Abxaziya çarlığı

Vikipediya, azad ensiklopediya
En Merker (müzakirə | töhfələr) (→‎Tarixi) tərəfindən edilmiş 12:36, 29 oktyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Çarlıq
Abxaziya çarlığı
gürc. აფხაზთა სამეფო Apkhazta samepo
Abxaziya çarlığı, 900-cü ildə
Abxaziya çarlığı, 900-cü ildə
 
778 — 1008

Paytaxt Kutaisi
Dilləri gürcü dili
Rəsmi dilləri gürcü
Abxaz-adıq dilləri
Kartvel dilləri
İdarəetmə forması Mütləq monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abxaziya çarlığı (gürc. აფხაზთა სამეფო Apkhazta samepo) — əvvəlcə Anakopiyada,[1][2] sonra 806-cı ildən Kutaisidə mövcud olmuş mərkəzləşmiş orta əsr dövləti.[3][4] 786-787-ci illərin qovşağında Xəzər xaqanlığının köməyi ilə II Leonun başçılıq etdiyi Bizansdan asılı olmayan Abxaz krallığı elan edildi.[4] Krallığın çiçəklənmə dövrü 850-950-ci illərə təsadüf edir.[3] X əsrin əvvəllərində krallıq Abxaziya və Şərqi Gürcüstanın bir hissəsini, bugünkü Qərbi Gürcüstanı əhatə edirdi. X əsrin ortalarında Kaxetiyanın bir hissəsini və Tao-Klarjetinin şimal əraziləri də onun tərkibində idi. "Böyük Rus Ensiklopediyası" na görə, Abxaziya krallığının gücü zəifləməyə başladı və 975-ci ildə (ədəbiyyatda fərqli şəkildə adlandırılan "Abxaz və Kartvellər çarlığı", "Baqratilər çarlığı", "Abxaz-Kartli çarlığı") vahid gürcü çarlığının bir hissəsi oldu.[5],[6], «Царство Багратидов»[7], «абхазо-картлийское царство»[8][9] 978-ci ildə taxt Kartli və Quranduxt kralı Qurgenin oğlu Baqrata[3][10] və abxaz çarı III Teodosinin bacısına keçdi. 1008-ci ildə Baqrat, Kartlini atası Qurgendən miras aldı və Abxaziya və Kartli taclarını birləşdirərək vahid bir Gürcüstan krallığını qurdu.[11][10][3][12][13][14][15][16][17].

Adı

Abxaziya çarlığı sözündən yalnız erkən gürcü mənbələrində istifadə olunur. X əsrə qədər Bizanslılar çarlığı Abazqiya-Abxaziya (Yunan Αβαζγια) vassal knyazlıqları hesab edirdilər. Amma əslində VIII əsrin sonlarında rəsmi Konstantinopol burda hakimiyyətini tam itirmişdi.[18]

Tarixçi Zurab Ançabadze qeyd edir ki, 770-ci illərdən Abxaziya dövlətinin (əvvəlcə knyazlıq, sonra isə çarlıq) yaranması ilə əlaqədar olaraq “Abxaziya” termini tədricən öz mənasını Qərbi Gürcüstanın bütün ərazisini əhatə edir və onunla birlikdə istifadə olunur. "Egrisi" termini , sonradan XII əsrdə yaranan yeni "İmereti" termini ilə əvəz edilmişdir. Z.V.Ançabadze həmçinin “abxaz” anlayışının müəyyən etnik icmadan (abazqların tayfası və kiçik etnik qrupu, sonra isə vahid abxaz milləti) bütün çoxmillətli əhalini ifadə edən kollektiv terminə qədər tədricən genişlənməsindən danışır. [19]

Tarixi

VII əsrdə Bizans imperiyası Abxazyanı Eqrisidən (Lazika) aldı və ona qərb apşıllar, saniq və misimiyalıların torpaqlarının bir hissəsini verdi. Həmin vaxt bölgənin mərkəzi Anakopiya qalası idi.[20]

X əsrin ortalarında. Abxaziya çarlığı sərhədlərinin ən böyük genişlənməsi dövrünə çatdı: bütün Qərbi və Şərqi Gürcüstanın əhəmiyyətli bir hissəsini əhatə etdi və şimalda Qara dəniz sahili boyunca müasir Anapa ərazisinə qədər uzandı. Aşağı Kartlidə Samşvilde şəhərinə çatdı, həmçinin Tao-Klarjetinin cənub hissəsini fəth etdi. Abxaziya çarlığının zəifləməsi III Demetrinin (967-975) dövründə baş verdi.

Gürcüstanın siyasi birləşməsində Abxaziya çarlığının prioritetliyi ilə bağlı mühüm arqument dolayısı ilə Georgi Melikişvili tərəfindən tərtib edilmişdir. Vahid Gürcüstanın çarları adında həmişə birinci yeri tutan Abxaziyanın adı çəkilir və birləşmiş Gürcüstan krallığının kralları çox vaxt yalnız “Abxaz kralları” adlandırılır. Belə ki, 1008-ildə meydana gələn Vahid Gürcüstan dövləti Abxaziyz çarlığının ərazilərini də əhatə edirdi. XI əsrdən XIII əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdanŞimali Qafqazdan İranAnadolunun şərqinə qədər uzanan və eyni  zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi.

Bir neçə əsr davam edən səltənət XIII əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara QoyunlularAğ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxetiİmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, SvanetiSamtsxe adlanan beş feodal klanlar quruldu.[21].

K.D.Kudryavtsevin fikrincə, III Baqratın hakimiyyətinin əvvəlindən “XIII əsrə qədər, yəni Gürcüstanın “qızıl dövrü”nə qədər Baqratidlər özlərini abxazlar və gürcülərin, kartvellərin, kaxetlərin və s xalqların “Abxaz və Kartlların çarları” adlandırırdılar.[22]

Əhalisi

İstinadlar

  1. Грузия}}
  2. Ново-Афонский монастырь}}
  3. 1 2 3 4 Barthold, W.; Minorsky, V. "Abk̲h̲āz". Encyclopaedia of Islam, Second Edition (ingilis). 2012-04-24.
  4. 1 2 Абхазия}}
  5. Абхазское царство}}
  6. Бгажба О. Х. Лакоба С. З. История Абхазии с древнейших времён до наших дней. Сухум. 2007. 146.
  7. Лакоба С. З. Воронов Ю.Н. Сагария Б. Е. Ачугба Т.Е.Бгажба О.Х.Бутба В.Ф. История Абхазии. Сухум. 1991. 89.
  8. Широкорад А. Б. Грузия. Закавказский тупик. Москва. 2010. 7.
  9. Фадеев А. В. Краткий очерк истории Абхазии (с древнейших времён до крестьянской реформы 1870 года). Сухум. 1934. 80.
  10. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; Toumanoff adlı istinad üçün mətn göstərilməyib
  11. The Oxford Dictionary of Byzantium, 1991. səh. 3
  12. Abxaziya çarlığı // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  13. D. M. Lang. Studies in the Numismatic History of Georgia in Transcaucasia // Numismatic Notes and Monographs (130). 1955. 18. ISSN 0078-2718.
  14. D. M. Lang. A modern history of Soviet Georgia. Westport, Conn.: Greenwood Press. 1975. 28. ISBN 0-8371-8183-6.
  15. Suny, 1994. səh. 32-33
  16. Rayfield, Edge of empires, 2012. səh. 71
  17. Eastmond, Antony. Royal imagery in medieval Georgia. Pennsylvania State University Press. 1998. 39. ISBN 0-271-01628-0.
  18. История Абхазии. Учебное пособие. Издательство «Алашара», 1991, Сухум. Редакционная коллегия: кандидат исторических наук С. З. Лакоба (главный редактор), доктора исторических наук Ю. Н. Воронов, Б. Е. Сагария, кандидаты исторических наук Т. А. Ачугба, О. Х. Бгажба, В. Ф. Бутба, историки Р. Х. Гожба, Р. П. Шамба. Рецензенты: кандидат исторических наук Ю. Д. Анчабадзе, кандидат исторических наук С. М. Шамба.— Разлел II. С. 73:
    " Словосочетание «Абхазское царство» характерно исключительно для грузинских источников — византийцы до X века рассматривали Абасгию-Абхазию в качестве вассального княжества "
  19. Анчабадзе З. В. Избранные труды в 2-х томах. Сухум — ГПП «Дом печати», 2010 г. — Том I, cтр. 351—352
  20. Агрба И.Ш. Абхазское царство и Византия. Сухум: АГУ. 2011. 56–57.
  21. А. Ю. Виноградов, Д. А. Косоуров. Кто объединил Грузию? Давид Кураполат, Абхазское царство и Византийская империя. Античная древность и средние века. Том. 47. Екатеринбург. 2019. 33–34.
  22. Кудрявцев К. Д. Сборник материалов по истории Абхазии. Сухум. 1922. 121.

Ədəbiyyat