Müqəddəs Veronika heykəli (ing. Santa Veronica ) – Vatikandakı Müqəddəs Pyotr bazilikası üçün Françesko Moçi tərəfindən 1629-1639-cu illərdə hazırlanmış mərmər heykəldir.[1]
Müqəddəs Veronika | |
---|---|
Ölkə | Vatikan |
Memarlıq üslubu | barokko |
Heykəltaraş | Françesko Moçi |
Tikilib | 1629 |
Hündürlüyü | 500 sm |
Material | Karrara mərməri |
Saxlanıldığı yer | Müqəddəs Pyotr bazilikası |
Vikianbarda əlaqəli mediafayllar |
1629-cu ilin dekabrında Müqəddəs Pyotr bazilikasının mərkəzi gümbəzi altında yerləşən dörd nişdən birində yerləşdiriləcək Müqəddəs Veronika heykəlinin hazırlanması heykəltaraş Françesko Moçiyə həvalə olunmuşdur. Digər üç heykəl – Müqəddəs Andreyin heykəli Fransua Dükenua, Müqəddəs Yelenanın heykəli Andrea Bolci, Müqəddəs Lonqinin heykəli isə Covanni Lorenso Berniniyə həvalə edilmişdir.[1]
1629-1632-ci illərdə o, əsərin müxtəlif versiyaları üzərində çalışmış, nəhayət 8 sevral 1632-ci ildə heykəlin yekun variantını Papa VIII Urbana təqdim etmiş və Papa layihəni təsdiqləmişdir. Heykəlin hazırlanmasında istifadə olunan mərmərlər 1634-cü ilin sonlarında Karraradan gətirilmişdir. Heykəltəraş əsəri 1635-1639-cu illərdə işləyərək tamamlamışdır. Bazilikada nəzərdə tutulmuş yerində yerləşdirilmiş əsər 11 noyabr 1640-cı ildə ictimayətə təqdim edilmişdir.[1]
5 metr hündürlüyə malik olan Müqəddəs Veronika heykəli üç iri Karrara mərməri blokundan hazırlanmışdır. Moçinin şah əsəri hesab edilən nəhəng heykəldə tətbiq etdiyi müxtəlif texnika və dizayn elementləri onun yaradıcılığının erkən dövrünə aid olan “Müjdə” (1603-1608, İtaliyadakı Orvieto kafedralında saxlanılır) heykəllər qrupunu xatırlatmaqla həmin dövrdə əksər barokko heykəltaraşları tərəfindən istifadə edilirdi. Müqəddəs Veronika əlində üzərində İsanın simasının təsviri olan pərdə tutmuşdur.[2]