Payız burğu çiçәyi
Hündürlüyü 10-20 (35) sm, gövdəyə sıxılan bir neçə sivriləşmiş qınları və yuxarıya doğru daralmış kiçik kök yumruları olan çoxillik ot bitkisidir.
== Yarpaq ==
Kökətrafı yarpaqları enli-yumurtavari və sivridir, rozet əmələ gətirir.
== Çiçək ==
Çiçək qrupu birtərəfli, sünbülşəkilli, oxu spiralvari burulmuş, vəzili-yumuşaq tüklüdür.Çiçək altlığı yumurtavari-neştərşəkilli, vəzilitüklüdür.Çiçəkləri xırda, ağ rəngli, bayır tərəfdən yumşaq tüklüdür. Çiçək yanlığının xariciyarpaqcıqları küt, xətli neştərvaridir, daxili yarpaqcıqları isə dilcikşəkilli, novlu, orta hissədən yuxarısı bir az genişlənmişdir, az dalğavari kənarlıdır.
== Meyvə ==
Kapsulu 5-7 mm uzunluqda, 2-4 (və ya 5) mm qalınlıqda, yumurtavari və saysız kiçik və çox yüngül toxumlarla doludur.
== Çiçəkləməsi ==
Sentyabr
== Meyvə verməsi ==
Oktyabr
== Azərbaycanda yayılması ==
Lənk. dağ. (Lənk.rayonunun Qafqaz kəndi ətrafında S. Nenyukov tərəfindən 25/IX 1936-cı ildə toplanmışdır,Astara rayonunun Fensar kəndi ətrafında L. İ.Prilipko tərəfindən 10/X 1948-ci ildə toplanmışdır, İsmayıllı rayonu ərazisində, Göyçay çayı boyunca kolluqlarda E. S. Şükürov tərəfindən 25/IX 2015-ci ildə qeydə alınmışdır.
== Yaşayış mühiti ==
Dağətəyi zolaqda və aşağı dağ qurşağında-kəsilmiş meşələrdə, kolluqlar arasında və otlu yamaclarda rast gəlinir.