Korelliya

Korelliya (ing. Corellia) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet qalaktikanın mərkəzində yerləşir,[1] mülayim iqlimi var, meşələr, cəngəlliklər və şəhər mərkəzləri ilə örtülüdür.[2] Korelliyanın paytaxtı Koronet-Sitidir.[3] Planetin insan sakinləri korelliyalılar adlanır[4] və onlar kosmik səyahətə maraqları ilə tanınırlar.[2] Onlardan ən görkəmlisi Han Solodur.[5] İnsanlarla yanaşı, planetdə barbadelanlar, besalisklər,[4] tszerialanlar, qrindalidlər, kel-dorlar, pa'loviklər, rodianlar, sallastanlar,[6] tvi'leklər və uqorlar kimi bir neçə yadplanetli növ də məskunlaşmışdır. Bundan əlavə, Korelliya həm də bir neçə yerli canlının, o cümlədən Korelliya itləri[2] və ilanbalıqlarının[7] evidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bray, Adam; Horton, Cole; Barr, Patricia; Wallace, Daniel; Windham, Ryder; Jones, Matt; Daniels, Anthony. Ultimate Star Wars. Journey to Star Wars: The Rise of Skywalker (ingilis) (New Edition). Dorling Kindersley. 2019. ISBN 9781465479006.
  2. 1 2 3 "Corellia". Star Wars Databank (ingilis). 7 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2022.
  3. Zukowski, Chelsea. "Review: Star Wars: Midnight Horizon is as soulful as it is action-packed". Dork Side of the Force (ingilis). Minute Media. 1 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2022.
  4. 1 2 Freed, Alexander; McBride, Aaron; Biel, Scott; Zucker, Christopher M. Battlefront: Twilight Company. Star Wars Battlefront (ingilis). Del Rey. 2016. ISBN 9780345511218.
  5. Derby, Amanda. "Star Wars: 10 Planets (Besides Tatooine) That Are Important". ScreenRant (ingilis). 20 fevral 2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2022.
  6. Carson, Rae; Nicolle, Florian; Zieske, Leigh. Most Wanted. Solo: A Star Wars Story (ingilis). Disney–Lucasfilm. 2018. ISBN 9781368016308.
  7. Hidalgo, Pablo. Solo: A Star Wars Story The Official Guide. Solo: A Star Wars Story (ingilis). DK Publishing. 2018. ISBN 9781465466907.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]