Əliqulu xan Ustaclı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Dövlət xadimi_şablonu_qaydaya_salınır
Sətir 1: Sətir 1:
{{istinadsız}}
{{istinadsız}}
{{Dövlət xadimi
{{Dövlət xadimi
| adı = Əliqulu xan Ustaclı
|adı = Əliqulu xan Ustaclı
| orijinal adı =
|titul = [[Təbriz bəylərbəyliyi]]
| şəkil =
|bayraq = Safavid Flag.svg
| şəklin ölçüsü =
|bayraq2 = Lion and Sun Emblem of Persia.svg
| şəklin izahı =
|sülalə = [[Ustaclı]]
| titul = [[Təbriz bəylərbəyliyi]]
|vikianbar =
| bayraq = Safavid Flag.svg
| bayraq2 = Lion and Sun Emblem of Persia.svg
| dövr əvvəl =
| dövr son =
| sələfi =
| xələfi =
| titul_2 =
| bayraq_2 =
| bayraq2_2 =
| dövr əvvəl_2 =
| dövr son_2 =
| sələfi_2 =
| xələfi_2 =
| doğum tarixi =
| doğum yeri =
| vəfat tarixi =
| vəfat yeri =
| vəfat səbəbi =
| xidmət illəri =
| sülalə = [[Ustaclı]]
| atası =
| anası =
| həyat yoldaşı =
| uşağı =
| mükafatları =
}}
}}



15:50, 17 sentyabr 2020 tarixindəki versiya

Əliqulu xan Ustaclı

Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?)—Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi.

Həyatı

1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü.

Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib, Qaradağda, Üzümdil mahalında şaha qoşuldular.

Əliqulu xan Fəthoğlu şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananı öldürülməsində iştirak etmişdi. Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan qardaşıoğlundan bu xəbəri duyub, qaçdı. Təbriz ətrafında osmanlılara qoşuldu. Məhəmməd xan Mosullu-Türkman isə Təkəli və Zülqədər ellərini də başına yığıb, qiyama başladı. Qiyamçılar dövlət qoşunundan çox idilər. Üsyançıların irəli sürülən tələbi bu idi ki, Əmir xanın qatilləri, ilk növbədə Əliqulu xan Fəthoğlu onlara verilsin, ustaclı və şamlı əmirləri vəzifədən çıxarılsın. Şahzadə ustaclı və şamlı əmirlərinə döyüş əmri verdi. Qiyamçılar tələblərini yumşaltdılar. Həmzə mirzə onların mülayim tələbini də rədd etdi. Sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birlik gərək idi. Həmzə mirzənin güzəştə getməsini dilədilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvardiyaçılar Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustaclı evi vardısa viran qaldı. Qiyamçılar hətta Əmir xanın sarayında yerləşən şah hərəmxanasına da basqın etdilər. Həmzə mirzənin kiçik qardaşı Təhmasib mirzəni oğurlayıb, özləri ilə apardılar. Onlar Həmzə mirzəni öldürüb, əvəzinə Təhmasib mirzəni vəliəhd etmək istəyirdilər. Həmzə mirzə atasından da şübhələnməyə başladı. Şahın anası Sultanım xanım Türkman tayfasından idi.

Mənbə

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər