Yağış

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yağış — Braziliya.

Yağış, yağmur və ya yağıntıbuludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır.

Yağış mövsümü

Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.[1]

Həmçinin bax

Xarici keçid

İstinadlar

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.