Naciçella (it. Navicella, hərfi tərcüməsi "kiçik gəmi") — Cotto di Bondone tərəfindən 1305-1313-cü illərdə yaradılmış, Köhnə Müqəddəs Pyotr bazilikasının giriş arkadasında böyük divarda yerləşən və bazilika həyətinə açılan böyük mozaika olmuşdur. Əsərdə, İsanın suda gəzməsi hadisəsinin Matfeyin İncilində (Matfey 14: 24-32) qeyd edilmiş versiyası təsvir edilmişdir ki, bu da üç İncil arasında Müqəddəs Pyotrun İsaya qoşulmasının təsvir edildiyi yeganə variantdır.[1] XVII əsrdə yeni bazilikanın inşası zamanı, mozaika dağıdılmış, bəzi hissələri saxlanılmış və 1675-ci ildə yeni bazilikanın portikində yenidən quraşdırılan mozakiaya əlavə edilmişdir.[2]
Naviçella | ||
---|---|---|
| ||
Rəssam | Cotto | |
Tarixi | 1305-1313 | |
Üslubu | dini rəssamlıq[d] | |
Texnikası | mozaika | |
Ölçüləri | × 990 sm | |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası | |
Vikianbarda əlaqəli mediafayllar |
Uzaqdan görünməsi üçün dizayn edilmiş mozaika çox böyük ölçülərə malik olmuşdur. 1628-ci ildə mozaikanın yağlı boya ilə işlənmiş tam ölçülü versiyasının yaradılması Vatikan tərəfindən Françesko Berrettaya sifari edilmiş, lakin, bir neçə il ərzində orijinal mozaikanın müxtəlif hissələri itirildiyinə görə, əsər 7.4x9.9 metr ölçüdə yaradılmışdır.[3] Orijinal mozaikanın isə təxminən 9.4x13 metr ölçüyə malik olması, aşağıdan isə latın dilində İncildən müvafiq hissələrin yazılması güman edilir.[4]
Yalnız Matfeyin İncilində Pyotr d qayığı tərk edərək dalğalar üzərində gəzir:
Qayıq isə artıq qurudan çox stadi uzaqdaa idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. Gecənin dördüncü növbəsib İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» Onlar qayığa mindikləri zaman külək sakitləşdi. Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar. Matfey 14:24-33
|
Kardinal Yakopo Stefneskinin sifarişi ilə hazırlanmış mozaikada donor portreti Məsihin ayaqları altında təsvir edilmişdir; Papa V Klementdən sonra Roma şəhərini o idarə etmiş, Kuriya isə 1309-cu ildə, Avinyon papalığının başlanğıcında şəhəri tərk etmişdir.[6] Sifariş adətən 1300-cü Müqəddəs İllə əlaqələndirilsə də, sonradan müəyyən edilmişdir ki, mozaikanın təsviri Cottonun Romaya səfəri zamanı, təxminən 1310-cu ildə hazırlanmış və mozaika ustalarına təhvil verilmişdir. Ehtimal ki, mozaika, Son Antik dövrə aid başqa bir mozaikanın yerində quraşdırılmış, lakin qədim sənət əsəri haqqında heç bir məlumat saxlanmamışdır.[7] Stefaneskinin nekroloqunda qeyd edilən məlumata görə mozaikanın hazırlanması 2.200 florinə başa gəlmişdi.[8] Əsər haqqında ilk məlumatlar Stefaneskinin ölümü haqqında Vatikan nekroloqu və Cottonun doğma şəhəri Florensiyada XIV əsrdə Filippo Villani tərəfindən yazılmış Latın xronikasında verilmişdir.[9]
Düzbucaqlı formaya malik mozaika elə quraşdırılmışdı ki, kilsəni tərk edib onun həyətinə çıxanlar mozaikanı uzaqdan görsünlər, kilsəyə girənlər isə iri mozaikanın altından keçsinlər.[10] Vazarinin verdiyi məlumata görə, sahildə balıq tutan kişi, Cottonun avtoportretidir. Kompozisiyada böyük yelkənə malik balıqçı qayığı dominant yerə malik olmaqla “Kilsə gəmisi” metaforik anlamını ifadə edir, qayığın “kapitanı” isə Papanın sələfi olan Müqəddəs Pyotrdur. Mozaika Papalıq üçün çox mürəkkən olan, Roma zadəganlarının tabe olmaqdan boyun qaçırdığı və Papanın şəhəri tərk etdiyi bir dövrdə sifariş edilmiş, buna baxmayaraq, təsvirdə kilsə və Papalığın “məğlubedilməz” olması nəzərə çatdırılmışdı.[11] Belə bir fikir vardır ki, qayıqdakı on bir fiqurdan, əlində rumpel (anaxronistika baxımından bu İncilin simvoludur) tutan kişi Müqəddəs Paveldir.[12] Səmada, mozaikanın hər iki tərəfində iki çılpaq “külək tanrısı” buynuzla birlikdə təsvir edilmişdir. Cotto rəsmləri xüsusi olaraq mozaika ustalarının divarda quraşdırması üçün çəkmişdi; mozaikanın yığılmasında rəssamın birbaşa iştirak etməsi isə naməlumdur.
Mövzu orta əsrlər incəsənətində məşhur olmuş və Florensiyadakı Santa-Mariya-Novella kilsəsinin İspan kapellasında, Mazaçço tərəfindən (və ya onun kolleqasıı Mazolino tərəfindən) Brankaççi kapellasında və Florensiya vəftizxanasının Gilberti tərəfindən hazırlanmış şimal qapısı üzərində də təsvir edilmişdir.[13] Təsvir sonradan Papalıq sikkələri və medallarında da istifadə edilmiş, lakin əksər hallarda gəmidəki yeganə fiqur kimi Müqəddəs Pyotr göstərilmişdir.[14] Mozaika, Albertinin “De Pictura” əsərində təsvir edilmiş yeganə müasir (post-klassik) sənət nümunəsidir.[15] Bu cür böyük dəniz səhnəsi şübhəsiz ki, klassik dövrün dəniz incəsənətində unikal nümunə olmuşdur.
Bazilikanın bərpası zamanı əsasə həyətə açılan arkada və onun üzərində yerləşən mozaika, bərpanın törədəcəyi çətinliklər nəzərə alındığına görə toxunulmamışdır, lakin, XVII əsrdə mozaika dörd dəfə 1610, 1618, 1629 və 1674/75-ci illərdə yenidən modelləşdirilmiş və bərpa edilmiş və bugünkü ölçü və vəziyyətini almışdır.[16]
Orijinal mozaikadan dövrümüzə yalnız, iki büst ölçülü mələk rondosu dövrümüzə çatmışdır[17]; rondolardan biri Vatikanda saxlanılır, digəri isə mozaikanın sökülməsi zamanı, 1610-cu ildə Boville-Ernikadakı San-Pyetro-İspano kilsəsinə bağışlanmışdır. Birinci rondo bir neçə dəfə (1924, 1950 və 1975–80) restavrasiya edilmiş, ikinci rondo isə ilkin vəziyyətində dövrümüzə çatmışdır. Baxmayaraq ki, orijinal mozaikanın dövrümüzə çatmış kopyalarından heç birində bu fiqurlar yer almamışdır, belə hesab edilir ki, onlar orijinal əsərin kənarlarında yerləşmişdir.[18] Ehtimal edilir ki, mozaikanın bəzi hissələri indi Müqəddəs Pyotr bazilikasının girişində yerləşən mozaikanın tərkibində saxlanmış, yuxarı tərəfdə lunetlərin yerləşdirilməsi üçün, mozaikanın üst tərəfi yarmdairəvi formada həll edilmişdir. Orijinal mozaikanın saxlandığı ehtimal edilən hissələr qayığın qızıl suyuna çəkilmiş kənarları, küləkdən deşilmiş yelkən və həvari fiqurlarının müxtəlif hissələridir.
Orijinal mozaikanın üslubu haqqında fikirlər, yalnız artıq restavrasiya edilmiş iki mələk fiquru əsasında söylənmişdir. Vazarinin təsvirində, qayıqdakı fiqurların Pyotrun dalğalar arasında batmasına müxtəlif reaksiyaları, xüsusilə, Böyük Piter Breygelin “İkarın batması ilə peyzaj” əsərindəki kimi, dənizdəki dramatik səhnəyə fikir vermədən öz işini görən balıqçının üzündəki reaksiya xüsusi vurğulanmışdır. Lakin, Svetlana Alpers göstərir ki, bu, Vazarinin bəyəndiyi tarixi rəsmləri təsvir etmə üslubudur, çünki Alberti “De pictura” əsərində mozaikanı “psixoloji hekayə kimi təsvir edir”.[19]
Mozaikanı tədqiq edən müasir elm xadimləri, həmin dövrlərin ən məşhur sənətkarı olan, və Cotto kimi Kardinal Stefaneskinin himayəsi altında fəaliyyət göstərən Pyetro Kavallini və Romada Son Antik və Erkən Orta əsrlər dövrü sənət nümunələrinin təsirini qeyd edirlər. Con Vayt yazır: “On üçüncü əsrin son, on dördüncü əsrin əvvəllərinə aid sxematik və xətti keyfiyyətlər əsərə tamamilə yaddır. Müşahidə olan impressionist texnikası və rəng diapazonu beşinci əsrdən gəlir. Demək olmaz ki, bu metod nə qədər Cottonun və nə qədər əsər üzərində çalışmış mozaika ustalarının ideyalarını əks etdirir. Lakin, iki mələk başı, həm Kavallinin əsərləri, həm də Arena kapellasının divarlarında təsvir edilmmiş freskalardakı obrazların fizioqnomiyası ilə əlaqəlidir.”[20]
Əsərin bir neçə orijinal kopyası vardır. Onlardan ən qədim olan bir neçə kopya Florensiya rəssamı Pari Spinelliyə (təxm. 1387-1453) aiddir. Spinellinin nüsxələri arasında ən detallı təsvir edilən kopya Nyu-Yorkdakı Metropolitan muzeyində, digər kopyalar isə Fransanı Şantiyi və Bayonna, ABŞ-nin Klivlend şəhərində saxlanılır. Lakin, Spinellinin saxlanmış təsviları arasındakı müqayisələr göstərmişdir ki, o, adətən itirilmiş sənət əsərlərinin təsirlərini işləməyi sevmişdir. Sonrakı dövrlərə aid kopyaların bir çoxları itirilmiş, əsərin tam ölçülü heç bir nüsxəsi dövrümüzə çatmamışdır. Nikola Bitrizenin 1559-cu ilə aid printi kimi kopyalarda isə əsər güzgü effekti ilə təsvir edilmişdir.[21]
29 yanvar 1380-ci ildə, Gecə ibadəti zamanı Sienalı Katerina bir neçə saat mozaikaya batdıqdan sonra, qəfildən qayığın batmasını və dözülməz ağırlıqla onun çiyinlərinə enməsini hiss etmişdir. Bundan sonra, Katerina bir daha yeriməmiş və üç ay sonra vəfat etmişdir.[22]