Yulii məzarı[1] (it. Tomba di Julii) və ya Mavzoley "M" - Müqəddəs Pyotr bazilikasının altında[2] yerləşən Vatikan nekropolunda[3] məzardır. Məzarın tağı altında məşhur mozaika aşkarlanmışdır. Mozaikada Helios (Roma panteonunda Sol İnvuktus) öz təkərli arabasında təsvir edilib. Mozaikda tanrı panteist dünyagörüşü üçün ənənəvi olmayan üzüm yarpaqları arasında təsvir edilib ki, bu da İohannın İncili 15.1 təsvirinə uyğun gəlir. Mozaik, III əsrin sonları IV əsrin əvvəllərinə aid edilir. Bu məzardan aşkarlanmış digər mozaikalarda İona və kit, quzunu daşıyan yaxşı çoban (Kriofor mövzusu) və balıqçıların təsvir edilməsi məzarın xristiana məxsus olmasını ehtimal etməyə əsas vermişdir.
Yulii məzarı | |
---|---|
Tomba di Julii | |
41°54′08″ şm. e. 12°27′12″ ş. u.HGYO | |
Ölkə | Vatikan |
Yerləşir | Vatikan katakombası |
Vəziyyəti | dağıdılıb |