Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası.
Kəlbəli xan Müsahib-Gəncəvi | |
---|---|
Kəlbəli xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar | |
1694 – 1702 | |
1694 – 1702 | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Gəncə, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Fəaliyyəti | şair |
Atası | Uğurlu xan Ziyadi-Gəncəvi |
Uşaqları | Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan |
Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi.
Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu.
Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı.
Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı.
Müsahib, eçq yolunda o könül yıxan,
Sevgini öyrənməlisən sən uşaqdan.
Ana hirslənsə brlə öz uşağına,
Uşaq qaçar yenə ana qucağına. (Sətri tərcümə)