Namiq Quliyev (şahmatçı)

Namiq Quliyev (d. 13.02.1974, Beyləqan rayonunun Dünyamallar kəndi) — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). Üç dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadalarında iştirak edib(1994, 2006, 2016).

Namiq Quliyev
azərb. Namiq Quliyev
Ölkə
Doğum tarixi 13 fevral 1974(1974-02-13) (50 yaş)
Doğum yeri Beyləqan rayonunun Dünyamallar kəndi
Titulu Qrosmeyster (2005)
Son reytinqi 2578 (Noyabr 2016)
Maksimal reytinqi 2590 (Aprel 2007)
FİDE nömrəsi 13400363
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1981-1989 illərdə Əlibala Şirinov adına Dünyamallar kənd orta məktəbi və Dünyamallar kənd 8-illik məktəbində, 1989-1991 illərdə isə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü 1 №-ли internat məktəbində (litsey) oxumuşdur. 1991-1996 illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil almışdır.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetində riyaziyyat üzrə olimpiadaların qalibi olmuşdur.

1999-2001 illərdə Dünyamallar kəndində, 2001-2003 illərdə isə Bakıda şahmat məktəbində məşqçi müəllim işləmişdir.

2003 ildən Fransada professional şahmatçı və şahmat üzrə məşqçi işləyir.

2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub.

2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1-4-cü yerləri bölüşüb.

2009-cu ildə Metz-də keçirilən turnirdə Friso NijboerAdam Horvath ilə 1-3-cü yerləri bölüşüb.

2010-cu ildə Malakoff-da keçirilən turnirdə Valentin PanbukchianVladimir Malaniuk ilə 1-3-cü yerləri bölüşüb.

2012-ci ilin yanvarında Cenevrədə keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

  1. 1 2 Guliyev, Namig // FIDE Ratings and Statistics (ing.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]