Droid (Ulduz müharibələri)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
"R2-D2" və "C-3PO" droidləri.

Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır[1] və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi.[2] "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.[3]

Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir.[4] Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil.[5]

İstinadlar

  1. droid Arxivləşdirilib 2011-07-27 at the Wayback Machine, The Word Guy. (November 9, 2009)
  2. Prucher, Jeff. Brave New Words: The Oxford Dictionary of Science Fiction. Oxford University Press. May 7, 2007. 6–7. ISBN 978-0-19-530567-8. July 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2016.
  3. "Definition of android | Dictionary.com". www.dictionary.com (ingilis). 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.
  4. "Adventures of the Starkiller (Second Draft) – Starkiller" (ingilis). 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.
  5. "I: Designing R2-D2 - 3dsf.info". sites.google.com. 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.

Xarici keçidlər