Səməndər İsaxan oğlu İmanov (23 mart 1998, Kürsəngi, Salyan, Azərbaycan — 21 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Səməndər İmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürsəngi, Salyan, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Salyan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021 |
Səməndər İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açıb. Atası İsaxan kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub[2] Gəncə Dövlət Universitetinin ekologiya mühəndisliyi fakültəsini bitirib hərbi xidmətə yollanmışdı.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səməndər İmanov Cəbrayıl, Şuşanın azad edilməsində savaşıb. Səməndər İmanov 28 oktyabr 2020-ci ildə Cəbrayılda Xudafərin uğrunda gedən döyüşlərdə zamanı şəhid olub. Salyanda torpağa tapşırılmışdır.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndər İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[8]