C-3PO və ya Si-Tripio (ing. See-Threepio)[1] — "Ulduz müharibələri" kosmik opera franşizasında humanoid robot personaj. Personaj film seriyasının orijinal trilogiyasında, prikvel trilogiyasında və sikvel trilogiyasında nümayiş olunmuşdur. Anakin Skayvalker tərəfindən yaradılmış C-3PO etiket qaydaları və adət-ənənələrə riayət, eləcə də tərcümədə kömək etmək üçün hazırlanmış protokol droididir[2] və onun ən təbliğ olunan xüsusiyyəti "altı milyondan çox ünsiyyət formasında səlis danış"masıdır.[3] Astromexaniki droid yoldaşı və dostu R2-D2 ilə birlikdə C-3PO filmlərin narrativ struktura komik relyef təmin edir. Entoni Deniels personajın nümayiş olunmadığı "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) filmi istisna olmaqla bu günə qədər yayımlanan on iki "Ulduz müharibələri" filminin on birində C-3PO-nu canlandırmışdır.[4][a]
C-3PO | |
---|---|
Ulduz müharibələri personajı | |
İlk görünmə | "Ulduz müharibələri" (1977) |
Yaradan | Corc Lukas |
Canlandıran |
|
Məlumat | |
Ləqəb(lər)i | Tripio |
Növü |
|
Cinsi | kişi[d] |
Peşə | Protokol droidi |
Laqeyd təbiətinə baxmayaraq, C-3PO qalaktikanın tarixində mühüm rol oynamışdır. O, Şmi Skayvalker, Lars ailəsi, Padme Amidala, Beyl Orqana, Reymus Antilles, Lyuk Skayvalker, Cabba Hat və Leya Orqananın xidmətində olmuşdur. Əksər təsvirlərdə C-3PO-nun xarici görünüşü qızıl haşiyədən ibarətdir, lakin gümüşlə örtülənmiş sağ ayağı fərqlənir.[5] C-3PO həmçinin həm kanon, həm də "Ulduz müharibələri: Əfsanələr" ardıcıllıq romanlarında, komikslərində və video oyunlarında tez-tez nümayiş edilmiş və eyni zamanda "Droidlər" animasiya teleserialının baş qəhrəmanı olmuşdur.
Entoni Deniels əvvəlcə C-3PO rolunu canlandırmaqdan çəkinirdi, lakin personajın süjetdəki rolunu oxuduqdan və Ralf MakKuorrinin konsepsiya əsərini görəndən sonra fikrini dəyişmişdir.[6] C-3PO üçün ilk personaj dizaynı əsasən 1927-ci ildə çəkilmiş Almaniya elmi fantastika filmi "Metropolis" personajı olan "Maşın adam"a əsaslanırdı.[7] Corc Lukas əvvəlcə personajı amerikan ləhcəsi ilə danışan "fırıldaqçı" kimi təsəvvür etsə də, Denielsin kastinqdə 30 digər aktyoru kölgədə qoyması ilə fikrini dəyişmişdir.[8] C-3PO adı Corc Lukasın doğma şəhərinin xəritəsindən götürülmüşdür. "Gücün oyanması" (2015) filminin çəkilişləri zamanı C-3PO-nun sol qolu qırmızı rəngdə verilmişdir.[9] Buna səbəb olan hallar "Marvel Comics" tərəfindən nəşr olunan "Star Wars Special: C-3PO: The Phantom Limb" adlı komiksdə təsvir edilmişdir.'[10][11]
"Mir fantastiki" jurnalı C-3PO və R2-D2-ni "ən yaxşı robotlar" siyahısında 2-ci yerə layiq görmüşdür.[12]
sp