Azər Mirzəyev (şahmatçı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azər Tahir oğlu Mirzəyev
azərb. Azər Tahir oğlu Mirzəyev
Ölkə
Doğum tarixi (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Titulu Qrossmeyster (2001)
Son reytinqi 2527 (Noyabr 2016)
Maksimal reytinqi 2617 (Noyabr 2009)
FİDE nömrəsi 13400304
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azər Tahir oğlu Mirzəyev (20 mart 1978, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2001).

Həyatı

Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb.

Naliyyətləri

19952000-ci illərdə Azərbaycan çempionu olub.

2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur.

İki dəfə (20082010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib.

2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur.

2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur.

2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.

Azər iki dəfə Stadium Casablanca turnirinin qalibi olub.

2012-ci ilin avqustunda Figueres turnirinin qalibi olmuşdur.

2014-cü ilin mayında Yeddinci Beyrut Beynəlxalq Open turnirində birinci yeri tutmuşdur.

İstinadlar

Xarici keçidlər