Vüqar Ural oğlu Rəsulov[2] (5 aprel 1991, Gəncə) — azərbaycanlı şahmatçı, qrosmeyster (2011).
Vüqar Rəsulov | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 5 aprel 1991 (33 yaş) |
Doğum yeri | |
Titulu | Qrosmeyster (2011) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.560 (oktyabr 2023) |
FİDE nömrəsi | 13402390 |
Vüqar Rəsulov 5 aprel 1991-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir.[3]
Müxtəlif illərdə Azərbaycanı fərqli yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil edib. 2006-cı ildə Avropa çempionatında 16 yaşlı oğlanlar arasında bürünc, bir il sonra isə eyni yaş qrupunda qızıl medal qazanıb.[4][5]
2006-cı ilin avqust ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Ağrı şəhərində keçirilmiş 5-ci Dünya Gənclər U16 Şahmat Olimpiadasında iştirak edib.[6]
2010 və 2011-ci illərdə 20 yaşadək oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionatının,[7][8] 2012-ci ildə ildə isə kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub.[9][10]