Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür.
Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır.
Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur.[1] Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir.[2] Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi.[3]
Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir;[4] Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.[2] Bir neçə məhv edilmiş Papa məzarı isə Alfonsa Sikkoniyanın əsərlərində ətraflı təsvir edilmişdir. [5]
Lakin, heç də bütün Roma Papaları Romada dəfn edilməmişdir. Ətraflı məlumat üçün baxın: Roma Papalarının saxlanmış məzararının siyahısı
Mündəricat |
---|
400–500 · 500–600 · 600–700 · 700–800 · 800–900 · 900–1000 · 1000–1100 · 1100–1200 · 1200–1300 · 1300–1400 · 1400–1500 · 1500–1600 |
Pontifiklik dövrü |
Portreti | Adı | Qeydlər |
---|---|---|---|
440–461 | I Lev Müqəddəs Lev Böyük Lev |
Məzar portikoda yerləşir.[6] Köhnə bazilikanın qanadında dəfn edilmiş ilk papadır; müxtəlif dövrlərdə köçürülmüş qalıqlar II, III və IV Levlərin qalıqlarına qarışmışdır; XVII əsrdə qalıqları ayrılaraq Partorienti Madonnası kapellasındakı xüsusi altarda, Alqardinin relyefi altında yerləşdirilmişdir.Madonna of Partorienti.[1] | |
468–483 | Simplisi Müqəddəs Simplisi |
Məzar portikoda, I Levin məzarı yaxınlığında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[7] | |
492–496 | I Gelasi Müqəddəs Gelasi |
Məzar portikoda yerləşir.[8] | |
496–498 | II Anastasi | Məzar atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[8] | |
498–514 | Simmax Müqəddəs Simmax |
Məzar portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[8] | |
514–523 | Hormisd Müqəddəs Hormisd |
Sökülmə zamanı dağıdılmışdır.[8] | |
523–526 | I İohann Müqəddəs İohann |
Nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[9] | |
526–530 | IV Feliks Müqəddəs Feliks |
Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır[9] | |
530–532 | II Bonifasi | Portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[9] | |
533–535 | II İohann | Sökülmə zamanı dağıdılmışdır.[10] | |
535–536 | I Aqapit Müqəddəs Aqapit |
Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[10] | |
556–561 | I Pelaqiy | Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[11] | |
561–574 | III İohann | Sökülmə zamanı dağıdılmışdır.[12] | |
575–579 | I Benedikt | Cübbəxananın vestibülündə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[12] | |
579–590 | II Pelaqiy | Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[12] | |
590–604 | I Qreqori, M.B.O. Müqəddəs Qreqori Böyük Qreqori |
Portikoda yerləşirdi. Qalıqların bir hissəsi Fransanın Suason kommunasına köçürülmüşdür; Köhnə Müqəddəs Pyotr bazilikasının sökülməsi zamanı qalıqların bir hissəsi Sant-Andrea-della-Valle kilsəsinə, daha sonra isə yeni Müqəddəs Pyotr kafedralının girişi yaxınlığında yerləşən Klementina kapellasına köçürülmüşdür.[13] | |
604–606 | Sabinian Müqəddəs Sabinian |
Köhnə Müqəddəs Pyotr bazilikasının atriumunda yerləşən orijinal qəbirüstü abidəsi sökülmə zamanı dağıdılmışdır;[14] orijinal epitafiyasının kiçik bir hissəsi Müqəddəs Pyotr bazilikasının kriptində yerləşir.[15] | |
607-607 | III Bonifasi | Sökülmə zamanı dağıdılmışdır.[14] | |
608–615 | IV Bonifasi, M.B.O. Müqəddəs Bonifasi |
Köhnə bazilikanın portikosunda dəfn edilmişdi; sonradan interyerə köçürülmüşdür; bir əli Santa-Mariya-in-Kosmedin kilsəsinə köçürülmüşdür; digər relikviyaları Santi-Kuattro-Koronati bazilikasındakı Müqəddəs Silvester kapellasındadır; digər qalıqları Müqəddəs Pyotr bazilikasının kapellasındadır;[16] bir zamanlar məzarı saxlamış oratoriya və məzarın Covanni Çiampini tərəfindən çəkilmiş eskizi dövrümüzə çatmışdır.[15] | |
615–618 | I Adeodat | Sökülmə zamanı dağıdılmışdır.[17] | |
619–625 | V Bonifasi | Sökülmə zamanı dağıdılmışdır.[17] | |
625–638 | I Honori | Sökülmə zamanı dağıdılmışdır.[18] | |
638–640 | Severin | Qanadda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[19] | |
640–642 | IV İohann | Sökülmə zamanı dağıdılmışdır.[19] | |
642–649 | I Teodor | Atriumda yerləşirdi.[19] Sökülmə zamanı dağıdılmışdır.[19] | |
654–657 | I Yevgeni Müqəddəs Yevgeni |
Sökülmə zamanı dağıdılmışdır.[20] | |
657–672 | Vitali Müqəddəs Vitali |
Sökülmə zamanı dağıdılmışdır.[20] | |
672–676 | II Adeodat, M.B.O. | Sökülmə zamanı dağıdılmışdır.[20] | |
676–678 | Domn | Sökülmə zamanı dağıdılmışdır.[20] | |
678–681 | Aqafon Müqəddəs Aqafon |
Sökülmə zamanı dağıdılmışdır.[20] | |
681–683 | II Lev Müqəddəs Lev |
Köhnə Müqəddəs Pyotr bazilikasında dəfn edilmişdi; Madonna-della-Kolonna kapellasının altarı altına köçürülmüşdür; XVII əsrin əvvəllərində I Levin məzarı ilə qarışdırılmışdır; əsrlər ərzində Ferreradakı San-Stefan kilsəsinin altarı altında olmasına inanılmışdır; Sökülmə zamanı aşkarlanan qalıqları Partiorenti Madonnası kapellasında I, II və IV Levlərin qalıqları ilə qarışdırılmışdır.[21] | |
684–685 | II Benedikt Müqəddəs Benedikt |
Sökülmə zamanı dağıdılmışdır.[22] | |
685–686 | V İohann | Atriumda yerləşirdi. 846-cı ildə sərasinlərin Roma talanı zamanı dağıdılmışdır.[23] | |
686–687 | Konon | Sol nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[24] | |
687–701 | I Sergi Müqəddəs sergi |
Köhnə Müqəddəs Pyotr bazilikasının portikosunda yox, qanadında dəfn edilmiş ilk papadır; məzar sökülmə zamanı dağıdılmışdır.[24] | |
701–705 | VI İohann | Sökülmə zamanı dağıdılmışdır.[25] | |
705–707 | VII İohann | Xeyir-dua verilmiş Bakirə Məryəm kapellasında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır; VII İohannın Vatikan qrottosunda dövrümüzə çatmış mozaikasının məzarın bir hissəsi olması güman edilir.[25] | |
708-708 | Sizinni | Nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26] | |
708–715 | Konstantin | Sol nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26] | |
715–731 | II Qreqori Müqəddəs Qreqori |
Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26] | |
731–741 | III Qreqori | Tanrı anası oratoriyasında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26] | |
741–752 | Zaxari Müqəddəs Zaxari |
Sökülmə zamanı dağıdılmışdır.[26] | |
Papa kimi fəaliyyətə başlamayıb. | Papa olmayan Stefan | Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[26] | |
752–757 | II Stefan | Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[27] | |
757–767 | I Pavel Müqəddəs Pavel |
Tanrı anası oratoriyasında yerləşirdi. Müvəqqəti olaraq San-Paolo-fuori-le-Mura kilsəsində dəfn edilmişdir; sonradan köhnə bazilikadakı Tanrı anası oratoriyasına köçürülmüşdür; sökülmə zamanı dağıdılmışdır.[27] | |
767–772 | III Stefan | Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[27] | |
772–795 | I Adrian | Pyotr kafedralı oratoriyasında yerləşən orijinal abidə sökülmə zamanı dağıdılmışdır;[28] Böyük Karl adından yazılmış kitabə müasir Müqəddəs Pyotr bazilikasının portikosunda yerləşdirilmişdir.[29][30] | |
795–816 | III Lev Müqəddəs Lev |
Partorienti Madonnası kapellasında yerləşirdi. Köhnə bazilikanın altında dəfn edilmişdir; II, IV Levlər və II Pasxalinin qalıqları ilə birləşdirilmişdir; birləşdirilmiş sarkofaq sökülmə zamanı dağıdılmışdır; 1601-ci ildə I Levin qalıqları ilə birləşdirilmiş və yeni Müqəddəs Pyotr bazilikasındakı "Savior della Colonna" altarının altında yerləşdirilmişdir.[31] | |
816–817 | IV Stefan | Sökülmə zamanı dağıdılmışdır.[31] | |
824–827 | II YEvgeni | Sökülmə zamanı dağıdılmışdır.[32] | |
827–827 | Valentin | Sökülmə zamanı dağıdılmışdır.[32] | |
827–844 | IV Qreqori | Sökülmə zamanı dağıdılmışdır.[32] | |
844–847 | II Sergi | Müqəddəs Sikst və Fabian kapellasının altarında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[32] | |
847–855 | IV Lev, M.B.O. Müqəddəs Lev |
Bizim Xilaska della kolonna altarının altında yerləşirdi. I, II və III Levlərin sümükləri ilə birləşdirilmişdir.[32] | |
855–858 | III Benedikt | Narteksdə yerləşirdi. sökülmə zamanı dağıdılmışdır.[33] | |
858–867 | I Nikolay Müqəddəs Nikolay Böyük Nikolay |
Köhnə bazilikanın atriumunda dəfn edilmişdir; efitaf sökülmə zamanı qismən saxlanılmışdır və hazırda Vatikan qrottasında yerləşir.[33] | |
867–872 | II Adrian | Köhnə bazilikada dəfn edilmişdir; efitaf sökülmə zamanı qismən saxlanılmışdır və hazırda Vatikan qrottasında yerləşir.[33] | |
872–882 | VIII İohann | Portiko və ya nefdə yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[34] | |
882–884 | I Marin | Portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[34] | |
885–891 | V Stefan | Portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[35] | |
891–896 | Formoz | Köhnə bazilikada dəfn edilmişdir; ekskumasiya edilmiş, taxtdan salınmış, barmaqları kəsilmiş və tiberi çayına atılmışdır (bax: Ölü sinodu); sonradan təkrarən Köhnə bazilikada dəfn edilmişdir; sökülmə zamanı dağıdılmışdır.[36] | |
896-896 | VI Bonifasi | Portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[36] | |
896–897 | VI Stefan | Portikoda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[36] | |
897–897 | Roman | Sökülmə zamanı dağıdılmışdır.[37] | |
897 | II Teodor | Sökülmə zamanı dağıdılmışdır.[37] | |
898–900 | IX İohann, M.B.O. | Portiko, sol nef və ya bazilikanın kənarında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[37] | |
900–903 | IV Benedikt | Gido qapısının yaxınlığında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[38] | |
904–911 | III Sergi | Sökülmə zamanı dağıdılmışdır.[38] | |
911–913 | III Anastas | Atriumda yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[39] | |
913–914 | Landon | Sökülmə zamanı dağıdılmışdır.[39] | |
928–928 | VI Lev | Sökülmə zamanı dağıdılmışdır.[40] | |
928–931 | VII Stefan | Sökülmə zamanı dağıdılmışdır.[40] | |
931–935 | XI İohann | Sökülmə zamanı dağıdılmışdır.[40] | |
936–939 | VII Lev, M.B.O. | Sökülmə zamanı dağıdılmışdır.[40] | |
939–942 | VIII Stefan | Sökülmə zamanı dağıdılmışdır.[40] | |
942–946 | II Marin | Sökülmə zamanı dağıdılmışdır.[40] | |
964–965 | VIII Lev | Sökülmə zamanı dağıdılmışdır.[41] | |
973–974 | VI Benedikt | Sökülmə zamanı dağıdılmışdır.[42] | |
983–984 | XIV İohann | Sökülmə zamanı dağıdılmışdır.[42] | |
985–996 | XV İohann | Sent-Mari oratoriyasında yerləşirdi. Sökülmə zamanı dağıdılmışdır.[43] | |
996–999 | V Qreqori | Məzar 14 avqust 1607-ci ildə Müqəddəs Pyotr bazilikasının döşəməsi altında aşkar edilmişdir; 15 yanvar 1609-cu ildə ekskumasiya edilərək IV-V əsrlər sarkofaqında yenidən dəfn edilmişdir.[44] | |
1012–1024 | VIII Benedikt | Sökülmə zamanı dağıdılmışdır.[45] | |
1024–1032 | XIX İohann | Sökülmə zamanı dağıdılmışdır.[45] | |
1045–1046 | VI Qreqori | Sökülmə zamanı dağıdılmışdır.[46] | |
1049–1054 | IX Lev Müqəddəs Lev |
Köhnə bazilikanın şərq divarı altında, I Qreqori altarına yaxın dəfn edilmişdir; 11 yanvar 1606-cı ildə sökülmə vaxtı tabutu açılaraq qalıqları relikviya kimi götürülmüşdür; digər qalıqları isə, Assisili Müqəddəs Frensisin stiqmatalarına həsr edilmiş[47], Müqəddəs Marsial və Valeriya altarı altında dəfn edilmişdir.[48] | |
1088–1099 | II Urban, M.B.O. Xeyir-dua verilmiş Urban |
Sökülmə zamanı dağıdılmış ilk məzardır.[49] | |
1145–1153 | III Yevgeni, S.O. Xeyir-dua verilmiş Yevgeni |
Sökülmə zamanı dağıdılmışdır. | |
1154–1159 | IV Adrian, M.A.O. | Erkən xristian sarkofaqı yenidən istifadə edilmişdir.[50] | |
1227–1241 | IX Qreqori | Sökülmə zamanı dağıdılmışdır.[51] | |
1241–1241 | IV Selestin | Sökülmə zamanı dağıdılmışdır.[52] | |
1277–1280 | III Nikolay | Sökülmə zamanı dağıdılmışdır; 1620-ci ildə qalıqları kardinal Rinaldo Orsinin qalıqları ilə birləşdirilmişdir.[53] | |
1294–1303 | VIII Bonifasi | VIII Bonifasinin IV Bonifasinin relikviyalarını da dəfn etdirdiyi orijinal məzar-kapella sökülmə zamanı dağıdılmışdır.[54][55] | |
1378–1389 | VI Urban | Köhnə bazilikanın dekonstruksiyasına kimi saxlanmışdır; fəhlələr tərəfindən su saxlancı kimi istifadə edilmişdir.[56][57] | |
1389–1404 | IX Bonifasi | Müqəddəs Pyotr və Pavel kapellasında yerləşirdi. Covanni Tomacelli tərəfindən işlənmiş məzar, sökülmə zamanı dağıdılmışdır.[58] | |
1404–1406 | VII İnnokenti | Müqəddəs Pyotr və Pavel kapellasında dəfn edilmiş, 1455-ci ildə məzar Müqəddəs Tomas kapellasına köçürülmüşdür, 12 sentyabr 1606-cı ildə XV əsrin ortalarına aid sarkofaqa köçürülmüşdür.[59] | |
1447–1455 | V Nikolay | Köhnə bazilikanın sol xarici qanadından sağ xarici qanadına köçürülmüşdür. Mino de Fyezole tərəfindən işlənmiş abidə saxlansa da, sarkofaq sökülmə zamanı dağıdılmışdır.[60] | |
1464–1471 | II Pavel | Effigiya Covanni Dalmata tərəfindən işlənmişdir; fiqurlar və qabartma relyefin müəllifi Mino de Fyezoledir. 1544-cü ildə köçülürlmüş abidə XVII əsrdə dağılmışdır; sökülmə zamanı sarkofaq saxlanmışdır.[61] | |
1471–1484 | IV Sikst, M.F.O. | Qəbirüstü abidə Antonio del Pollaiolo tərəfindən hazırlanmışdır. Köhnə bazilikanın xor kapellasında yerləşirdi; 1610-cu ildə cübbəxanaya köçürülmüşdür; 1625-ci ildə yeni Müqəddəs Pyotr bazilikasının Del-Koro kapellasına köçürülmüşdür; 1926-cı ildə II Yulinin qalıqları ilə birləşdirilmişdir; 1940-cı illərdə yenidən ayırılmışdır.[62] | |
1484–1492 | VIII İnnokenti | Qəbirüstü abidə Antonio del Pollaiolo tərəfindən hazırlanmışdır. Ölüm yatağı təsvirlərindən fərqli olaraq Papanın canlı təsvir edildiyi ilk qəbirüstü abidədir; köhnə bazilikanın Tanrı anası oratoriyasında yerləşirdi; 5 sentyabr 1606-cı ildə sökülmə zamanı sudariuma köçürülmüşdür.[62] | |
1503–1503 | III Piy | Qəbirüstü abidə Sebastiano Ferruççi tərəfindən hazırlanmışdır. Köhnə bazilikada inşa edilmiş sonuncu Papa mavzoleyidir; V Pavelin dövründə Sant-Andrea-della-Valle kilsəsinə köçürülmüşdür.[63] | |
1523–1534 | VII Klement | Köhnə bazilikada kərpic məzarda dəfn edilmişdir; hazırda məzar Santa-Mariya-sopra-Minerva kilsəsində, Mediçilərdən olan digər Papa X Levin məzarı ilə üzbəüz yerləşir.[64] | |
1534–1549 | III Pavel | Qəbirüstü abidə Gilyermo della Porta tərəfindən hazırlanmışdır. 1599-cu ildə köçürülmüşdür.[65] | |
1550–1555 | III Yuli | Köhnə bazilikanın San-Andrea kapellasında qırmızı daşdan hazırlanmış sarkofaqda dəfn edilmişdi; 1608-ci ildə qədim sarkofaqa köçürülmüş, iki il sonra sökülmə zamanı isə sarkofaq açılmışdır;[66] bəzən San Pietro in Montorio kilsəsinin Del-Monte kapellasında dəfn edilməsi qeyd edilir.[67] | |
1555–1555 | II Marsell | Qəbirüstü abidəsi yoxdur; üzərində traditio legis təsviri olan IV əsrə aid sarkofaqda dəfn edilmişdir.[68] | |
1572–1585 | XIII Qreqori | Orijinal qəbirüstü abidəsi dağıdılmışdır; XVIII əsrdə yeni abidə yaradılmışdır.[69] | |
1590–1591 | XIV Qreqori | Qəbirüstü abidəsi Prospero Antiçi tərəfindən hazırlanmışdır.[70] | |
1591–1591 | IX İnnokenti | Qəbirüstü abidəsi yoxdur.[70] |