Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri.[1]
Elmar Məhərrəmov | |
---|---|
Ölkə |
SSRİ → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Titulu | qrosmeyster (1992) |
Son reytinqi | 2515 (sentyabr 2017) |
Maksimal reytinqi | 2580 (iyul 1994) |
FİDE nömrəsi | 13400142 |
Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur.[2]
1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib.[3]
1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub.[4]
Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var.
Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (ing. Genius in the Background) adlı kitabının doqquzuncu fəsli Elmar Məhərrəmova həsr olunub.[3]