Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi.
Əliqulu xan Ustaclı | |
---|---|
1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü.
Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib, Qaradağda, Üzümdil mahalında şaha qoşuldular.
Əliqulu xan Fəthoğlu şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananı öldürülməsində iştirak etmişdi. Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan qardaşıoğlundan bu xəbəri duyub, qaçdı. Təbriz ətrafında osmanlılara qoşuldu. Məhəmməd xan Mosullu-Türkman isə Təkəli və Zülqədər ellərini də başına yığıb, qiyama başladı. Qiyamçılar dövlət qoşunundan çox idilər. Üsyançıların irəli sürülən tələbi bu idi ki, Əmir xanın qatilləri, ilk növbədə Əliqulu xan Fəthoğlu onlara verilsin, ustaclı və şamlı əmirləri vəzifədən çıxarılsın. Şahzadə ustaclı və şamlı əmirlərinə döyüş əmri verdi. Qiyamçılar tələblərini yumşaltdılar. Həmzə mirzə onların mülayim tələbini də rədd etdi. Sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birlik gərək idi. Həmzə mirzənin güzəştə getməsini dilədilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvardiyaçılar Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustaclı evi vardısa viran qaldı. Qiyamçılar hətta Əmir xanın sarayında yerləşən şah hərəmxanasına da basqın etdilər. Həmzə mirzənin kiçik qardaşı Təhmasib mirzəni oğurlayıb, özləri ilə apardılar. Onlar Həmzə mirzəni öldürüb, əvəzinə Təhmasib mirzəni vəliəhd etmək istəyirdilər. Həmzə mirzə atasından da şübhələnməyə başladı. Şahın anası Sultanım xanım Türkman tayfasından idi.