman, Salehin qovulmasında və beynəlxalq məhkəməyə gətirilməsində etirazçılara kömək etmək üçün dünya rəyini və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvlərini səfərbər etməkdə getdikcə daha çox iştirak etdi.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ABŞ-yə Salehi bağışlayacaq bir müqavilə bağlamamaq şərtilə onu məsuliyyətə cəlb etmək, varidatını dondurmaq və etirazçılara dəstək olmaq üçün təsir etdi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası, 21 oktyabr tarixində 15-0 səslə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2014-cü il tarixli qətnaməsini "qətiyyətlə pisləyir", Saleh hökuməti, etirazçılara qarşı ölümcül güc tətbiqinə görə, eyni zamanda istefa etdiyi halda Salehə prokurorluqdan toxunulmazlıq verəcək Körfəz Əməkdaşlıq Şurasının (CCASG) təşəbbüsünü dəstəklədi. Səs verməyə hazır olan Karman, məclisin Körfəz Əməkdaşlıq Şurasının təklifini dəstəkləməsini tənqid etdi və bunun əvəzinə Salehin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını müdafiə etdi.[60]
Karman, 28 oktyabrda ABŞ dövlət katibi Hillari Klintonla bir araya gələrək eyni Birləşmiş Millətlər Qətnaməsini müzakirə etdilər və nəticədə: Klinton "ABŞ Yəməndəki demokratik bir keçişi və Yəmən xalqının - kişi və qadınlarının öz liderlərini və gələcəklərini seçmək hüquqlarını dəstəklədiyini" bildirdi.[59][61] Karman, Yemini mətbuatı vasitəsi ilə bu şərhə “Yəməndə insanlar meydanlarda düşərgə saldıqları 9 aydır." deyə bildirdi. İndiyə qədər Barak Obamanın Yəmən xalqının fədakarlığına dəyər verdiyini görmədik. Bunun əvəzinə Amerika rəhbərliyi Salehə zəmanət verir.[62]
Saleh Körfəz Əməkdaşlıq Şurasının planını 23 noyabr 2011-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində imzaladı. Saleh, razılaşma şərtlərinə görə, siyasi keçidə başlamaq üçün səlahiyyətlərini vitse-prezident Əbül Rəbbuh Mənsur Əl Hadiyə verəcəkdi.[63]
Karman, o dövrdə Nobel sülh mükafatına layiq görülən ilk gənc və ikinci müsəlman qadını oldu. 32 yaşında Təvəkkül Karman o zaman Nobel sülh mükafatının ən gənc qalibi idi.[64] 1976-cı ildə mükafat almış və əvvəllər bu rekorda sahib olan Meyrid Korriqandan (27 yanvar 1944-cü il təvəllüdlü) daha gəncdir (7 Fevral 1979).[65] 2014-cü ildə, 17 yaşında olan Məlalə Yusəfzay, Karmanı indiyədək ən gənc qalib olaraq yerindən etdi. 2003-cü ildə Şirin Ebadi Nobel sülh mükafatını alan ilk fars və ilk müsəlman qadın idi. Karman, 1905-ci ildə Berta fon Zutnerdən və 1946-cı ildə Emili Qrin Bolçdan sonra Nobel mükafatına layiq görülən üçüncü qadın jurnalist idi. 2011-ci ildə Nobel sülh mükafatı elan edilməzdən əvvəl, 110 ildə bu günə qədər yalnız 12 qadın almışdı və təqdimatdan sonra 15 qadın var idi.
Karman, Elen Conson-Serlif və Leyma Qbovi ilə birlikdə 2011-ci ildə Nobel sülh mükafatını "qadınların təhlükəsizliyi və barış quruculuğu işində tam iştirak etmək üçün qadın haqları uğrunda şiddətsiz mübarizələrinə görə" bərabər mükafat almışlar.[66] Nobel Komitəsi Karman haqqında: "Həm Ərəb baharından əvvəl, həm də ən çətin şərtlərdə Təvəkkül Karman, Yəməndə qadın hüquqları,demokratiya və sülh uğrunda mübarizədə lider rol oynadı."[66][67] Nobel Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı qətnaməsinə istinad edərək, qadın və uşaqların müharibədən və siyasi qeyri-sabitlikdən çox ziyan çəkdiyini və qadınların sülhməramlı fəaliyyətlərə daha çox təsir və rola sahib olmaları lazım olduğunu söylədi; eyni zamanda "danışıqlar apararkən və sülh müqavilələrini həyata keçirərkən iştirak edən bütün aktyorları gender perspektivini qəbul etməyə çağırır."[68]
Mükafatı elan edəndən sonra komitə sədri Turbyorn Yaqland dedi: "Qadınlar cəmiyyətin bütün səviyyələrində inkişaflara təsir göstərmək üçün kişilərlə eyni fürsətləri əldə etmədikləri təqdirdə dünyada demokratiyaya və davamlı sülhə nail ola bilmərik." Daha sonra mükafatın "bütün dünyada qadınlar üçün çox əhəmiyyətli bir siqnal olduğunu" və Ərəb baharı hadisələrinə baxmayaraq, "dünyada baxdığımız bir çox başqa müsbət inkişafın olduğunu söylədi. Tədqiqatçıların və başqalarının onları görməməsi bir az qəribədir "dedi. 2011-ci il mükafatı, 10 milyon İsveç kronu üç alıcı arasında bərabər bölünməlidir.[69][70]
Mükafatın verilməsinə reaksiyasını Karman, hökumət əleyhinə davam edən nümayişlər zamanı Sənada düşərgədə olarkən, bunları söylədi: "Mən bunu gözləmirdim. Tamamilə sürpriz oldu. Bu, dünyadakı ərəblər və ərəb qadınları üçün bir zəfərdir "və bu mükafat" dinc inqilabımızın qələbəsidir. Çox xoşbəxtəm və bu mükafatı Misir, Tunis, ərəb dünyasındakı bütün gənclərə və bütün qadınlara hədiyyə edirəm. Ölkəmizi və ya dünyanın heç bir ölkəsini sülh olmadan qura bilmərik "deyərək,[69] bunun da" Liviya, Suriya və Yəməndəki bütün gənclər və qadınlar üçün olduğunu,[71] bu, vətəndaşlıq və insan hüquqları tələbimiz üçün bir zəfər olduğunu" dedi. Bütün Yəmənlilər mükafatdan dolayı çox xoşbəxtdirlər. Demokratik Yəmən uğrunda mübarizə "Ərəb baharı" nın bütün şəhid və yaralılarının anısı üçün davam edəcək ...[67] Tunis, Misir, Yəmən, Liviya və Suriyada hüquq və azadlıqları üçün mübarizə aparan bütün azad insanlara "və" İnqilabı çiçəklərlərini snayperlərlə qarşı-qarşıya qoyaraq inqilabı dinc hala gətirməyə çalışan bütün Yəmənlilərə həsr edirəm. Yəmən qadınları, Tunis, Misir və bütün ərəb dünyasındakı dinc nümayişçilər üçündür."[72] O, namizəd göstərilməsindən xəbərsiz olduğunu və mükafat barədə televiziya vasitəsi ilə xəbərdar olduğunu söylədi.[73]
-- Təvəkkül Karman[74]
Açıqlamadan sonra Karman Qətərə getdi və Təmim bin Həməd Al Sani ilə görüşdü və ayrıca Səba məlikəsinin şərəfinə Bilqeys adını verəcək, qadın jurnalistlərə dəstək olmaq və Yəmən jurnalistlərini daha çox maarifləndirmək üçün televiziya və radio qurulmasına Doha Media Azadlıq Mərkəzindən kömək istədi.[75] O, Yəməndəki MBI Al Jaber Media İnstitutunun jurnalistikanın bütün sahələrində pulsuz təhsil verən Beynəlxalq Məsləhət Şurasındadır.[76]
25 oktyabrda Vaşinqtonda Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) və Dünya İşgəncələrə Qarşı Təşkilatı (OMCT) tərəfindən İnsan Hüquqları Müdafiəçilərinin Qoruma Rəsədxanasının (OBS) 14-cü illik hesabatının yayımlanması münasibətilə video mesaj göndərdi. Məruzədə Ərəb baharı, Yəmən və Karman haqqında məlumatlar var idi.[25][77][78]
Xarici Siyasətdə 2011-ci ilin ən yaxşı 100 qlobal mütəfəkkirindən birincisi seçildi.[79]
MBI Al Jaber Foundation ilə birlikdə İstanbul Aydın Universitetində aspirantura səviyyəsində təhsil almaq üçün Yəməndən gələn perspektivli tələbələrə təqaüd verdi.[80]
Karman dünyanın çox yerindəki kollec və universitetlərdə çıxış etdi. Elizabettaun kollecində çıxış edərək qadınlar, insan hüquqları və Ərəb inqilabı mövzularında çıxışlar etdi.[81][82][83]
Yəmən Vətəndaş müharibəsi ilə əlaqədar olaraq (2015-indiyə qədər), münaqişədə husiləri günahlandırır.[84]
Yəmənli kinorejissor Xədicə əl-Səlami, Təvəkkül Karmanın müsahibə verdiyi “The Scream” (2012) filmində qadınların Yəmən qiyamında oynadığı rolu sənədləşdirdi. Əl-Səlami sənədli filmdə üç fərdi portret təqdim edir - jurnalist, aktivist və şair. Bu ad, ənənəvi patriarxal cəmiyyətdə reaksiya olaraq kişilərə nisbətən mövqelərini dilə gətirən qadınlara aiddir. The Scream ilk dəfə 2012-ci ildə Dubay Beynəlxalq Film Festivalında nümayiş edildi.[85][86]