Dövlət dini
Naviqasiyaya keç
Axtarışa keç
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fd/Map_of_state_religions.svg/400px-Map_of_state_religions.svg.png)
Dövlət dini həmçinin rəsmi din — rəsmi statusu müvafiq dövlət tərəfindən təsdiq edilmiş din. Dövlət dini olmayan dövlətləri dünyəvi və ya sekulyar dövlətlər adlandırırlar.
Dövlət dininin atributları
Müasir dövrdə vəziyyət
Harvard Universitetinin 2000-ci ilə olan məlumatlarına görə 188 dövlətdən 75-i bu və ya digər dini özlərinin rəsmi dini elan etmiş, 113 ölkənin isə rəsmi dini olmamışdır[1][2].
Rəsmi dini olan dövlətlər
Xristianlıq
Katoliklik
- Argentina
- Vatikan (teokratiya)
- Dominikan Respublikası
- Kosta-Rika
- Lixtenşteyn
- Malta
- Monako
- Salvador
- San-Marino
- İsveçrə (bəzi kantonları)
Protestantlıq
Kalvinizm
- Şotlandiya. İngilis monarxı bu kilsənin başçısı yox, yalnız üzvüdür.
- İsveçrə (bəzi kantonları)
Lüteranlıq
- Finlandiyada kilsə və dövlət arasında münasibətlər xüsusi razılaşmalar ilə tənzimlənir. Kilsənin fəaliyyətinə dair xüsusi qanunvericilik mövcuddur. Kilsə xüsusi kilsə vergisi yığmaq hüququna malikdir (dövlət strukturlarının köməkliyi ilə könüllülük prinsipi əsasında toplanır). Amma hüquqi baxımdan Finlandiya Kilsəsi dövlət kilsəsi deyil.
- İsveçdə İsveç Kilsəsinin rəhbərinin kral olmasına baxmayaraq 2000-ci ildən kilsə dövlətdən ayrı fəaliyyət göstərir.
Anqlikanlıq
- İngiltərə. Uelsin və Şimali İrlandiyanın dövlət kilsələri yoxdur.
Pravoslavlıq
- Yunanıstan
- Finlandiya. Finlandiyada pravoslav kilsəsinin statusu lüteran kilsəsinin statusu ilə analojidir.
Şərqi Avropanın bir çox ölkəsində pravoslav kilsəsinin xüsusi statusu qanunverici sənədlərlə təsbit edilmişdir, bununla belə bu dövlətlərdə "dövlət dini" söz birləşməsi işlənmir. Harvard Universitetinin tədqiqatlarında belə dövlətlər dövlət dini olan dövlətlər siyahısına aid edilir:
İslam
Sünnilik
- Əlcəzair
- Əfqanıstan
- Bəhreyn
- Birləşmiş Ərəb Əmirlikləri
- Bruney
- Fələstin
- İndoneziya
- İordaniya
- Komor adaları
- Liviya
- Maldiv adaları
- Mavritaniya
- Mərakeş
- Misir
- Qətər
- Səudiyyə Ərəbistanı
- Somali
- Sudan
- Tunis
Şiəlik
İbadilik
Buddizm
- Şri-Lankada ölkə konstitusiyası buddizmə "aparıcı yer" versə də, buddizm dövlət dini kimi tanınmayıb.[4]
Xüsusi variantlar
- Albaniya dünyada 1967-ci ildən ateizmin qanunvericiliklə təsbit edildiyi yeganə ölkə idi. 1991-ci ildə konstitusiyadakı bu müddəa çıxarılmışdır.[5]
- XX əsrdə dövlət dini induizm olan yeganə ölkə Nepal idi. Amma bu ölkə parlamentinin qərarı ilə 2006-cı ildə ləğv edilmişdir.[6]
Tarix
Qədim Dünyanın dövlət dinləri
Orta Əsrlər dövrünün dövlət dinləri
Yeni Dövrün dövlət dinləri
Həmçinin bax
İstinadlar
- ↑ "(ing.) Robert J. Barro and Rachel M. McCleary, Which Countries Have State Religions? Harvard, 2005" (PDF). 2010-07-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.
- ↑ "Изложение результатов Барро/МакКлири по-русски (с ошибками)". 2008-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.
- ↑ Главной целью Христиан-демократическое движение Гиоргия Таргамадзе ставит придание православию статуса официально религии Грузии
- ↑ "The Constitution of Sri Lanka: Chapter II — Buddhism". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.
- ↑ "Arxivlənmiş surət". 2011-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.
- ↑ "Nepal ends official rule of Hinduism. — Free Online Library". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.