VƏZİYYƏT
VƏZNƏ
OBASTAN VİKİ
Vəzn
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. == Xüsusiyyətləri == Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.
Sərbəst vəzn
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir. == Sərbəst şeirin yaranması və inkişafı == Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Vəznlər
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. == Xüsusiyyətləri == Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.
Vəznə (Sulduz)
Vəznə (fars. وزنه‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (85 ailə).
Vəznəş
Vəznəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad Vəzirnəş adından təhrifdir. Oykonim Vəzir şəxs adı, nəş talış dilində «məskunlaşmaq» sözlərindən yaranmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Elşən Məmmədov (1975-1994).
Əruz-Vəzni
Əruz (ərəb. عروض‎‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718-792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır.
Əruz vəzni

Значение слова в других словарях

друка́рь жа́бры клюворы́л нараспа́шку присвети́ть пулемётчица сена́т толка́тельный ша́ньга джинсовый застра́ивать красноре́чие припуха́ть сове́тчик секать blooper galactose Ilian irrotational juicehead lynch law Novaya Zemlya parenchyma punch-line абхазец