Tai Milli Parkı

Vikipediya, azad ensiklopediya
Rəcəb Yaxşı (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:45, 16 oktyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Tay Milli Parkı
Ölkə
Tip Təbii
Kriteriya vii, x
Keçid 195
Region Afrika regionu [* 1]
Daxil edilməsi 1982  (6-cı sessiya)
Tai Milli Parkı xəritədə
Tai Milli Parkı
Tai Milli Parkı


Tay Milli Parkı - Kot-d'İvuarda yerləşən milli park. Dünya irsi siyahısına daxil olmuşdur.

Haqqında

Tay Milli Parkı Qərbi Afrikadakı başlıca tropik meşələrinə sahibdir və sahəsi 3300 km²dir. Florası və faunasının çox geniş olması, xüsusilə Cücə su begemotlarının təhlükədə olması baxımından Dünya irsi elan edilmişdir. Park 150 endemik flora növünə malikdir. Bölgənin iki çayarasında təcrid olmuş olması da onun xüsusi xarakterinə əhəmiyyət qazandırmaqdadır.

Əsas qorunan növlər

Tay Milli Parkındak; üç məməli növü IUCN (International Union for Conservation of Nature: Beynəlxalq Təbiəti Qoruma Dərnəyi) tərəfindən təhlükədəki növləri əhatə edən qırmızı siyahıya alınmışdır:

  • Cücə su begemotları,
  • Şimpanzelər,
  • Jentink'S Duiker (Cephalophus jentinki: başı və boynu parlaq qara, bədəni boz rəngdə böyük keçi növü)

Statusu

Tay Milli Parkı 1926-cı ildə yaradılmış və 1972-ci ilin 28 avqustunda Milli Park statusunu almışdır. 1978-ci ildə YUNESKO-nun Biosfer ehtiyatı, 1982-ci ildə isə Dünya irsi siyahısına alınmışdır.[2]

İstinadlar

Şablon:Kot-d'İvuarın Ümumdünya irsi