Sanatruk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sanatruk
Şəxsi məlumatlar
Vəfat tarixi 338
Vəfat yeri
Ailəsi Alban Arşakiləri
Dini Zərdüştçülük

Sanatruk (v. 338, Ermənistan) — 298–338-ci illərdə Paytakaran hökmdarı, bəlkə də Qafqaz Albaniyasının çarı.

Xristianlığa qarşı mübarizəsi

Sanatruk Albaniyaya xristianlığı yaymaq üçün göndərilmiş əslən parfiyalı erməni din xadimi Müqəddəs Qriqorisi və onun yerli sakinlərdən xristian dininə cəlb edə bildiyi şəxsləri edam etdirdikdən sonra, alban feodalları ilə birgə 337-ci ildə Erməni çarlığına hücum etmiş və ölkənin paytaxtı Valarşapatı bir il əlində saxlamışdır. Romalıların köməyinə arxalanan ermənilər bir il sonra əks hücuma keçmiş və Sanatruku Erməni çarlığından çıxara bilmişlər. Döyüşlərin birində Sanatruk həlak olmuşdur.

Tarixşünaşlıqda yeri

Baxmayaraq ki Musa Kalankatlının təqdim etdiyi Alban Arşakilərinə aid siyahıda[1] Sanatrukun adı yoxdur, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. MəmmədovaZ. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.

İstinad

  1. Kalankatlı, I, VIII

Xarici keçidlər