Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti (it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola — əvvəllər Paliano hersoginyası Covanna d’Araqonanın təsvir edildiyinə inanılan, 1518-ci ildə yağlı boya ilə çəkilmiş portretdir. Müxtəlif tədqiqatçılar tərəfindən əsər gah Rafaelə, gah Culio Romanoya, gah da Rafael məktəbindən olan başqa bir rəssama aid edilmişdir; hazırda əsərin Rafaelin eskizi əsasında Culio Romano tərəfindən çəkildiyinə inanılır. Əsər hazırda Parisdəki Luvr muzeyində sərgilənir.
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti | ||
---|---|---|
it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola | ||
| ||
Rəssam | Rafael Santi və Culio Romano | |
Tarixi | təxm. 1518 | |
Üslubu | portret[1] | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 120 sm × 95 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
wga.hu/html/r/raphael/5r… photo.rmn.fr/archive/10-… |
|
İnventar nömrəsi | INV 612[2], MR 434 | |
Vikianbarda əlaqəli mediafayllar |
Neapol vitse-kraliçasının portreti, gözəl qadın portretlərini kolleksiya edən Fransa kralı I Fransiskə Papa X Lev adından hədiyyə edilməsi üçün Kardinal Bernardo Dovizi Bibbiena tərəfindən 1518-ci ildə Rafael Santiyə sifariş edilmişdi.[3][4] Pyer de Burdeyl Brantom portretdə Covanna d’Araqonanın (1502–1575) təsvir edildiyini qeyd etmişdir[5][6]; 1997-ci ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, portretdə 1509–1522-ci illərdə Neapol vitse-kralı olmuş Ramon de Kardonanın həyat yoldaşı İzabel de Rekesens təsvir edilmişidr.[7]Vazarinin məlumatına görə, Rafael gənc köməkçilərindən biri olan Culio Romanonu Neapola göndərərək subyektin üzünü çəkməyi tapşırmışdır[3][7][8] ; Rafaeldə Culio Romanoya etdiyi sifarişlə bağlı sənəd qalmışdır.[9] Portretdəki üz dəyişdirilmişdir[10]; əks halda Vazarinin təsviri Culio Romano və Rafael tərəfindən çəkilmiş və "Araqonlu İzabella Mona Liza kimi" adlandırılan, Neapollu İzabella adlandırılan Milan hersoginyası Araqonlu İzabellanın təsvir edildiyi portretə də aid edilə bilər.
Sonradan ehtimal ki, həm də Araqonlu İzabellanın portreti üçün istifadə edilmiş Donna İzabel de Rekesensin portretinin eskizinin kim tərəfindən işlənməsi haqqında müxtəlif fikirlər vardır; Luitpold Dassler əsəri Culio Romanonun fırçasına aid edir.[11] Lakin, hazırda hər iki əsərin eskizlərinin Rafael tərəfindən hazırlanması ehtimal edilir, I Fransiskin kolleksiyasına daxil olan Leonardo da Vinçinin "Mona Liza"sına vizual istinadlara görə onlar Rafaelin Cakondaları adlandırılırlar.[12] Araqonlu İzabellanın portretinin kopya olması ehtimalı da vardır[13] ; belə ki, əsərə sahib olan Romadakı Doria-Pamfili qalereyası onu Rafaelin əsərinin kopyası kimi təqdim edir.[14]
Əsərin bir neçə kopyası vardır, Vazari isə orijinalla birlikdə Culio Romano tərəfindən bir kopyanın işlənməsini xəbər verir; Brantom portretin nüsxələrindən birini Fontenblo sarayındakı kral otağında, digərini isə kraliçanın otağında gördüyünü deyir.[6]
Donna İzabel de Rekesensin portreti XVI əsrdə Françesko Primatiççio tərəfindən bərpa edilərək[15] orijinal taxta lövhə üzərindən kətana köçürülmüşdür[16]; növbəti bərpa işi isə XVIII əsrdə aparılmışdır.[17]
Subyekt oturmuş, sol tərəfdən üzünü izləyiciyə tərəf çevirmiş vəziyyətdə təsvir edilmişdir; onun əynində qızılı naxışlarla işlənmiş tünd qırmızı velvet paltar vardır, paltarın kəsik qollarından köynəyin krem rəngli parçası görünür; subyektin başında daş-qaşlarla işlənmiş şlyapa vardır. O, ¾ ölçüdə, bir əli çiynindəki kürkdə, digəri isə dizinin üstündə təsvir edilmişdir. Arxa fonda bağçaya açılan lodciyaya dirsəklənmiş qadın görünür; tağ Rafaelin Romadakı Farnezina villasının Psixeya locciyasının (it. Loggia di Psiche) tavanında çəkdiyi "Kupidon və Psixeya" rəsminə işarədir.[3] Onun açıq saçları, qırmızı paltarı (Petrarkaya görə sevgi rəngi) və izləyici ilə qarşılaşan baxışları əsərin intim detallarıdır; bundan başqa dizlərin təsvirində portret novatordur, belə ki, dizlər bir-birindən diqqət çəkici dərəcədə aralıdır və dirsəklər üçün dayaq rolunu oynamır.[3] Kompozisiya 9/12/16 musiqi nisbətini gözləyən Rafaelin digər portretlərinə uyğundur.[18]
Həm İzabel de Rekesens, həm də Covanna d’Araqona dövrün məşhur gözəlləri idilər; İtaliya filosofu Aqostino Nifo "De pulchro et amore" adlı poemasını Covannaya həsr etmişdi, ehtimal edilir ki, o, həyatda da rəsmdəki kimi gözəl olmuşdur.[19]
Hər iki portretin sağ tərəfində şiri xatırladan pişik qabartması vardır ki, bu da Leonardoya işarədir. Neapollu İzabelin portretində arxa fondakı qadın kişi ilə əvəz edilmişdir[20]; onlar müvafiq olaraq Mona Lizanın dayəsi və rəssamına işarə hesab edilə bilər.[21]
Ehtimal ki, Mane həyat yoldaşı Süzannanı təsvir etdiyi "Mütaliə" əsərində bu əsərə istinad etmişdir.[22]