Əhməd Əhmədzadə (şahmatçı)

Əhməd Samir oğlu Əhmədzadə (13 dekabr 2004[1], Bakı[1]) ― azərbaycanlı şahmatçı, beynəlxalq usta (2019)[2]. Aşağı yaş qruplarında üçqat Azərbaycan çempionu (2015[3], 2016[4], 2018[5]), 16 yaşadək yeniyetmələr arasında Olimpiya çempionu (2019)[6]. 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Təhsilini T. İsmayılov adına 6 nömrəli məktəb-liseydə davam etdirir.[7]

Əhməd Əhmədzadə
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi (19 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Titulu Beynəlxalq usta (IM) (2019)
Son reytinqi 2488 (oktyabr 2022)
Maksimal reytinqi 2488 (oktyabr 2022)
FİDE nömrəsi 13413007

Şahmat karyerası

[redaktə | mənbəni redaktə et]

Şahmatla 2011-ci ildə, 6 yaşındaykən məşğul olmaya başlayıb. Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində təlim alıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub.[8] 2012-ci ildə birinci şahmat dərəcəsini alıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) titullarına layiq görülüb.[2][9]

2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilən məktəblilər arasında Avropa Çempionatında 2-ci yer qazanıb.[10]

2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci olub.[11]

2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında, 2018-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur.

2019-cu ildə Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[12][13]

2019-cu ilin Noyabr ayında Monteneqroda keçiriən Klublar arası Avropa Çempionatında ilk Beynəlxalq Qrosmeyster normasını yerinə yetirmişdir.

2021-ci ilin Oktyabr ayında Şimali Makedoniyanın Oxrid şəhərində keçirilən Klublar arası Avropa Çempionatında "Vüqar Həşimov" klubu tərkibində 3-cü yer qazanıb, bürünc medala layiq görülmüşdür.

Bütün nəaliyyətləri

[redaktə | mənbəni redaktə et]
İl Nəticə Yarışın adı Yarışın keçirildiyi yer
2012 2 8 yaşadək uşaqlar arasında Avropa Kuboku Gürcüstan Kutaisi, Gürcüstan
3 7-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (8 yaşadək) Gürcüstan Poti, Gürcüstan
2 8 yaşadək məktəblilər arasında Azərbaycan Birinciliyi Azərbaycan Quba, Azərbaycan
3 Baku Open. Grup C (8 yaşadək) Azərbaycan Bakı, Azərbaycan
2013 2 10 yaşadək uşaqlar arasında Bakı Çempionatı Azərbaycan Bakı, Azərbaycan
2 10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı Azərbaycan Bakı, Azərbaycan
2 9 yaşadək məktəblilər arasında Avropa Çempionatı Serbiya Novi Sad, Serbiya
3 8-ci Beynəlxalq Nana Aleksandriya Kuboku (10 yaşadək) Gürcüstan Poti, Gürcüstan
1 Batumi Beynəlxalq Şahmat Festivalı (10 yaşadək) Gürcüstan Batumi, Gürcüstan
2014 1 Ümumilli Lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş Şahmat Festivalı Azərbaycan Bakı, Azərbaycan
2 10 yaşadək uşaqlar arasında Azərbaycan Çempionatı Azərbaycan Bakı, Azərbaycan
2 11 yaşadək məktəblilər arasında Dünya Çempionatı. Sürətli şahmat (11 yaşadək) Yunanıstan Kavala, Yunanıstan
3 Qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (10 yaşadək) Azərbaycan Bakı, Azərbaycan
3 13-cü "Dubai Juniors" şahmat turniri (14 yaşadək) Birləşmiş Ərəb Əmirlikləri Dubay, BƏƏ
1 Abu Dhabi Şahmat Festivalı. Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi, BƏƏ
1 Baku Open. Grup C (12 yaşadək) Azərbaycan Bakı, Azərbaycan
2015 2 Ümumdünya Gənclər Oyunları Rusiya Soçi, Rusiya
1 12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Azərbaycan Bakı, Azərbaycan
1 "The Hopes of the World" Şahmat Turniri (12 yaşadək) Bolqarıstan Varna, Bolqarıstan
2 Qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) Azərbaycan Bakı, Azərbaycan
1 Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) Azərbaycan Bakı, Azərbaycan
2016 1 12 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Azərbaycan Bakı, Azərbaycan
1 Qrosmeyster Aydın Hüseynovun xatirəsinə həsr olunmuş şahmat turniri (12 yaşadək) Azərbaycan Bakı, Azərbaycan
3 Azərbaycan Milli Müstəqillik Gününə həsr olunmuş sürətli şahmat turniri Azərbaycan Bakı, Azərbaycan
3 Kişilər arasında Azərbaycan Çempionatı (1-ci dəstə) Azərbaycan Bakı, Azərbaycan
2017 1 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Azərbaycan Bakı, Azərbaycan
2018 1 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Komanda Blitz) Azərbaycan Bakı, Azərbaycan
1 18 yaşadək yeniyetmələr arasında Azərbaycan Çempionatı Azərbaycan Bakı, Azərbaycan
2 15-ci "Dubai Juniors" şahmat turniri (14 yaşadək) Birləşmiş Ərəb Əmirlikləri Dubay, BƏƏ
3 Baku Summer Festival (Blitz) Azərbaycan Bakı, Azərbaycan
2019 3 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Azərbaycan Bakı, Azərbaycan
2 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (Masters) Azərbaycan Bakı, Azərbaycan
1 Yeniyetmələr arasında Dünya Şahmat Olimpiyadası Türkiyə Çorum, Türkiyə
2020 1 Əməkdar Məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat turniri (sürətli şahmat) Azərbaycan Bakı, Azərbaycan
2021 1 Təhsil RİM-in Komandalar arasında Respublika Birinciliyi Azərbaycan Bakı, Azərbaycan
2 Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Turnir (sürətli şahmat) Azərbaycan Bakı, Azərbaycan
3 Klublar arası Avropa Çempionatı Şimali Makedoniya Oxrid, Şimali Makedoniya
  1. 1 2 https://ratings.fide.com/crt/main225582.pdf.
  2. 1 2 "FIDE web saytında profili". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  3. 12 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2015 // Chess-results.com
  4. 12 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2016 // Chess-results.com
  5. 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com
  6. "WORLD YOUTH UNDER-16 CHESS OLYMPIAD-2019 // Chess-results.com". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  7. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi Arxivləşdirilib 2022-08-08 at the Wayback Machine
  8. "Avropa çempionatında yüksək nəticə // Azərbaycan Müəllimi". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  9. ""Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə beynəlxalq usta adına layiq görülüb" // Azertag.az". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  10. EUROPEAN SCHOOL CHESS CHAMPIONSHIP 2013 - OPEN U9 // Chess-results.com
  11. World Schools Rapid Chess Championships 2014 Open Under 11 // Chess-results.com
  12. "World Youth Under-16 Chess Olympiad". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  13. ""Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu" // Trend.az". 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.