R2-D2 və ya Artu-Ditu (ing. Artoo-Detoo)[1] — "Ulduz müharibələri" kosmik opera franşizasında robot personaj. O, Anakin Skayvalkerə, sonra Padme Amidala və Lyuk Skayvalkerə məxsus idi. R2-D2 altı "Ulduz müharibələri" filminin hamısında görünən dörd personajdan biridir. Digərləri Anakin Skayvalker (Dart Vayder), Obi-Van Kenobi və C-3PO-dur. R2-D2-ni Kenni Beyker canlandırmışdır.
R2-D2 | |
---|---|
Ulduz müharibələri personajı | |
İlk görünmə | "Ulduz müharibələri" (1977) |
Yaradan | Corc Lukas |
Canlandıran |
|
Səsləndirən | Ben Bertt |
Məlumat | |
Ləqəb(lər)i | Artu (R2) |
Növü |
|
Cinsi | kişi[d] |
Peşə | Astromexaniki droid |
Droidin adı Corc Lukasın "Amerikan qraffitisi" (1973) filmini çəkdiyi vaxta təsadüf edir. Səs mühəndisi Valter Març droidə adını verən ifadəyə görə məsuliyyət daşıdığını iddia etmişdir. Març çəkilişlər vaxtı ikinci fasilə, ikinci dialoq (ing. Reel 2, Dialog Track 2) ifadəsini qısaldaraq "R-2-D-2" kimi demiş, "Ulduz müharibələri" (1977) filminin ssenarisi üzərində işlədiyi vaxt otaqda olan Lukas bunu eşitmiş və "möhtəşəm ad" adlandırmışdır.[2]
"Mir fantastiki" jurnalı C-3PO və R2-D2-ni "ən yaxşı robotlar" siyahısında 2-ci yerə layiq görmüşdür.[3] R2-D2 2003-cü ildə Robot şöhrət zalına daxil edilmişdir.[4] Smitsonian İnstitutu R2-D2-ni "Amerikanı yaradan 101 obyekt" siyahısına daxil etmişdir.[5]