Abdulla Azər oğlu Qədimbəyli (2 yanvar2002, Bakı) — Azərbaycan şahmatçısı, 2 qat Avropa çempionu, 4 qat Azərbaycan çempionu, dünya çempionatının qalibi, Al–Ain Beynəlxalq Çempionatında I yerin sahibi, FİDE ustası, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülüb; kişilər arasında Azərbaycan çempionu olub, Qrosmeyster (2022-ci ildən).
2008-ci ildə Bakı şəhəri 287 saylı "Zəkalar" liseyində 1-ci sinfinə daxil olub.
Atası Azər Abdulla oğlu Qədimbəyli 1970-ci il 10 aprel tarixində Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Anası Səidə Qədimbəyli 1976-cı il 15 mart tarixində Tiflis şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini bitirib.
5 yaşından şahmatla məşğul olub. Bakı şəhər 2 nömrəlili Uşaq Gənclər Şahmat idman məktəbinin yetirməsidir. 2009, 2010-cu ildə 2 qat Avropa çempionu, 2009, 2010, 2011, 2014-cü illərdə 4 qat Azərbaycan çempionu, 2011-ci ildə Avropa çempionatı I–II yer, 2012-ci Dünya çempionatı III–IV yer kimi nailiyyətlər qazanmışdır.
Onun əldə etdiyi ən böyük uğurlardan biri, 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında 34-cü dünya çempionatında olub. Belə ki, 179 ölkənin şahmatçıları arasında keçirilən dünya birincilyində, Azərbaycanın yeganə təmsilçisi olan Abdulla Qədimbəyli 8 yaşlı şahmatçılar arasında 11 oyundan 9.5 xal toplayaraq dünya çempionatının qalibi elan olunub.
2010-cu ildə FİDE ustası, ELO (Reytinq) – 2416 olub.
2014-cü ildə isə Beynəlxalq usta norması adına layiq görülmüş Abdulla 2012-ci ildə Avropa kubokuda II yer, 2013-cü ildə Dünya çempionatında II yer, 2014-cü ildə "Dubay Open" beynəlxalq şahmat turnirində III yer, 2015-ci ildə isə Al-Ain Beynəlxalq Çempionata öz həmyaşıdlarını məğlub edərək I yeri qazanıb.
24 yanvar 2018-ci il tarixində şahmat üzrə kişilər arasında Azərbaycan çempionu.[3]
2022-ci ildə yeniyetmələr arasında şahmat üzrə dünya çempionatının qalibi oldu və bu ona qrosmeyster titulunu qazandırdı.[4][5][6][7][8]