Kürsəngi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kürsəngi
39°46′51″ şm. e. 49°07′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kürsəngi xəritədə
Kürsəngi
Kürsəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KürsəngiAzərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.

Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.[1]

Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2]

Kəndin ərazisindən Kürsəngi dağının görünüşü
Dağdan Kürsəngi kəndinin görünüşü

Coğrafiyası və iqlimi

Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir.

Əhalisi

Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır.

Görkəmli şəxslər:

Birinci Qarabağ müharibəsi şəhidləri:

Vətən müharibəsi şəhidləri:

Din

Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

  1. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  2. Kürsəngi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). Archived from the original on 2022-09-28. İstifadə tarixi: 2023-03-13.
  4. SHXÇDX. "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - Şəhidlərimiz". seferberlik.gov.az (az.). 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
  5. MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

Həmçinin bax

Kürsəngi dağı

Kürsəngi küp qəbirləri nekropolu

Kürsəngi palçıq vulkanı

Kürsəngi yatağı