Yulii məzarı

Vikipediya saytından
Kholat Syakhl (müzakirə | töhfələr) tərəfindən edilmiş 01:28, 18 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yulii məzarı
Tomba di Julii
Məzardan aşkarlanmış mozaikadan "Sol İnviktus" (Qalib günəş) detalı
Xəritə
41°54′08″ şm. e. 12°27′12″ ş. u.
Ölkə  Vatikan
Yerləşir Vatikan katakombası
Vəziyyəti dağıdılıb

Yulii məzarı[1] (it. Tomba di Julii) və ya Mavzoley "M" - Müqəddəs Pyotr bazilikasının altında[2] yerləşən Vatikan nekropolunda[3] məzardır. Məzarın tağı altında məşhur mozaika aşkarlanmışdır. Mozaikada Helios (Roma panteonunda Sol İnvuktus) öz təkərli arabasında təsvir edilib. Mozaikda tanrı panteist dünyagörüşü üçün ənənəvi olmayan üzüm yarpaqları arasında təsvir edilib ki, bu da İohannın İncili 15.1 təsvirinə uyğun gəlir. Mozaik, III əsrin sonları IV əsrin əvvəllərinə aid edilir. Bu məzardan aşkarlanmış digər mozaikalarda İona və kit, quzunu daşıyan yaxşı çoban (Kriofor mövzusu) və balıqçıların təsvir edilməsi məzarın xristiana məxsus olmasını ehtimal etməyə əsas vermişdir.

  1. Weitzmann, Kurt. Age of spirituality : late antique and early Christian art, third to seventh century. Metropolitan Museum of Art. 1979. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2017.
  2. Beckwith, John. Early Christian and Byzantine Art. Yale University Press. 1979. səh. 19. (#accessdate_missing_url)
  3. Perler, Othmar. Die Mosaiken der Juliergruft im Vatikan. Universitätsverlag. 1953. səh. 34-36. (#accessdate_missing_url)