Mustafa Lütfi İsmayılov Şirvanski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mustafa Lütfi İsmayılov
Doğum tarixi 1876, 1878 və ya 1879
Doğum yeri
Vəfat tarixi 14 avqust 1939(1939-08-14)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, jurnalist, naşir, şair, müəllim

Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski[1] və ya Mustafa Lütfi Şirvani (az-əbcəd. مصطفی لطفی اسماعیلوف٬ مصطفی لطفی شیروانی‎; mühacirətdə: Mustafa Lütfi Azər[2]; 1876, 1878 və ya 1879, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası14 avqust 1939, Şanlıurfa, Türkiyə) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri.[3][4][5] I cağırış TBMM-nin millət vəkili (1920–1923).[2][6][7][8][9]

Həyatı

Mustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü[10], öz tərcümeyi-halında 1879-cu[6]) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir.[11][12] 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimatında tamamlayıb.[6][13]

Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. 1906-cı ildə "Bürhani-tərəqqi",[14][13][10] 1907-ci ildə "Həmiyyət", 1911-ci ildə "Haqq" qəzetlərini nəşr etdirmişdir. Abdulla Tukayın "Mustafa" şeiri Mustafa Lütfiyə həsr olunub.[15][16][17][18][19][20][21][22]

Mənbə

Ədəbiyyat

  • Selçuk Altuntaş. Burhan-ı Terakki Gazetesi Üzerine Bir İnceleme (Birinci Bölüm). Yüksek Lisans Tezi. İzmir. 2006.
  • Бахтияр Кимович Миннуллин. Язык газеты "Борхане Таракки": 1906–1911: дис. кандидат филологических наук:. Казань. 2010.

İstinadlar

  1. ИСМӘГЫЙЛЕВ Мостафа Лотфый Ширванский (PDF). Рухи мирас: эзләнүләр һәм табышлар. Татар әдәбиятында тәхәллүсләр (tatar). Казан: ТӘһСИ. 2021. 90. ISBN 978-5-93091-404-7. 2023-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-30.
  2. 1 2 TBMM Albümü 1. Cilt (1920–1950) (PDF) (türk). 2016-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-26.
  3. "Бурхане Таракки". tatarica.org (rus). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  4. "Борһане тәрәкъкый". tatarica.org (tatar). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  5. "Борһане тәрәкъкый". beznenmiras.ru (tatar). 20 may 2015. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  6. 1 2 3 Uğur Üçüncü. "Siverek Mebusu Mustafa Lütfi (Azer) Bey ve TBMM'deki Faaliyetleri" (PDF). History Studies. 10 (5). 2018: 241–267. 2023-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-11.
  7. "MUSTAFA LÜTFİ BEY (MUSTAFA LÜTFİ AZER) (SİVEREK)". Türkiye Büyük Millet Meclisi Tutanak Dergisi. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  8. "Mustafa Lütfü Azer Kimdir? Milletvekili, Nereli, Eşi, TBMM". Kimoneo. 2021-12-22. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  9. "Mustafa Lütfü Azer". vekillerimiz.com.
  10. 1 2 М. М. Имашева. "Мустафа Лутфи Измайлов — лидер астраханского регионального общественного движения мусульман начала XX века". Преподаватель ХХI век (4). 2014: 283–298.
  11. Şamil, Əli. "Türklük davasının döyüşçüsü". "Xalq Cəbhəsi" qəzeti. 9 İyul 2014. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  12. Şamil, Əli. "Türklük davasının döyüşçüsü - Mustafa Lütfi Şirvani". Bütöv Azərbaycan Ocaqları (BAO). 2015-01-01.
  13. 1 2 А. А. Давыдова. "История издания и функционирования газеты «Бургань-Таракки» (1906–1911 гг.)" (PDF). Гуманитарные исследования (3). 2011: 17–25. 2023-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-30.
  14. Б. К. Миннуллин. "Татарская периодическая печать Астрахани начала XX века" (PDF). Научный Татарстан (4). 2009: 175–178. ISSN 1683-6537. 2023-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-30.
  15. Nəsrəddinov, Nazim. "Mustafa Lütfi Şirvani İsmayılov kimdir?". davam.az. 9 mart 2014. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  16. Nəsrəddinov, Nazim. "Mustafa Lütfi Şirvani və onun Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzeti". modern.az. 11 mart 2014. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  17. Nəsrəddinov, Nazim. "Azerbaycanda Yayımlanmış Gazete: Burhan-ı Terakki". halduncezayirlioglu.com. 12 mart 2014. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
  18. Nəsrəddinov, Nazim. "Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti". kaspi.az. 16 may 2014. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  19. Nəsrəddinov, Nazim. "Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti". kiriminsesigazetesi.com. 27 oktyabr 2019. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
  20. Nəsrəddinov, Nazim. "Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti". strategiya.az. 2019-10-28. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  21. Nəsrəddinov, Nazim. "Mustafa Lütfi Şirvani İsmayılov". kiriminsesigazetesi.com. 22 yanvar 2020. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
  22. Fərəcov, Savalan. "Milli və islam dəyərlərinin yorulmaz təbliğatçısı". "Mədəniyyət" qəzeti. 2017-12-27. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.

Xarici keçidlər