Əflatun Amaşov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əflatun Amaşov
"Xalq qəzeti"nin baş redaktoru
Vəzifədədir
23 sentaybr 2022-ci ildən
ƏvvəlkiHəsən Həsənov
15 mart 2003 – 24 sentyabr 2022
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıRəşad Məcid
1 noyabr 2015 – 10 mart 2020
Seçki dairəsi62 saylı Saatlı
ƏvvəlkiCəlal Əliyev
SonrakıƏziz Ələkbərli
bayraq
Azərbaycan Dövlət Teleqraf Agentliyi sədrinin birinci müavini
bayraq2
1992 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 26 aprel 1957(1957-04-26) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi
Dini islam

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
"Şöhrət" ordeni — 2017 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2017Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri.[1]"Xalq qəzeti"nin baş redaktoru

Həyatı

Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.[2] 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.

1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

Fəaliyyəti

Azərbaycanda Fransız İnstitutunda keçirilmiş "Le Carrefour" qəzetinin təqdimatında, 5 aprel 2017-ci il[3]

Jurnalistika fəaliyyəti

1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.

1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, bir övladı var.

Mükafatları

Üzvlükləri

  • Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.[9]

İstinadlar

  1. "Suallarınızı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır — www.azadliq.org". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
  2. "Tərcümeyi–hal: Amaşov Əflatun Əhməd oğlu — Azərbaycan Mərbuat Şurası". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
  3. Bakıda Frankofoniya həftələri çərçivəsində "Le Carrefour" qəzetinin təqdimatı keçirilib Arxivləşdirilib 2017-06-16 at the Wayback Machine. azertag.az, 05.04.2017  (az.)
  4. "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  5. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. Archived from the original on 2015-07-30. İstifadə tarixi: 2015-07-22..
  6. "Ə. Ə. Amaşovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  7. "Şura sədri "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.
  8. Ə. Ə. Amaşovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  9. "Əflatun Amaşov Mətbuat Şurasının sədri seçilib — www.mediaforum.az". 2015-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2015. Arxivləşdirilib.

Xarici keçidlər