Felusiya (ing. Felucia) və ya Qaroş (ing. Garosh) — "Ulduz müharibələri" kainatında uydurma planet. Felusiya sıx, rəngli və rütubətli cəngəlliklərlə örtülmüş ucqar bir planetdir.[1] Cəngəllikdə planetin yerli felusiyalılarının məskunlaşdığı kiçik əkinçilik kəndləri, eləcə də paytaxt Kvay Teou kimi şəhərlər yerləşir. Planet canlılar üçün əlverişlidir və bir neçə sayıqlı olmayan növlər də burada məskunlaşmışdır. Əhəmiyyətsiz görünməsinə baxmayaraq, onun mühüm mövqeyi və resursları həm orbitində, həm də səthində bir neçə münaqişəyə səbəb olmuşdur.[2] Felusiya ilk dəfə "Sithin qisası" (2005) filmində,[3] sonradan isə "Klon müharibələri" teleserialında[4] nümayiş olunmuşdur.