Viza

fr. visa, lat. visus – görülmüş, baxılmış 1) müvafiq vəzifəli şəxsin (rəsmi vəzifə sahibinin) hər hansı sənədin və ya aktın məzmunu ilə razı olduğunu göstərən və onun həqiqiliyini təsdiq edən, yaxud ona hüquqi qüvvə verən qeydi. Məsələn, viza qoymaq. 2) bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq. yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd, oradan getməsinə rəsmi icazə, vizalamaq. Məsələn, viza almaq, viza vermək.
Vitse
Vizitka
OBASTAN VİKİ
Viza
Viza (lat. visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə. Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir. Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza Transit Viza Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır. Qısamüddətli viza Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər. Uzun müddətli viza Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür.
Azərbaycanın viza siyasəti
Azərbaycanın viza siyasəti — Azərbaycan Hökuməti, müəyyən ölkələrin vətəndaşlarına, müəyyən bir müddət üçün viza almaq məcburiyyətində qalmadan, ümumi Azərbaycan pasportu ilə turizm və ya iş məqsədli Azərbaycan ziyarəti və diplomatik və xidmət pasportu ilə rəsmi məqsədli Azərbaycan ziyarəti üçün giriş icazəsi verir. Digər ölkələrin vətəndaşları, Azərbaycan Respublikası səfirliklərində və ya konsulluqlarında Azərbaycana səyahət etmədən əvvəl viza almalıdırlar. == Ümumi viza şərtləri == Pasport, verilən Azərbaycan vizasının bitmə tarixindən sonra ən az 6 ay etibarlı olmalıdır. Bir xarici ölkə vətəndaşlarının pasport müddətinin bitməsinə 4 aydan az bir müddət varsa,(Türkiyə vətəndaşları üçün bu müddət 150 gündür) viza verilməyəcək. Ümumi pasport ilə xidmət pasportu üçün viza alması lazım olan sadalanan müəyyən ölkələrin vətəndaşları, Azərbaycana səyahət etmədən əvvəl viza almalıdırlar. Vizalar, Azərbaycan Respublikası səfirliklərindən və ya konsulluqlarında ya da Azərbaycan Respublikası sərhədindəki keçid məntəqələrində verilir. == Afrika == == Amerika == == Asiya == == Avropa == == Siyahıda olmayan digər bütün ölkələr == Siyahıda olmayan ölkələrin vətəndaşları Azərbaycana səyahət etməmişdən əvvəl viza almalıdırlar. Vizalar Azərbaycan Respublikası səfirliklərindən və ya konsulluqlarında ya da Azərbaycan Respublikası sərhədindəki keçid məntəqələrində. == Qadağan == Ermənistan Respublikası ilə müharibə vəziyyəti səbəbindən Ermənistan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına girişi qadağandır. Azərbaycan Hökuməti, qanuna Azərbaycanın hissəsi olan və Ermənistan tərəfindən işğal edilmiş, separatçı Dağlıq Qarabağ bölgəsini (qanunsuz "Dağlıq Qarabağ Respublikası"), onu əhatə edən torpaqları və tamamilə Ermənistan torpaqları içində iştirak edən Kərki, Yuxarı Əskipara, Barxudarlı və Sofulu anklavlarını, Azərbaycan hökumətinin icazəsi olmadan xarici ölkə vətəndaşlarının ziyarət etmələrini qətiliklə qadağan edib.
Dnestryanı viza siyasəti
Dnestryanı viza siyasəti — xarici ziyarətçilərin Dnestryanıya vizaya ehtiyacı yoxdur. Xarici ziyarətçilərdən yalnız girişdə səlahiyyətli orqanlarda qeydiyyatdan keçmələri tələb olunur. Bu arada daha 3 postsovet münaqişəli vətəndaş Dnestryanıya pulsuz səyahət edə bilər. Demokratiya və Millətlərin Hüquqları Birliyinin bütün üzvlərinin vətəndaşları üçün viza tələblərinin ləğv edilməsi qərara alınıb: == Qeydiyyat proseduru == Xarici vətəndaşlar Dnestryanı əraziyə gəldikdən sonra, dəvət, təhsil və ya iş məqsədilə qohumlarının və ya dostlarının yanında qaldıqları zaman pasport və şəxsiyyət vəsiqələri 24 saat ərzində qeydiyyat üçün Viza Departamentinə və Daxili İşlər Nazirliyinin qeydiyyat və pasport idarələrinə təqdim olunur. Xarici vətəndaşlar hotelə gəldikdən sonra otel rəhbərliyinə, Daxili İşlər Nazirliyinin rəsmilərinə məlumat vermək və vaxtında qeydiyyatdan keçmək üçün məsuliyyət daşıyırlar. Ev sahibləri isə xarici vətəndaşların səfər tarixini və məqsədini üç gün əvvəldən Daxili İşlər və Dövlət Təhlükəsizliyi Nazirliyinə bildirməyə borcludurlar.
Qazaxıstanın viza siyasəti
Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar. Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər: 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır). Qeydlər ^ ŞV – Milli şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər ^ IP – Daxili pasportla daxil ola bilərlər 2 – 30 günədək, istənilən 180 günlük dövr ərzində ölkədə qalma müddəti ən çox 60 gün ola bilər 3 – 180 gün ərzində 30 günədək 4 – il ərzində 30 günədək Türkmənistan— Balkan vilayətinin sakinləri Atırau və Mangistau vilayətlərinə vizasız 5 günlük səfər edə bilərlər. Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir. Həmin ölkələr bunlardır: Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan. Yalnız Almaniya, Benilüks, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Sloveniya, Vatikan və Yunanıstan diplomatik pasportlarına sahib vətəndaşlar və həmçinin Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Xorvatiya, İsrail, Kipr, Meksika, Monteneqro, Rumıniya, Slovakiya və Şimali Makedoniya diplomatik və xidmət kateqoriyası pasportlarına malik şəxslər 90 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Yalnız Misir, Polşa diplomatik pasport sahibləri və Bosniya və Herseqovina, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İran, Kuba, Macarıstan, Pakistan, Şri-Lanka, Tailand, Türkmənistan, Vyetnam və Yaponiya ölkələrinə aid yalnız diplomatik və xidmət kateqoriyalı pasport sahibləri 30 günə qədər Qazaxıstanda vizasız qala bilərlər. Birləşmiş Millətlər Təşkilatının pasportu sahiblərindən 180 gün müddətində 30 gün ərzində viza tələb olunmur. 2019-cu ilin dekabr ayında Kolumbiya ilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız müqavilə imzalanmışdı, lakin o, hələ təsdiqlənməyib.
ABŞ-ın viza siyasəti
Amerika Birləşmiş Ştatlarının viza siyasəti əcnəbilərin Amerika Birləşmiş Ştatlarına səyahət etmələri, daxil olmaları və burada qalmalarını qanunla tənzimləyən tələblərdir. ABŞ-yə ziyarət edən şəxslər Visa imtina Proqramı ölkələrindən olmadıqları təqdirdə ABŞ diplomatik missiyalarının birindən viza əldə etməlidirlər. Eyni qaydalar ABŞ-nin bütün əyalətlərinə, Kolumbiya Dairəsinə, Puerto Riko və ABŞ Virgin Adalarına, həmçinin əlavə imtiyazlarla Guam və Şimali Mariana Adalarına səyahət etmək üçün tətbiq edilir. Oxşar, lakin ayrı qaydalar Amerika Samoası üçün də tətbiq olunur. == Viza siyasəti xəritəsi == == Viza azadlığı == === Visa Waiver Program === 2021-ci il tarixindən etibarən 39 ölkə ABŞ hökuməti tərəfindən Vizadan İmtina Proqramına (VWP) daxil olmaq üçün seçilmişdir. Vətəndaşlarının qısa müddətli səyahətləri üçün ABŞ vizasına ehtiyacları olmasada, lakin hava və ya dəniz yolu ilə gəldikdə elektron icazə (ESTA) almaları tələb olunur. Ziyarətçilər 90 günədək ABŞ-də qala bilərlər. Bura Kanada, Meksika, Bermuda və ya ABŞ-dən keçməsi halları olduqda Karib dənizindəki adalar da daxildir.
ABŞ-nin viza siyasəti
Amerika Birləşmiş Ştatlarının viza siyasəti əcnəbilərin Amerika Birləşmiş Ştatlarına səyahət etmələri, daxil olmaları və burada qalmalarını qanunla tənzimləyən tələblərdir. ABŞ-yə ziyarət edən şəxslər Visa imtina Proqramı ölkələrindən olmadıqları təqdirdə ABŞ diplomatik missiyalarının birindən viza əldə etməlidirlər. Eyni qaydalar ABŞ-nin bütün əyalətlərinə, Kolumbiya Dairəsinə, Puerto Riko və ABŞ Virgin Adalarına, həmçinin əlavə imtiyazlarla Guam və Şimali Mariana Adalarına səyahət etmək üçün tətbiq edilir. Oxşar, lakin ayrı qaydalar Amerika Samoası üçün də tətbiq olunur. == Viza siyasəti xəritəsi == == Viza azadlığı == === Visa Waiver Program === 2021-ci il tarixindən etibarən 39 ölkə ABŞ hökuməti tərəfindən Vizadan İmtina Proqramına (VWP) daxil olmaq üçün seçilmişdir. Vətəndaşlarının qısa müddətli səyahətləri üçün ABŞ vizasına ehtiyacları olmasada, lakin hava və ya dəniz yolu ilə gəldikdə elektron icazə (ESTA) almaları tələb olunur. Ziyarətçilər 90 günədək ABŞ-də qala bilərlər. Bura Kanada, Meksika, Bermuda və ya ABŞ-dən keçməsi halları olduqda Karib dənizindəki adalar da daxildir.
ABŞ vətəndaşları üçün viza tələbləri
Amerika Birləşmiş Ştatları vətəndaşları və vətəndaşlığı olmayan milliyətlər üçün viza tələbləri digər ölkələrin səlahiyyətliləri tərəfindən ABŞ vətəndaşlarına qoyulan inzibati giriş tələbləridir. 13 aprel 2021 (2021-04-13) tarixinə olan məlumata əsasən, Birləşmiş Ştatlar pasportu sahibləri 187 ölkəyə/əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Henley Pasport İndeksinə görə Birləşmiş Ştatlar pasportu, səyahət azadlığı baxımından (Belçika, Yeni Zelandiya, İsveçrə və Biləşmiş Krallığın pasportları ilə bərabər) 7-ci sırada qərarlaşır. == Viza tələbləri xəritəsi == == Viza tələbləri == Dövlətlərin Amerika Birləşmiş Ştatları vətəndaşlarına qarşı ümumi viza tələbləri: === Fərqli viza siyasətinə sahib ərazilər və ya inzibati bölgülər === ABŞ vətəndaşları üçün müxtəlif ərazilərə, mübahisəli ərazilərə, yuxarıda göstərilən siyahıda adı çəkilən qismən tanınmış ölkələrə, fərqli viza siyasəti və məhdud bölgələrdə fəaliyyət göstərən tanınmış inzibati bölmələrə səfərlər üçün viza tələbləri: == Xaricdəki ABŞ vətəndaşlarının konsulluq qorunması == ABŞ dünyanın hər bir ölkəsindən ən çox diplomatik nümayəndəliyə sahibdir. ABŞ-nin diplomatik nümayəndəliklərinin siyahısı və həmçinin ABŞ-dəki diplomatik nümayəndəliklərin siyahısına da baxın.
Azərbaycan vətəndaşları üçün viza tələbləri
Henley Tərəfdaşları Pasport İndeksinin 26 may 2019 tarixindəki hesabatına görə 67 ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə verərək qəbul edir. Eyni vaxtda Azərbaycan ilə Avropa İttifaqı arasında vizanın qaldırılması ilə bağlı danışıqlar aparılır. Aşağıdakı cədvəl ancaq Azərbaycan vətəndaşlarının turist səfərləri haqqında məlumatı göstərir. Digər iş, jurnalist və başqa vizasız girişlər cədvəldə göstərilməyib. Aşağıdakı "vizasız" və ya "viza girişdə verilir" adı altında göstərilən ölkələr bəzən gediş/qayıdış bileti və maddi vəziyyəti göstərən sənədlər tələb edə bilər. Bu səbəbdən səyahətə çıxmazdan qabaq viza haqqında məlumatları səfirliklərdən öyrənmək tövsiyə olunur. Məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyi və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasısından götürülmüşdür. Əgər məlumat fərqli yerdən götürülübsə, cədvəldə qeyd edilib.
Ermənistan vətəndaşları üçün viza tələbləri
Ermənistan vətəndaşları üçün viza tələbləri — digər dövlətlərin hökumətləri tərəfindən Ermənistan vətəndaşlarına tətbiq olunan inzibati giriş məhdudiyyətlərdir. Henley Passport İndeksinə əsasən, 7 yanvar 2020-ci il tarixinə qədər Ermənistan vətəndaşları səyahət azadlığı üzrə 81-ci yeri tuturlar, onlar 62 ölkə və əraziyə vizasız və ya vizanı girişdə almaqla daxil ola bilərlər.
İsrail vətəndaşları üçün viza tələbləri
İsrail vətəndaşları üçün viza tələbləri İsrail pasportu olan vətəndaşlara aiddir. 11 yanvar 2022-ci il tarixinə İsrail vətəndaşları 159 ölkə və əraziyə vizasız və ya vizanı girişdə əldə etməklə daxil ola bilərlər. Bununlada İsrail pasportu Qlobal Pasport İndeksi 2021-ə görə səyahət azadlığı baxımından 24-cü yerdədir. Abraham Accords Sülh Sazişləri İsrail pasportunun 2021-ci ilin avqustunda reytinqdə 13 pillə yüksələrək 13-cü yerə yüksəlməsinə səbəb oldu. Turist olaraq səyahət edən ümumvətəndaş pasport sahibləri üçün viza tələbləri: Əvvəlcədən təsdiqlənmiş vizalar səfirlik və ya konsulluq əvəzinə aşağıdakı ölkələrə gəldikdən sonra götürülə bilər. İsraili tanıyan 159 dövlətdə 70 daimi səfirlik, 23 konsulluq və beş “xüsusi” missiya var. 2014-cü ildən etibarən Almaniya israillilərin təmsil olunmadığı ölkələrdə israillilərə konsulluq yardımı təklif edir. Şimali Koreya İsraili “imperialist peyk” kimi qəbul etdiyi üçün onu ölkə kimi tanımır. 2016-cı ildən bəri İsrail mülki vətəndaşlarına İsraildə müvafiq vizalarla Şimali Koreyaya vasitəçi olmadan getməyə icazə verilib. Ərəb dövlətləri ilə davam edən münaqişə səbəbindən Birləşmiş Millətlər Təşkilatının 13 ərəb üzvü İsrail Dövlətini tanımır.
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti — Qondarma Dağlıq Qarabağ Respublikasına gələnlər vizadan azad olan ölkələrdən birindən gəlmirlərsə, viza almalıdırlar. Aşağıdakı ölkələrin vətəndaşları Dağlıq Qarabağ Respublikasına vizasız gedə bilərlər: Yuxarıda göstərilən ölkələrlə yanaşı, daha üç keçmiş Sovet dövlətinin vətəndaşları Artsaxa vizasız gedə bilərlər. Tanınmamış dövlətlər birliyinin bütün üzvləri öz vətəndaşları üçün viza tələbini qaldırmağa razılaşıblar: Digər ölkələrin vətəndaşları Ermənistanın Dağlıq Qarabağdakı daimi nümayəndəliyindən viza ala bilərlər. İstisna hallarda, giriş vizası Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də Xankəndidə verilə bilər. Tək 21 günlük turist vizası mövcuddur, tək və çoxlu viza maksimum bir, iki və ya üç ay müddətinə verilə bilər. Azərbaycana getmək istəyən şəxsin pasportunda Dağlıq Qarabağ vizası, möhürü və ya ora səfər etməsi ilə bağlı hər hansı sübut olarsa, onun Azərbaycan Respublikasına girişi həmişəlik qadağan ediləcək və bu şəxs "persona non qrata" siyahısına (arzuedilməyən adam siyahısına) daxil ediləcək.
Vizadan İmtina Proqramı
Vizadan İmtina Proqramı (VİP) (ing. Visa Waiver Program (VWP) — ABŞ federal hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-yə səyahət etməsinə imkan verən proqramdır. Proqram 50 əyalətə və Kolumbiya Bölgəsinə, eləcə də ABŞ-nin digər əraziləri olan Puerto-Riko və ABŞ Vircin adalarına məhdud tətbiqetmə ilə aiddir. ABŞ hökuməti tərəfindən bu proqramda iştirak üçün seçilən ölkələr yüksək İnsan İnkişafı İndeksinə görə yüksək gəlirli iqtisadiyyata malik olan, bir sözlə inkişaf etmiş ölkələrdir. VİP-ə əsasən vizadan imtina hüququ qazanmaq üçün ABŞ-yə daxil olmaq istəyən səyahətçi, ABŞ Daxili Təhlükəsizlik Naziri tərəfindən təyin edilmiş bir ölkənin vətəndaşı olan "proqram ölkə" olmalıdır. Seçilmiş ölkənin vətəndaşı olmayan digər ölkələrin vətəndaşları vəya daimi sakinləri bu proqramdan yararlana bilməzlər. Proqram ölkələri olaraq təyin olunma meyarları İmmiqrasiya və Vətəndaşlıq Qanununun 217 (c) Bölməsində (Başlıq 8 ABŞ § 1187) göstərilmişdir. Kriteriyalar pasport təhlükəsizliyini və immiqrasiya və vətəndaşlıq qanununun 217 (c) (2) (A) bəndində göstərildiyi kimi 3%-dən çox olmayan və ABŞ-nin immiqrasiya qanunlarına davamlı olaraq uyğun gələn, çox aşağı miqrasiya dərəcəsi olan ölkələr olmalıdır. 2021-ci ildən etibarən 40 ölkənin və ərazinin vətəndaşları VİP çərçivəsində ABŞ-yə vizasız giriş hüququna malikdirlər: Qeydlər ^ - Yalnız Tayvan şəxsiyyət vəsiqəsi olan vətəndaşlar. ^ - Yalnız Britaniya vətəndaşları VİP-də iştirak edə bilərlər.
Vizanab (Hurand)
Vizanab (fars. ويزناب‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (30 ailə).
C vizası
C vizası (ing. C visa) — müəyyən istisnalar olmaqla, başqa ölkəyə gedən yolda Birləşmiş Ştatlar vasitəsilə birbaşa və davamlı tranzitlə səyahət edən şəxslər üçün nəzərdə tutulmuş qeyri-immiqrant viza kateqoriyası. Bu istisnalara Vizadan İmtina Proqramının əhatə etdiyi şəxslərin tranzit səyahətləri və ABŞ-ın Dövlətlərarası Vizadan İmtina Müqaviləsi olan ölkələrin vətəndaşlarının səyahətləri daxildir. == Viza növləri == === C-1 === C-1 vizası Birləşmiş Ştatlar vasitəsilə ərizəçinin istədiyi ölkəyə dərhal və davamlı tranzit üçün verilir. Viza alanlar statusun uzadılması və ya dəyişdirilməsi üçün uyğun deyil və tranzit və xarici təyinat ölkəsinə daxil olmaq üçün kifayət qədər vəsaitə malik olmalıdırlar.

Значение слова в других словарях