Küveyt (şəhər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Küveyt
الكويت
29°22′30″ şm. e. 47°58′48″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.989.000 nəf. (2018)[2]
Xəritəni göstər/gizlə
Küveyt xəritədə
Küveyt
Küveyt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Küveyt (həmçinin Əl- Küveytərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı.

Tarixi

Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur.

Əhalisi

Şəhərin əhalisi — 151.060 (2008)[3], şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur.

Coğrafiyası

Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır.

Sənayesi

Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizorsoyuducular quraşdırılır. Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir. Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.[4]

Nəqliyyat

Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat qovşağıdır. Şəhərdə Beynəlxalq Küveyt aeroportu yerləşir.[4]

İctimai və mədəni həyat

Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi, KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.[4]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. https://www.un.org/en/events/citiesday/assets/pdf/the_worlds_cities_in_2018_data_booklet.pdf.
  3. "NationMaster – Kuwaiti Geography statistics". NationMaster. 18 December 2008. 18 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2011.
  4. 1 2 3 Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 121–122