Akteon adaları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Akteon adaları
fr. Groupe Actéon
Ümumi məlumatlar
Adaların sayı 4
Ümumi sahəsi 10,5 km²
Əhalisi 0 nəfər (2007-ci il)
Yerləşməsi
21°17′00″ c. e. 136°29′00″ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Akteon adaları xəritədə
Akteon adaları
Akteon adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akteon adaları (fr. Groupe Actéon) — Tuamotu arxipelaqının cənub hissəsində yerləşən adalar qrupu (Fransa Polineziyası). Manqareva atollundan 225 km məsafədə yerləşir.

Coğrafiya

Atolların kosmosdan təsviri.
Akteon adaları qrupu.
Ada Sahəsi,
km²
Laqunun sahəsi,
km²
Əhali,
nəf. (2007)
Sıxlıq,
nəf./km²
Koordinat
1 Vahanqa 3,8 12,6 yaşayış yoxdur 21°19′ c. e. 136°39′ q. u.[1]
2 Matureivavao 2,5 18 yaşayış yoxdur 21°29′ c. e. 136°24′ q. u.
3 Tenararo 2 1,6 yaşayış yoxdur 21°18′ c. e. 136°45′ q. u.
4 Tenarunqa 2,2 5 yaşayış yoxdur 21°21′ c. e. 136°32′ q. u.
Ümumi 10,5 37,2 yaşayış yoxdur

Tarixi

Akteon adaları ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir. O, adaları kokos palmalı ağacları olan olaraq təsvir edir. Göyərtə qeydlərində onlar bu cür təsvir edilir: «Cuatro Coronadas», «Cuatro Hermanas» (dörd bacı) və «Anegadas» (su basmış). Adalar 1983-cü ildə baş vermiş siklondan əziyyət çəkmişdir.

İnzibati bölgüsü

İnzibati baxımından Qambe kommunasına daxildir.

Əhali

2007-ci il məlumatına görə adada yaşayış yoxdur.

İstinadlar

  1. "Oceandots – Actéon". 2010-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-14.