ABŞ PrezidentiVudro Vilson xarici siyasət kontekstində idealizmin kodlaşdırıcı simalarından biri hesab olunur.
İdealizm — xarici siyasət kontekstində milli dövlətin öz daxili siyasifəlsəfəsini beynəlxalq məsələlərdə davranış və ritorikasının məqsədinə çevirməli olduğunu hesab edən yanaşma. İdealistlər hesab edirlər ki, ölkədə yoxsulluğa son qoyulması xaricdə yoxsulluqla mübarizə ilə birləşdirilməlidir. Həm ABŞ daxilində, həm də onun hüdudlarından kənarda ABŞ PrezidentiVudro Vilson geniş şəkildə idealizmin erkən müdafiəçisi və onun praktik mənasının kodlaşdırıcısı hesab olunur. Qeyd olunan xüsusi tədbirlərə məşhur "On dörd maddənin"nin verilməsi daxildir.
Xarici siyasət kontekstində idealizmin kodlaşdırıcı simalarından biri hesab olunan Vudro Vilsonun fikirləri bəşəriyyətin gələcək rifahına əsaslanırdı. O, dünyanı təhlükəsiz demokratiyaya çevirməyə çağırmış və bu, siyasi, iqtisadi və sosial standartlar ətrafında təşkil edilmişdir. Bu prinsiplər onun 14 maddədən ibarət sülh proqramında öz əksini tapmışdır. Vilson bu proqramı insanlara azadlıq yolunu göstərmək üçün ABŞ-nin öhdəliyi kimi düşünürdü. Vilsonun proqramının əsasını sülhə sadiq olan və müharibənin kökü sayılan tiranlığı devirmək niyyətində olan Millətlər Liqası təşkil edirdi. İdeya ondan ibarət idi ki, əgər demokratiya geniş yayıla bilsə, sülh və firavanlıq hökm sürər.[3]
↑Donald Markwell (1986), 'Sir Alfred Zimmern Revisited: Fifty Years On', Review of International Studies. Donald Markwell, 'Sir Alfred Eckhard Zimmern', Oxford Dictionary of National Biography, 2004.
↑E.g. Donald Markwell, John Maynard Keynes and International Relations: Economic Paths to War and Peace, Oxford University Press,2006,7.
↑Michael, Hunt. The World Transformed. New York: Oxford University Press. 2004. ISBN978-0-19-937102-0.