UÇURUM

is.
1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım.
Sağımız dağ, solumuz qorxunc uçurum, meşəlik, dağlıqdır. S.Rüstəm.
Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. Ə.Məmmədxanlı.

// sif. Uçurumlu, sıldırımlı, sıldırım.
…Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. S.S.Axundov.
Kəşfiyyatçılar iri gövdəli qalın meşədən birdən uçurum bir dərəyə düşdülər. S.Rəhimov.

2. məc. Dərin fərq, ayrılıq, ziddiyyət.
[Rəşid Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. S.Hüseyn.

3. məc. Təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət.
Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad.
Qarafikirli adamlar Təbriz xalqını … uçurumlara çəkirdi. M.S.Ordubadi.

Синонимы

  • UÇURUM 1. UÇURUM Uçurumlardan qalxan at fınxıraraq inləyə-inləyə addımlayırdı (S.Rəhimov); SILDIRIM [Koroğlu] atı vurub sıldırımın kənarına gəldi (“Koroğlu”)
  • UÇURUM ziddiyyət — fərq
  • UÇURUM yarğan — sıldırım

Антонимы

  • UÇURUM UÇURUM – DÜZ Yolun aşağısı uçurum idi, dibindən çay axırdı (Çəmənzəminli); Düz yerdə gəzə bilmir, şumda şıllaq atır (Ata

Этимология

  • UÇURUM Kökü uç feilidir, -ur təsirli feil əmələ gətirir, -um feildən isim düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
UÇURULMAQ₁
UÇURUMLU

Значение слова в других словарях