Argillit

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (→‎Xarici keçidlər) tərəfindən edilmiş 11:03, 4 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Argillit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Argillit ( q.yun. ἄργιλλος - gilλίθος daş) - bərkimiş və daşlaşmış gilli çökmə süxur. Diagenezkatagenez mərhələlərində gilin sıxılması və susuzlaşması nəticəsində əmələ gəlir. Gildən bərk olması, suda islanmaması və s. xüsusiyyətləri ilə fərqlənir. Adətən, tünd rənglərdə olur.

Argillit qırışıqlıq sahələri üçün xarakterikdir. Platformaların dərin çökəkliklərində (avlakogenlərdə) təsadüf edilir. Sement, keramzit istehsalı üçün xammaldır. Hidrargillit qatışıqlı kaolin argillitlərindən odadavamlı material kimi istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]