Hamilton Aleksandr Rosskin Gibb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hamilton Aleksandr Rosskin Gibb
Doğum tarixi 2 yanvar 1895(1895-01-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1971(1971-10-22)[1][2][…] (76 yaşında)
Vəfat yeri
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı

Ser Hamilton Aleksandr Rosskin Gibb (ing. Sir Hamilton Alexander Rosskeen Gibb) və H. A. R. Gibb[3] (2 yanvar 1895[1][2][…], İsgəndəriyyə22 oktyabr 1971[1][2][…], Şipston-on-Stor[d], Vorvikşir qraflığı) — Böyük Britaniya tarixçisi, professoru, ərəbşünası və islamşünası.[4]

Həyatı

Hamilton Aleksandr Rosskin Gibb 2 yanvar 1895-ci il tarixində Misirin İsgəndəriyyə şəhərində, Aleksandr Krauford Gibbin və Ceyn Enn Qardnerin oğlu olaraq anadan olmuşdur. Onun atası 1897-ci ildə vəfat etmişdir. Gibb beş yaşında ailəsi ilə birlikdə Şotlandiyaya köçür və orada təhsil almağa başlayır. O, 1904-cü ildə Edinburq şəhərindəki Kral Orta Məktəbinə daxil olur. Onun təhsili antik dövrə ixtisaslaşmışdı, ancaq Gibb fransızalman dillərini, o cümlədən fiziki elmlər də öyrənmişdir. Gibb 1912-ci ildə Edinburq Universitetinə daxil olur, orada sami dillərini öyrənir.

Hərbi xidməti

Gibb Birinci Dünya müharibəsi başlayanda Edinburq Universitetindəki təhsilini təxirə salmış, 1917-ci ilin fevral ayından Fransada Böyük Britaniya Kral Artilleriyası, bir neçə ay isə İtaliyada səlahiyyətli zabit kimi xidmət göstərmişdir.

Şəxsi həyatı

Gibb 1922-ci ildə Helen Cessi Stark ilə evlənir. Onların bir oğlu – Ayan (1923–2005) və bir qızı – Doroti (1926–2006) olur.[5]

Ser Hamilton Aleksandr Rosskin Gibb 22 oktyabr 1971-ci il tarixində vəfat etmişdir.

Əsərləri

  • Ottoman Poems Translated into English Verse in the Original Forms (1882), Trübner & Company.
  • A History of Ottoman Poetry (vol. 1 1900 — vol. 6 1909), Luzac and Company.
  • Arabic Literature – An Introduction (1926), also (1963), Clarendon Press and (1974), Oxford University Press.
  • Ibn Batuta, 1304–1377 (1929), (ərəb. Tuhfat al-'anzar fi ghara'ib al-'amsar‎), English translation by Gibb.
  • Travels in Asia and Africa, 1325–1354 (1929), translated and selected with an introduction and notes, R. M. McBride. ISBN 81-206-0809-7
  • Note by Professor H. A. R. Gibb (1939), from Arnold J. Toynbee, A Study of History, Part I. C I (b) Annex I, p. 400–02.
  • Modern Trends in Islam (1947).
  • Mohammedanism: An Historical Survey (1949) retitled Islam: An Historical Survey (1980), Oxford.
  • Islamic Society and the West with Harold Bowen (vol. 1 1950, vol. 2 1957).
  • Shorter Encyclopedia of Islam (1953), edited with J. H. Kramers, Brill.
  • The Encyclopaedia of Islam (1954–), new ed. Edited by a number of leading orientalists, including Gibb, under the patronage of the International Union of Academies. Leiden: Brill, along with that edited by J. H. Kramers, and E. Levi-Provençal.
  • "Islamic Biographical Literature," (1962) in Historians of the Middle East, eds. Bernard Lewis and P. M. Holt, Oxford U. Press.
  • Studies on the Civilization of Islam (1982), Princeton U. Press
  • The Damascus Chronicle of the Crusades. Extracted and translated from the Chronicle of ibn al-Qalānisi, Luzac & Company, London, 1932.

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Hamilton Alexander Roskeen Gibb // Brockhauz Ensiklopediyası (alm.).
  3. Gibb, H. A. R. (Hamilton Alexander Rosskeen) (1895–1971) Arxivləşdirilib 2021-09-01 at the Wayback Machine. National Library of Australia. Accessed 3 June 2013.
  4. Albert Hourani, "Gibb, Sir Hamilton Alexander Rosskeen (1895–1971)", Oxford Dictionary of National Biography, Oxford University Press, 2004, accessed 6 August 2008.
  5. Makdisi, George. Arabic and Islamic Studies in Honor of Hamilton A. R. Gibb. Brill Archive. 1965. səh. 15. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.

Xarici keçidlər

Xarici şəkil
1954-cü ildə çəkilmiş fotoqrafik portret. Harvard Universiteti.