Azadlıq barrikadalarda: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Legobot (müzakirə | töhfələr)
k Bot: Migrating 34 interwiki links, now provided by Wikidata on d:q29530 (translate me)
restavrasiyadan sonra rəsmin təsviri
 
(13 istifadəçi tərəfindən edilmiş 48 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
{{Rəsm əsəri
{{Sənət əsəri
|şəkil = Eugène Delacroix - La liberté guidant le peuple.jpg
|şəkil = La Liberté guidant le peuple - Eugène Delacroix - Musée du Louvre Peintures RF 129 - après restauration 2024.jpg
|şəkil məlumat = <center>Azadlığa aparan xalq</center>
|şəkil məlumat = <center>Əsərin görünüşü</center>
|şəkil miqyası = 280
|şəkil miqyası = 350
|adı = Xalqı istiqamətləndirən Azadlıq
|adı = Azadlıq barrikadalarda
|tam adı = <!-- Əsərin ümumqəbulolunmuş adı -->
|tam adı = <!-- Əsərin ümumqəbulolunmuş adı -->
|orijinal adı = {{lang-fr|La Liberté guidant le peuple}}
|orijinal adı = {{Dil-fr|La Liberté guidant le peuple}}
|rəssamı = [[Ejen Delakrua]]
|rəssamı = [[Ejen Delakrua]]
|məktəbi = <!-- Hansı rəssamlıq məktəbinə aid olması -->
|məktəbi = <!-- Hansı rəssamlıq məktəbinə aid olması -->
Sətir 17: Sətir 17:
|material = Kətan
|material = Kətan
|texnikası = Yağlı boya
|texnikası = Yağlı boya
|saxlanıldığı yer = [[Luvr]]
|saxlanıldığı yer = [[Luvr muzeyi]]
|vəziyyəti =
|vəziyyəti =
|saytı =
|saytı =
}}
}}


'''"Xalqı istiqamətləndirən Azadlıq"''' ({{lang-fr|La Liberté guidant le peuple}}) və ya '''"Barrikadalarda azadlıq"''' - fransız rəssamı [[Ejen Delakrua]] tərəfindən çəkilmiş tablo.
'''"Xalqı istiqamətləndirən Azadlıq"''' ({{Dil-fr|La Liberté guidant le peuple}}) və ya '''"Azadlıq barrikadalarda"'''<ref>[[Azərbaycan Sovet Ensiklopediyası|ASE]], III cild, [[Ejen Delakrua]] məqaləsi</ref> və ya '''"28 iyul 1830-cu il"''' - fransız rəssamı [[Ejen Delakrua]] tərəfindən çəkilmiş tablo. Bu tablonu ''"Fransız rəssamlığının [[Marselyeza]]sı"'' da adlandırırlar<ref name="Свободе на баррикадах 1830">{{Cite web |title="Свободе на баррикадах" (1830) |url=http://www.rchn.org.ru/svoboda-na-barrikadah.html/ |access-date=2014-05-19 |archive-date=2014-04-02 |archive-url=https://web.archive.org/web/20140402052245/http://rchn.org.ru/svoboda-na-barrikadah.html |url-status=dead }}</ref>.


==Yaranma tarixi==
Delakrua bu əsəri 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş vermiş [[Böyük Fransa inqilabı]] motivləri əsasında yaratmışdır. Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazmışdır: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm".
[[Fayl:Révolution de 1830 - Combat de la rue de Rohan - 29.07.1830.jpg|left|thumb|280px|[[İppolit Lekont]] - ''29 iyul 1830-cu ildə Rohan küçəsində döyüş'', [[Karnavale muzeyi]].]]
İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunmuş, dərhal dövlət tərəfindən satın alınmışdır. İnqilabi süjetinə görə təxminən 25 il ərzində kütləvi nümayiş etdirilməmişdir.
[[Ejen Delakrua]] xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı [[Aleksandr Düma]] bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü<ref name="smena-online.ru">{{Cite web |title=Ирина Олимах "Свобода на баррикадах" |url=http://smena-online.ru/stories/svoboda-na-barrikadakh/ |access-date=2014-05-19 |archive-date=2021-04-10 |archive-url=https://web.archive.org/web/20210410140943/http://smena-online.ru/stories/svoboda-na-barrikadakh |url-status=live }}</ref>. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil"<ref name="ReferenceA">Н.Ионина. 100 великих картин. М.,"Вече", 2006</ref>.
Hazırda əsər Luvrun birinci mərtəbəsindəki 77-ci zalda, Denon qalereyasında R.F. 129. şifrə altında saxlanılır.


Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə [[Burbonlar]] monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən [[Böyük Fransa inqilabı]] ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Qardaşına yazmış olduğu 12 oktyabr 1830-cu il tarixli məktubda Delakrua bildirmişdi: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onu şöhrətləndirməliyəm"<ref name="delakrua.ru">{{Cite web |title=Свобода, ведущая народ (Свобода на баррикадах) (1830) |url=http://delakrua.ru/svoboda/ |access-date=2011-12-17 |archive-date=2012-12-30 |archive-url=https://web.archive.org/web/20121230042421/http://delakrua.ru/svoboda |url-status=dead }}</ref>.
Əsərdə mərkəzdə başında friqiy börkü, sağ əlində trikolor, sol əlində tüfəng tutmuş döşü açıq qadın rəsmi təsvir olunmuşdur. Burada döşü açıqlıq, fransızların "sinəsi açıq " hünərlə düşmən üzərinə getdiklərini tərənnüm edir.

Əvvəlcə rəssam iyul günlərində həlak olmuş bir oğlanı tablonun mərkəzi personajı seçmək istəyirdi. Kralın əsgərləri Qrev körpüsünü atəşə tutaraq üsyana qalxmış xalqı ratuşa binasına yaxınlaşmağa qoymayanda bir yeniyetmə "Əgər mən həlak olsam, unutmayın, adım d'Arkoldur" sözlərini qışqıraraq ratuşaya tərəf hücuma keçərək xalqı da dalınca aparmışdı. Həmin oğlan həlak olsa da, ratuşa ələ keçirilmişdi. Lakin sonra rəssam fikrini dəyişir və qərara gəlir ki, tablonun əsas personajı Azadlıq olacaqdır<ref name="ReferenceA"/>.

İlk dəfə bu əsər 1831-ci ilin yazında Paris salonunda təqdim olunmuş, böyük coşğunluqla qəbul edilmiş və rəssam Fəxri Legion ordeninə layiq görülmüşdür<ref name="Свободе на баррикадах 1830"/>. Bəziləri rəssamı tabloda ancaq "qara camaat"ı təsvir etməkdə ittiham edirdilər<ref name="delakrua.ru"/>:"Bu qız Sen-Lazar həbsxanasından qaçmış həmin o əclafdır. Əgər Azadlıq yalın ayaqlı, açıq döşlü əli silahlı qızdırsa, o bizə lazım deyil! Bəyəm o şərəfli günlərdə küçədə olanlar ancaq "qara camaat" idi?"<ref>И.В.Долгополов. Мастера и шедевры. Т.1, стр 65</ref>.

Fransanın Daxili İşlər Nazirliyi rəssama 3000 frank ödəyərək<ref name="smena-online.ru"/> tablonu Lüksemburq muzeyi üçün satın alınmışdı. İnqilabi süjetinə görə təxminən 25 il ərzində kütləvi nümayiş etdirilməmişdir. Belə ki, XIX əsrin 30-cu illərində tablonu muzeydən götürərərək rəssama qaytarmışdılar. 1848-ci ildə Luvr tablonu rəssamdan istəyir, lakin 1852-ci ildə İkinci İmperiya dövründə tablo yenə də, siyasi səbəbdən muzeyin ehtiyat fonduna ötürülür. 1874-cü ildə, rəssamın ölümündən 11 il sonra tablo yenidən Luvrda nümayiş etdirilməyə başlayır<ref name="delakrua.ru"/>.

==Tablonun simvolikası==

Əsərdə mərkəzdə başında Frakiya qalpağı (papaq), sağ əlində Fransa trikoloru (respublikaçı [[Fransa bayrağı]]), sol əlində tüfəng tutmuş döşü açıq qadın rəsmi təsvir olunmuşdur.

Frakiya qalpağı azadlığı təcəssüm etdirir, çünki qədimdə azadlığa buraxılan qullar belə papaq taxırdılar.

Etyen Jülinin fikrincə, Azadlığın sifəti məşhur parisli inqilabçı Anna-Şarlottanın sifətidir. Onun qardaşı həlak olduqdan sonra o da barrikadalara gəlmiş və doqquz nəfər qvardiyaçı öldürmüşdü.

Burada döşü açıqlıq, fransızların "sinəsi açıq " hünərlə düşmən üzərinə getdiklərini tərənnüm edir. O həm də demokratiyanın tərənnümüdür, çünki Azadlığın sadə qadınlar kimi korsetdən istifadə etmədiyi görünür. Azadlığın ayağının yalın olması isə rəssamın onu ilahiləşdirmək istədiyinə eyham ola bilər, çünki qədim Romada ilahlar ayaqyalın təsvir edilirdilər.

Şlyapalı kişi fiquru həm [[Fransa]] burjuaziyasının ümumiləşdirilmiş obrazı, həm də rəssamın avtoportreti<ref>Toussaint, Hélene, (1982). ''La Liberté guidant le peuple de Delacroix''. Paris: Editions de la Réunion des Musées Nationaux</ref> olduğu güman edilir. Digər bir versiyaya görə isə, bu şəxs rəssamın dostu, barrikadalarda vuruşmuş rəssam-qravüraçı Frederik Viyodur <ref name="Свободе на баррикадах 1830"/><ref>Pool, Phoebe (1969). Delacroix. London: Hamlyn, p.33</ref>. Həmin fiqurun prototipinin teatr direktoru Etyen Araqo olduğunu da güman edənlər var.

Beret taxmış kişi fiquru fəhlə sinfini, onun yanındakı vikorne taxmış gənc isə ziyalı sinfini təmsil edən Politexnik məktəbinin şagirdidir. Beretli kişinin arxasında dalğalanan sarı-mavi bayraq isə bonapartistlərin simvoludur, belə ki, I Napoleonun ordusunda vuruşmuş bir çox hərbçilər də X Karldan narazı idilər. Azadlığın yanında hər iki əlində tapança tutmuş yeniyetmə isə Etyen Jülinin fikrincə, d’Arkol adlı real tarixi personajdır. Öldürülmüş şəhərlinin Anna-Şarlottanın qardaşı olduğu güman edilir.

Notrdam kilsəsi üzərində dalğalanan respublikaçı bayraq da azadlığın rəmzlərindən biridir. İnqilab zamanı kilsənin zəngləri Marselyozanın melodiyasını vururdular<ref>{{Cite web |title=П.Синичкин "14 cимволов, зашифрованных в "Свободе на баррикадах" Делакруа" |url=http://www.vokrugsveta.ru/article/203357/ |access-date=2014-05-19 |archive-date=2021-08-01 |archive-url=https://web.archive.org/web/20210801091240/https://www.vokrugsveta.ru/article/203357/ |url-status=live }}</ref>.

==Təsiri==
Frederik-Ögüst Bartoldi [[Azadlıq heykəli]]nin ideyasını düşünəndə bu tablodan ilhamlanmışdı<ref>Д.Самин.100 великих памятников, стр. 343</ref>. Lakin, Bartoldi və Labule onlar inqlabçı azadlıq obrazından qaçmağa çalşırdılar. [[1830-cu il Fransız inqlabı]]na həsr edilmiş bu əsərdə yarımçıq geyimli Libertinin cəsədlər üzərində hərəkət edən silahlı əsgərlərə yol göstərməsi təsvir edilib. Labule heç də inqlaba simpatiyası olan bir adam deyildi və buna görə də, Bartoldinin fiquru, Delakruanın obrazından fərqli olaraq tamamilə xalata bürünmüşdür. Delakruanın əsərindəki zorakı görünüş əvəzinə, Bartoldi öz əsərinə daha çox sülhpərvərlik görünüşü verməyə çalışmış və inkişaf simvolu kimi məşəldən istifadə etmişdir <ref>The Grove Dictionary of Art: From Monet to Cézanne : Late 19th-century French Artists. New York: Oxford University Press US, p.10</ref>.

==Vandalizm==
7 fevral 2013-cü ildə tablonun nümayiş etdirildiyi Luvr muzeyinin Lans filialında bir ziyarətçi xanım tablonun aşağı hissəsini markerlə qaraladığına görə dərhal saxlanmışdı. Fevralın 8-i muzey ziyarətlər üçün bağlandı. Təxminən 2 saata yaxın müddət ərzində vandallığın nəticələri aradan qaldırılaraq tablonun əvvəlki vəziyyəti bərpa edilmişdi<ref>{{Cite web |title=Во Франции задержана женщина, исписавшая маркером картину Делакруа «Свобода на баррикадах» |url=http://www.gazeta.ru/culture/news/2013/02/08/n_2745313.shtml/ |access-date=2013-02-16 |archive-date=2013-02-16 |archive-url=https://web.archive.org/web/20130216104045/http://www.gazeta.ru/culture/news/2013/02/08/n_2745313.shtml/ |url-status=live }}</ref>.

== İstinadlar ==
{{İstinad siyahısı|2}}


== Xarici keçidlər ==
== Xarici keçidlər ==
{{Commons|La Liberté guidant le peuple}}
{{Vikianbar kateqoriyası|La Liberté guidant le peuple}}
* [http://delakrua.ru/svoboda/ Ejen Delakruanın saytı]
* [http://delakrua.ru/svoboda/ Ejen Delakruanın saytı] {{Vebarxiv|url=https://web.archive.org/web/20121230042421/http://delakrua.ru/svoboda |date=2012-12-30 }}
{{Luvr muzeyi}}


[[Kateqoriya:Ejen Delakruanın rəsm əsərləri]]
[[Kateqoriya:Ejen Delakruanın rəsm əsərləri]]

Səhifəsinin 13:24, 4 may 2024 tarixinə olan son versiyası

Azadlıq barrikadalarda
fr. La Liberté guidant le peuple
Əsərin görünüşü
Əsərin görünüşü
Rəssam Ejen Delakrua
Tarixi 1830
Üslubu tarix rəssamlığı
Texnikası Yağlı boya
Ölçüləri 260 sm[1] × 325 sm[2]
Materialı Kətan
Saxlanıldığı yer Luvr muzeyi
Saytı histoire-image.org/site/…
canal-educatif.fr/en/vid…
wga.hu/html_m/d/delacroi…
İnventar nömrəsi RF 129[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda"[3] və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar[4].

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

İppolit Lekont - 29 iyul 1830-cu ildə Rohan küçəsində döyüş, Karnavale muzeyi.

Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü[5]. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil"[6].

Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir. Qardaşına yazmış olduğu 12 oktyabr 1830-cu il tarixli məktubda Delakrua bildirmişdi: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onu şöhrətləndirməliyəm"[7].

Əvvəlcə rəssam iyul günlərində həlak olmuş bir oğlanı tablonun mərkəzi personajı seçmək istəyirdi. Kralın əsgərləri Qrev körpüsünü atəşə tutaraq üsyana qalxmış xalqı ratuşa binasına yaxınlaşmağa qoymayanda bir yeniyetmə "Əgər mən həlak olsam, unutmayın, adım d'Arkoldur" sözlərini qışqıraraq ratuşaya tərəf hücuma keçərək xalqı da dalınca aparmışdı. Həmin oğlan həlak olsa da, ratuşa ələ keçirilmişdi. Lakin sonra rəssam fikrini dəyişir və qərara gəlir ki, tablonun əsas personajı Azadlıq olacaqdır[6].

İlk dəfə bu əsər 1831-ci ilin yazında Paris salonunda təqdim olunmuş, böyük coşğunluqla qəbul edilmiş və rəssam Fəxri Legion ordeninə layiq görülmüşdür[4]. Bəziləri rəssamı tabloda ancaq "qara camaat"ı təsvir etməkdə ittiham edirdilər[7]:"Bu qız Sen-Lazar həbsxanasından qaçmış həmin o əclafdır. Əgər Azadlıq yalın ayaqlı, açıq döşlü əli silahlı qızdırsa, o bizə lazım deyil! Bəyəm o şərəfli günlərdə küçədə olanlar ancaq "qara camaat" idi?"[8].

Fransanın Daxili İşlər Nazirliyi rəssama 3000 frank ödəyərək[5] tablonu Lüksemburq muzeyi üçün satın alınmışdı. İnqilabi süjetinə görə təxminən 25 il ərzində kütləvi nümayiş etdirilməmişdir. Belə ki, XIX əsrin 30-cu illərində tablonu muzeydən götürərərək rəssama qaytarmışdılar. 1848-ci ildə Luvr tablonu rəssamdan istəyir, lakin 1852-ci ildə İkinci İmperiya dövründə tablo yenə də, siyasi səbəbdən muzeyin ehtiyat fonduna ötürülür. 1874-cü ildə, rəssamın ölümündən 11 il sonra tablo yenidən Luvrda nümayiş etdirilməyə başlayır[7].

Tablonun simvolikası[redaktə | mənbəni redaktə et]

Əsərdə mərkəzdə başında Frakiya qalpağı (papaq), sağ əlində Fransa trikoloru (respublikaçı Fransa bayrağı), sol əlində tüfəng tutmuş döşü açıq qadın rəsmi təsvir olunmuşdur.

Frakiya qalpağı azadlığı təcəssüm etdirir, çünki qədimdə azadlığa buraxılan qullar belə papaq taxırdılar.

Etyen Jülinin fikrincə, Azadlığın sifəti məşhur parisli inqilabçı Anna-Şarlottanın sifətidir. Onun qardaşı həlak olduqdan sonra o da barrikadalara gəlmiş və doqquz nəfər qvardiyaçı öldürmüşdü.

Burada döşü açıqlıq, fransızların "sinəsi açıq " hünərlə düşmən üzərinə getdiklərini tərənnüm edir. O həm də demokratiyanın tərənnümüdür, çünki Azadlığın sadə qadınlar kimi korsetdən istifadə etmədiyi görünür. Azadlığın ayağının yalın olması isə rəssamın onu ilahiləşdirmək istədiyinə eyham ola bilər, çünki qədim Romada ilahlar ayaqyalın təsvir edilirdilər.

Şlyapalı kişi fiquru həm Fransa burjuaziyasının ümumiləşdirilmiş obrazı, həm də rəssamın avtoportreti[9] olduğu güman edilir. Digər bir versiyaya görə isə, bu şəxs rəssamın dostu, barrikadalarda vuruşmuş rəssam-qravüraçı Frederik Viyodur [4][10]. Həmin fiqurun prototipinin teatr direktoru Etyen Araqo olduğunu da güman edənlər var.

Beret taxmış kişi fiquru fəhlə sinfini, onun yanındakı vikorne taxmış gənc isə ziyalı sinfini təmsil edən Politexnik məktəbinin şagirdidir. Beretli kişinin arxasında dalğalanan sarı-mavi bayraq isə bonapartistlərin simvoludur, belə ki, I Napoleonun ordusunda vuruşmuş bir çox hərbçilər də X Karldan narazı idilər. Azadlığın yanında hər iki əlində tapança tutmuş yeniyetmə isə Etyen Jülinin fikrincə, d’Arkol adlı real tarixi personajdır. Öldürülmüş şəhərlinin Anna-Şarlottanın qardaşı olduğu güman edilir.

Notrdam kilsəsi üzərində dalğalanan respublikaçı bayraq da azadlığın rəmzlərindən biridir. İnqilab zamanı kilsənin zəngləri Marselyozanın melodiyasını vururdular[11].

Təsiri[redaktə | mənbəni redaktə et]

Frederik-Ögüst Bartoldi Azadlıq heykəlinin ideyasını düşünəndə bu tablodan ilhamlanmışdı[12]. Lakin, Bartoldi və Labule onlar inqlabçı azadlıq obrazından qaçmağa çalşırdılar. 1830-cu il Fransız inqlabına həsr edilmiş bu əsərdə yarımçıq geyimli Libertinin cəsədlər üzərində hərəkət edən silahlı əsgərlərə yol göstərməsi təsvir edilib. Labule heç də inqlaba simpatiyası olan bir adam deyildi və buna görə də, Bartoldinin fiquru, Delakruanın obrazından fərqli olaraq tamamilə xalata bürünmüşdür. Delakruanın əsərindəki zorakı görünüş əvəzinə, Bartoldi öz əsərinə daha çox sülhpərvərlik görünüşü verməyə çalışmış və inkişaf simvolu kimi məşəldən istifadə etmişdir [13].

Vandalizm[redaktə | mənbəni redaktə et]

7 fevral 2013-cü ildə tablonun nümayiş etdirildiyi Luvr muzeyinin Lans filialında bir ziyarətçi xanım tablonun aşağı hissəsini markerlə qaraladığına görə dərhal saxlanmışdı. Fevralın 8-i muzey ziyarətlər üçün bağlandı. Təxminən 2 saata yaxın müddət ərzində vandallığın nəticələri aradan qaldırılaraq tablonun əvvəlki vəziyyəti bərpa edilmişdi[14].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 http://www.louvre.fr/en/oeuvre-notices/july-28-liberty-leading-people.
  2. 1 2 https://www.louvre.fr/en/oeuvre-notices/july-28-liberty-leading-people.
  3. ASE, III cild, Ejen Delakrua məqaləsi
  4. 1 2 3 ""Свободе на баррикадах" (1830)". 2014-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-19.
  5. 1 2 "Ирина Олимах "Свобода на баррикадах"". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-19.
  6. 1 2 Н.Ионина. 100 великих картин. М.,"Вече", 2006
  7. 1 2 3 "Свобода, ведущая народ (Свобода на баррикадах) (1830)". 2012-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-17.
  8. И.В.Долгополов. Мастера и шедевры. Т.1, стр 65
  9. Toussaint, Hélene, (1982). La Liberté guidant le peuple de Delacroix. Paris: Editions de la Réunion des Musées Nationaux
  10. Pool, Phoebe (1969). Delacroix. London: Hamlyn, p.33
  11. "П.Синичкин "14 cимволов, зашифрованных в "Свободе на баррикадах" Делакруа"". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-19.
  12. Д.Самин.100 великих памятников, стр. 343
  13. The Grove Dictionary of Art: From Monet to Cézanne : Late 19th-century French Artists. New York: Oxford University Press US, p.10
  14. "Во Франции задержана женщина, исписавшая маркером картину Делакруа «Свобода на баррикадах»". 2013-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]