Unifikasiya
Unison
OBASTAN VİKİ
Unikal (jurnal)
Unikal (jurnal) — beynəlxalq ictimai fənlərarası elmi-tədqiqat jurnalı. Unikal jurnalı 2014-cı ildən bir dildə – azərbaycan dilində nəşr olunur. Jurnalın təsisçisi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərdir. Jurnalın ad və ideya müəllifi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərə məxsusdur. Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "neft kapitalı"nı "insan kapitalı"na çevrilməsi istiqamətində görülən işlərin məntiqi davamı kimi humanistlik, sosial, eyni zamanda praqmatik evristikdir. Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, məsul katibi və internet saytının rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Mirafərin Seyidovdur. Jurnalda nəşr olunan məqalələrin 2 dildə - rus və ingilis dillərində rezumələri verilir. Jurnalın redaksiya şurasına ölkəmizdən hüquq el.d. Ziyafət Əsgərov, AMEA-nın vitse priezidenti İsa Həbibbəyli, tarix e.d.prof.Əli Həsənov, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, akademik ismayıl Hacıyev, akademik Ziyad Səmədzadə, akademik Teymur Kərimli, hüq.ü.f.d. Əli Hüseynli və digər ölkələrdən Rusiya, Ukrayna, Türkiyə, Fransa bir çox məşhur alimlər Bülent Arınç, professor Dr.
Global unikal identifikator
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Unikal satış təklifi
Unikal satış təklifi (UST; ing. unique selling proposition, unique selling point; USP) və ya unikal məhsul iddiası — fərqli bir istehlakçı motivi, imicə və "əyləncə" reklamına alternativ. UST, müştərinin bir şirkət və ya məhsul seçməsinə əsaslanan rəqabət üstünlüyünün bir hissəsidir (bir məhsulun və ya xidmətin xüsusiyyətlərinə əsaslanaraq). UST — yerləşdirmə strategiyasında daha da inkişaf etdirilən bir reklam konsepsiyasıdır (El Rays, Cek Traut və başqaları). Bu termin əvvəlcə Rosser Rivs tərəfindən məhsula yönəlmiş bazarlar üçün irəli sürülmüşdür. Təklif, məhsulun müstəsna xüsusiyyətləri və bazarda əvvəllər heç vaxt edilməmiş bir bəyanatla əlaqəli ola bilər. UST nəzəriyyəsi, Ted Bates & Company tərəfindən 1940-cı illərin əvvəllərində, ortaq olaraq Rosser Rivs tərəfindən hazırlanmışdır. 1980-ci illərdə nəzəriyyə H. Bolduin (ing. Baldwin H.), D. Şultz (ing. Schultz D.) və başqalarının əsərlərində hazırlanmışdır.

Значение слова в других словарях