V — Vendetta deməkdir (film, 2006)
V — Vendetta deməkdir (ing. V for Vendetta) — 2006-cı ildə ABŞ, Böyük Britaniya və Almaniya kino studiyalarının ortaqlığı sayəsində fantastika filmi janrında çəkilən filmdir.
Filmin əvvəlində Barıt sui-qəsdi iştirakçısı olan Qay Foksun tutulması və edam vaxtı təsvir edilir. Ardınca filmdə göstərilən hadisələr yaxın gələcəkdə 2038-ci ildə baş verir. Artıq ABŞ dünya üzərində hegemonluğunu itirmişdir. Böyük Britaniyada hakimiyyətə "Norsefire" partiyasının nümayəndələri gəlmişdir. Bu partiyanın heyəti, dövlətdə sürətlə yayılan virusun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini öz üzərinə götürmüşdür. 4 noyabr tarixində Qay Foksun maskasını taxan və özünü "V" adlandıran naməlum şəxs, "Federal Təhqiqat Bürosu" tərəfindən yaxalanan "BTN" (British Television Network) assisenti olan İvi Hemmondu xilas edərək, buradan qaçırır. "V", İvini xilas edərək onu damın üzərinə aparır və bir neçə dəqiqədən sonra 5 noyabr tarixinə qədəm qoyulur. Bu zaman Londonun küçələrində Pyotr Çaykovskinin "1812-ci il" adlı uvertürasının sədaları altında atəşfəşanlığın partlaması müşahidə olunur.