Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar.
Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər:[1][2] 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır).[3][4]
Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir.[6][7][8][9][10] Həmin ölkələr bunlardır:
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldoviya, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna vətəndaşlarından Qazaxıstana səfər etmək üçün heç vaxt viza tələb olunmayıb.
2 mart 1992: Türkiyə
2 January 1995: Monqolustan
28 May 2011: Serbiya
26 July 2012: Honq Konq
15 July 2014: Almaniya, Cənubi Koreya, Fransa, İtaliya, Yaponiya,[11] Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Niderland,[12] ABŞ və Birləşmiş Krallıq
1 noyabr 2014: Argentina
15 iyul 2015: Avstraliya, Belçika, Finlandiya, İspaniya, İsveç və İsveçrə, Macarıstan, Monako, Norveç, Sinqapur
31 avqust 2016: Ekvador
6 sentyabr 2016: Braziliya
1 yanvar 2017: Avstriya, Bolqarıstan, Çex Respublikası, Çili, Danimarka, Estoniya, Xorvatiya, İrlandiya, İslandiya, İsrail, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Meksika, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və Sloveniya, Yeni Zelandiya, Yunanistan
29 sentyabr 2019: Bəhreyn, Filippin, İndoneziya, Kolumbiya, Küveyt, Qətər, Lixtenşteyn, Oman, Səudiyyə Ərəbistanı, Tailand, Vatikan və Vyetnam
Ləğv olunub:
Estoniya, Latviya və Litva: 22 oktyabr 1993[13] (2017-ci ildə bərpa edildi)
Macarıstan: 6 noyabr 1996[14][15] (2015-ci ildə bərpa edildi)
Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan.[18]
23 aprel 2018-ci ildən[21] 1 yanvar 2019-cu ilədək[22][23]Çin və Hindistan tərəfindən verilmiş pasport sahibləri aşağıdakı giriş limanlarından keçdikləri təqdirdə viza olmadan ölkədə 72 saatlıq qalma icazəsi alırlar, bunun üçün bu şərtlər yerinə yetirilməlidir:
Qazaxıstan hava yollarına məxsus şirkətin sərnişinləri olmalı
etibarlı aviabiletlərə sahib olmalı
Hökumət vizasız tranzit proqramının 31 dekabr 2020-ci ilədək uzadılmasını planlaşdırırdı.[24] Proqram COVID-19 koronavirus pandemiyası səbəbindən 2020-ci ilin yanvar ayında Çin vətəndaşları üçün müvəqqəti olaraq dayandırıldı.[25]
1 yanvar 2019-cu il tarixindən etibarən Qazaxıstan Miqrasiya Xidməti tərəfindən dəvət olunmuş 117 ölkənin vətəndaşları vahid giriş elektron vizası (eVisa) əldə edə bilərlər. Biznes və ya turizm üçün elektron viza bütün müvafiq millətlər üçün nəzərdə tutulubsa, müalicə üçün elektron vizalar cəmi 23 ölkə vətəndaşlarına verilir. eVisa almış şəxslər ölkəyə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı və ya Almatı Beynəlxalq Hava Limanından daxil olmalıdılar.[26]
Oman – diplomatik, xidməti və xüsusi pasportlar üçün 30 gün[29][30]
2018-ci ilin dekabr ayında Qazaxıstan və Özbəkistanın 2019-cu ilin fevralından etibarən qarşılıqlı viza qəbul etməyi planlaşdırdıqları açıqlandı,[31] ancaq bu ideya təxirə salındı. 2019-cu ilin mart ayında Qazaxıstan və Özbəkistanın qonşu ölkələrə də şamil oluna biləcək ortaq viza proqramını başlamağa hazır olduqları bildirildi.[32]
Qazaxıstanın diplomatik nümayəndəliyi olmayan ölkədən gələn vətəndaşlar Qazaxıstan ərazisinə endiyi zaman əvvəlcədən (maksimum 1 ay öncə) verilmiş viza əldə edə bilərlər. Xidmət haqqı təqribən 80 ABŞ dollarına bərabərdir və bundan başqa həmin şəxsdə dəvətnamə olmalı və müraciəti Qazaxıstan Xarici İşlər Nazirliyi təsdiq etməlidilər. Ölkəyə aşağıda sadalanan giriş limanlarından birindən gəlməlidilər:[1]