Albaniya musiqisi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cənubi Albaniyadan olan folklor qrupu.

Albaniya musiqisiAlbaniya ərazisində formalaşmış musiqi.

Tarixi

Albaniya xalq musiqisində müxtəlif üslublar var. Xalq mahnı ifaçılığı üçün üçsəslilik səciyyəvidir. Mahnılar, adətən, simli musiqi alətləri ilə müşayiət olunur. Profesional musiqi Albaniyada kommunist quruluşu yaradıldıqdan sonra inkişafa başlamışdır. 1947-ci ildən Tiranada musiqi, dram və rəssamlıq şöbələrindən ibarət bədii lisey, 1950-ci ildə Dövlət filarmoniyası, 1956-cı ildə Dövlət opera və balet teatrı, 1962-ci ildə konservatoriya açılmışdır. 1954-cü ildə ilk alban operası olan Prenk Yakovanın "Mrika" əsəri, 1963-cü ildə ilk milli balet olan T. Dayanın "Xəlil və Xeyriyyə" əsəri tamaşaya qoyulmuşdur. İnsturmental musiqi və kantata-oratoriya janrında Kristo Kono, Çesk Zadey, S. Qatsanın, mahnı janrında isə K. Trakonun əsərləri məşhurdur. 1965–1975-ci illərdə V. Novanın "Qəhrəman qız", Prenk Yakovanın "İskəndərbəy" operaları, K. Lyaranın "Partizan", T. Dayanın "Balıqçılıq uşaqları" baletləri və s. əsərlər tamaşaya qoyulmuşdur.[1]

İstinadlar

  1. Албанија. Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 219.

Xarici keçidlər