VALTORN

[ alm. ] mus. Buynuz şəklində olan, nəfəslə çalınan müştüklü musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarilə üç qrupa ayrılır: ...2. Misdən hazırlanmış nəfəsli alətlər (truba, valtorn, trombon, tuba və sairə). AUTHOR Ə.Bədəlbəyli .@@@
Trombonla valtornanın güclü nəfəsi; Ordu kimi hücum çəkir mübarizəyə. S.Vurğun.

VALS
VALTORNA
OBASTAN VİKİ
Valtorn
Valtorn — ilbiz qabığı kimi qıvrım formalı mis borudan hazırlanan nəfəsli musiqi aləti. Dilimizə italyanca "buynuz" mənası daşıyan "corno" sözündən keçmiştir. Qədim Misirdə, Qədim Romada və Mesopotamiyada buynuzdan hazırlanan ilk nümunələri, işarə vermək və ovçulara yol göstərmək üçün istifadə edilirdi. Müasir dövrümüzdə də bəzi ölkələrdə çobanlar və ovçular hələ də bu məqsədlə buynuzdan istifadə edirlər. Valtornun gövdəsini təşkil edən boru, üfürülən baş hissədən aşağıya doğru qıvrılarak genişlənir və zınqırov formalı hissə ilə tamamlanır. Müasir valtornun uzunluğu təxminən 3,3 metrdir. Üfürülən ucunda konus formalı ağızlıq var. Fleyta və klarnetdə olduğu kimi, onun üzərində səs deşikləri və ya üfürmə dili yoxdur. Dodaqlar ağızlığa dodağın quruluşuna uyğun vəziyyətdə yerləşdirilir. Üfürüldükdə borunun içindəki hava kütləsinin titrəməsi nəticəsində səs yaranır.

Значение слова в других словарях