İldefonso adaları (isp. Islas Ildefonso) — Çili, Kabo-de-Ornos kamunası, Antarktida-Çilena vilayəti, Maqalyanes-i-la-Antarktida-Çilena əyaləti ərazisinə daxildir. Odlu Torpaq arxipelaqının tərkibinə daxildir və Dreyk boğazında yerləşir.
İldefonso adaları | |
---|---|
isp. Islas Ildefonso | |
Ümumi məlumatlar | |
Adaların sayı | 9 |
Ümumi sahəsi | 0,2 km² |
Hündür nöqtəsi | 194 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
55°44′15″ c. e. 69°26′25″ q. u.HGYO | |
Ölkə | Çili |
Akvatoriya | |
|
Geoloji cəhətdən ada arxipelaq 9 adadan ibarətdir. Ümumi sahəsi 0,2 km² təşkil edir. Ən yaxın torpaq sahəsi Hermit adası 96 km şərqdə, Dieqo-Ramires 93 km cənub-şərqdə, Oste adası 27 km şimalda yerləşir. Ən iri adası cənub qayası 970 metr uzunluğa, 80—200 metr enə malikdir. Bu ölçülərə görə ada arxipelaqın böyük hissəini özündə əhadə edir.
Arxipelaq ilk dəfə ispaniyalı dənizçi Dieqo Ramirez de Arellano tərəfindən 1619 ildə aşkarlanmışdır[1]. Adaların hamısı sıldırımlı və qayalıqdır, üstəlik otla örtülüdür[2].
Adaların böyük əksəriyyətində Хохлатый пингвин (86 000 çüt) və Qaraqanad albatrosları (47 000 çüt), üstəlik az sayda olsa da Bozbaş albatros, Maqellan pinqivini, Antarktida qargöz qarabatdağı və Boz fırtınaquşuna rast gəlinir. Beynəlxalq BirdLife International təşkilatı (quşların qorunma təşkilatı) adaların çoxlu sayda quşların yaşaması səbəbi ilə mühüm ərazi elan etmişdir[3].